Meşələr
Bulud qaynayanda qaşının üstəGözündən yaş töküb, ağlar meşələr,Şimşək oynayanda başının üstdəYaşıl sinəsini dağlar meşələr.
Atıb qar donunu qış çəkiləndə,Çılpaq budaqlardan buz töküləndə,Qızıl gözlərilə bahar güləndə,Sellər, sular kimi çağlar meşələr.
Qədim şöhrətidir vətənin, elin,Ən böyük arzunun, eşqin, əməlin.Çiçək mövsümündə amansız yelinUğursuz yolunu bağlar meşələr.
Yarpaqlar dil açıb ötəndə pəsdən,Turaca yuvadır, marala məskən.Söyüdlə daranıb, düşməz həvəsdənPalıdla özünü yoxlar meşələr.
Düz çıxıb ilqara Hüseyn ArifDüşməyib kənara Hüseyn ArifDönsə bir çinara Hüseyn ArifOnu ömrü boyu saxlar meşələr.
Kitabxana.az · https://kitabxana.az/en/works/huseyn-arif-meseler
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Nature and spring
"Vətən bağı" al-əlvandır,Yox içində xarı bülbül.
Gəraylı: Bir məst olmuş yağıya mənBir məst olmuş yağıya mən,Oldum yalvara yalvara
A.S.Puşkinin ölümünə Şərq poemasıGecə etdim uyqumu kənar,Sordum:
GözəlimEy nəzakət çəməni içrə xüraman, gözəlim!Xubilik kişvərinin təxtinə sultan, gözəlim!