Yollar uzaq deyil, görməyən görsün,Bağların baharı Naxçıvandadır.Düzlərin sərvəti, çöllərin varı,Dağların vüqarı Naxçıvandadır.

Şahbuzun hüsnünü eylədikcə yad,Xəyalım bir anda açır qol-qanad.Ruhuma doğmadır Culfa, Ordubad,İllərin ilqarı Naxçıvandadır.

Mənasız keçirmə ömrü həyatda,Canlı xatirədir hər xoş saatda.Dincəl Badamlıda, qal Batabatda,Elin etibarı Naxçıvandadır.

Başdan dilimizin olmuş əzbəri,Könül mahnıları, ürək sözləri,Cəlilin, Cavidin ayaq izləri,Ölməz yadigarı Naxçıvandadır.

Dərədə suların həzin nəğməsi,Zirvədə qartalın çağlayan səsi,Ceyranın sürüsü, maralın dəsi,Dumanın qatarı Naxçıvandadır.

Şerin, şeriyyətin qədrini bilən,İnsanla sevinib, insanla gülən,Dar gündə axtarıb, çətində gələnHüseynin dostları Naxçıvandadır.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets