Vaxt var idi, qar üstündə yatardım,Sabah şehə, axşam çənə batardım.Dağı, daşı bir-birinə qatardım,Nə varımış,nə yoxumuş o günlər!..

Babadağdan Şahdağına keçdiyim,Qayaların sol-sağına keçdiyim,Qartalların ovlağına keçdiyim,Nə enişmiş,nə yoxuşmuş o günlər!

Bir də gördüm ləpələndi gül-çiçək,Bir qızılquş süzüb qalxdı güllə tək.Baş qarışdı, yaddan çıxdı çay-çörəkNə acımış,nə toxumuş o günlər!

Dodaqlarım buz bağladı bulaqda,Yanaqlarım pul-pul oldu sazaqda,Ardış közü gül-gül açdı ocaqdaNə istiymiş,nə soyuqmuş o günlər!..

Zirvə-zirvə dayanmadım, durmadım,Dərə-təpə, çətin, asan sormadım.Acı,şirin,hesabına varmadım,Nə az imiş,nə çoxumuş o günlər!..

Müddətdi ki, heç özümə gəlmirəm,O yerlərsiz danışmıram, gülmürəm.– Yaxın, – deyim,– Uzaq, – deyimbilmirəm,Nə yaxınmış,nə uzaqmış o günlər!..

Göz doymadı nə Arazdan, nə Kürdən,Sahil boyu ayrılmadım fikirdən.Hüseyn Arif, elə bil ki, ömürdən,Gəlib-gedən bir yuxuymuş o günlər.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets