Bir əli xəlvəti didib söksə də,Bir əli bəzəyib tikir dünyanın.Bir əli qanqala sığal çəksə də,Bir əli gül-çiçək əkir dünyanın.

Biri bülbül kimi düşmür həvəsdən,Biri bayquş kimi ulayır pəsdən.Biri körpü salır çayların üstdən,Biri kərpicini sökür dünyanın.

Səhərlər güləndə Günəşin üzüŞəfəqlə yuyulur dərəsi, düzü.Birdən təbiətin dönəndə üzüÜstünə çən, çiskin çökür dünyanın.

Birinin arzusu, diləyi yeni,Biri ömrü boyu yormaz beynini,Biri yük altına verər çiynini,O biri çiynində yükdür dünyanın.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring