Page 2 of 2 · 50%

– Adam kimi aparın özünüzü! Yoxsa sahibkar qəzəblənib hamınızı səhər yeməyindən məhrum edər. Bütün günü heç birinizə bir üskük su da verməz. – Köməkçi səsini alçaldıb əlavə etdi: – Tanımırsız bu qoca kaftarı?.. Əzazilin biridi... Bir də sizdə adamlıq qalıb?.. Hardan da qalsın, ay zavallılar! Siz, yaxud çölün dilsiz-ağızsız heyvanı.. İldə bir bazarda qoyun-keçi qiymətinə satılan, bir nadürüstün əlindən başqa nadürüstün əlinə keçən sürüdə adamlıq nə gəzir! Köməkçi gah onların xeyrinə, gah bədinə donquldana-donquldana, özü dediyi kimi, “tula payını” bir-bir payladı. Biri əlində qalanda ucadan qışqırdı: – ”Almayan kimdi?”... Soruşuram: kim yemək almadı? – Heç kimdən səs çıxmadı. Əlacsız qalıb, gecədən azacıq sərinləyən, qumların üstünə sərələnib “tula payını” yeyən qulları saydı: – Bir, iki, üç.. beş, on... otuz doqquz..”

Bir də saydı, sağdan sola, soldan sağa bir də hesabladı. Kimsə yox idi. Birdən yadına düşdü. Karvan sahibi soruşanda adını öyrəndiyi Şəmsəddin qulların içində görünmürdü. Tez kəcavəyə tərəf qaçdı:

– Ya sahibkar! – deyə tövşüyə-tövşüyə məlumat verdi: – Qullardan biri çatmır. Yəqin axşam yola düşəndə yatıb yuxuya qalıb... Karvan sahibi üz-gözünü turşudub qeyzlə dedi:

– Bəs sən axmaq harda idin?.. Naxırçının borcudu ki, malı səhər örüşə çıxaranda da saysın, axşam kövşəndən qayıdanda da. Səninsə gecələr...

Köməkçi karvan sahibinin deyəcəyi ədəbsiz söyüşü eşitməmək üçün tez qabağa düşüb izahat verdi:

¹ Undan hazırlanmış küt

– Ya sahibkar, yoxa çıxan qul, sizə müftə bağışlanandı. Eldəgəzlər tayfasından olan, qəhvə ağacına bənzəyən o heyvərə...

Karvan sahibi bir az sakitləşdi, sürünün axsağını itirən çoban kimi köks ötürdü.

– Cəhənnəmə ki! – dedi. İt oğlu lap ayı balasına oxşayırdı. Savalan ayısına. Atalar deyib, ucuz ətin şorbası olmaz... Görünür, tacir Seyfəddin ibn Mənsurun özü də ondan bezmişdi, yoxsa onu mənə müftə bağışlamazdı... Karvan sahibi süfrəsini qatlayıb bükdü, əllərinin yağını çuxasının ətəyinə sildi, yanındakı kuzədən su süzüb içdi. – Hə, daha bəsdir, qaldır karvanı, hava hələ sərindi, gün günorta yerinə qalxana kimi yol getmək olar. Urmiyanı keçək, bir də dinclik verərik onlara. Yoxsa o uzundrazdan gözüm su içmir, həmişə dala qalır. Birdən istiyə düşüb ölər, mayam batar. Becit tərpən, cəld ol!.. Şəmsəddin idi, Fəxrəddin idi, nəydi, ona qadiri-mütəal¹ rəhmət eləsin. Düzdü, qula rəhmət düşmür, amma hər halda cavan idi, bəni-Adəm idi. Dörd ayaqlı ki deyildi... Gərək itməyəydi, onsuz da yolu yarı eləmişik, Həmədandan çıxandan dörd mənzil gəlmişik...

Karvan sahibi danışa-danışa arvananın üstündəki kəcavədə yerini rahatladı. Köməkçi daha heç nə soruşmadı. Bu, o demək idi ki, yola varid olmaq vaxtıdı.

Bir azdan sonra nərin boynundan asılmış kələng zəngi səsləndi. Karvan yenidən öz yoluna rəvan oldu. Qarşıda isə sonu görünməyən qum dəryası, bu dəryanın üstündən keçən dəvələrin ləpirləri, yalın insan ayağının izləri...

Yollar, yollar...

Ancaq qaş qaralana yaxın uzaq qumsallıqda kiçik bir kölgə göründü. Onların hamısını heyrət götürdü. Cavan sarban nərin ovsarını çəkdi. Karvan dayandı. Gələn Şəmsəddin idi. Qulsatanın sözü karvan sahibinin yadına düşdü: “Dəyirmanın boğazına ölü sal, novdandan diri çıxsın..”

Uzun yol gəlib yorğun düşən, gecələr narahat yatdığı üçün əsəbiliyi bir az da artan karvan sahibi karvanı qumlu səhralardan keçirib, birbaşa hündür tağlı Suquləbr² bazarına sürdürdü. Köməkçi dəvələri hasar boyu cərgələnən xurma ağaclarının altında hıxladı. Karvan sahibi

¹ Allah
² Bağdadda qul bazarı yükləri boşaltmağı köməkçisinə əmr etdi. Ağlı kəsəndən qul və mal alverilə məşğul olan karvan sahibi Naxçıvandan Bağdada heç vaxt yalnız “adam alıb satmaq” üçün ayaq basmamışdı. O, Naxçıvanın sənətkarlarının hazırladıqları mallardan, Gəncənin, Təbrizin, Beyləqanın, Xorasanın, Şəkinin, Şamaxının natifindən, ipəyindən, xalçasından, yun parçasından geri qalmayan mallardan dəfələrlə dəvə yükləri tutmuş, uzun-uzun yollar keçib gələrək böyük mənfəət götürmüşdü. Naxçıvan ustalarının mahir əllərilə toxunan xalçalar, parçalar, qaytan məmulatları isə Bağdad bazarlarında özünə daha çox müştəri tapmışdı. Ancaq bu dəfə Suquləbrdəki ilk müştərisi məşhur vəzir Əbuhamid oldu. Vəzir karvan sahibinin gətirdiyi qulları özü bir-bir yoxladı, kimin əlindən nə gəldiyini, nəyə qabil olduğunu öyrəndi və pulunu sayıb hamısını götürdü, təkcə “qəhvə ağasına” oxşayan Şəmsəddindən başqa.

Karvan sahibi dedi:

– Möhtərəm Əbuhamid, bu qulu Həmədanda mənə müftə bağışlayıblar, mən də onu sizə müftə verirəm. Götürün, peşiman olmazsınız. – Bir az fikrə gedib əlavə etdi: – Mən də əvvəlcə siz olan fikirdə idim, amma bu ki, karvandan ayrı düşəndən sonra, qumlu səhralarda gecə üç mənzili tək-tənha qət edib özünü bizə çatdırdı, onun barəsində fikrimi tamam dəyişdim. Buradan qayıdanda Təbrizə səfərim olmasaydı, onu heç sizə bağışlamazdım, özüm saxlardım.. Gərəkli cavana oxşayır, qul olanda nə olar... İnsan südü əmib... bəni-Adəmdi...

– Cənab tacir, dil tökməyin, mənə iqtalarımı¹ becərən möhkəm əllər lazımdır, uşaq-muşaq nəyimə gərək? Səfərin var Təbrizə?.. Yaxşı yol. Bunu da ötür getsin dilənsin, yolçuluq eləsin.

“Dilənsin”, “Yolçuluq eləsin” sözləri cavan qulun qəlbinə dəydi, ürəyinə toxundu. Axı o vəba xəstəliyinə tutulan igid atasını, mehriban anasını vaxtsız itirəndən sonra min əzab-əziyyətə qatlaşıb bir parça çörək qazanmışdı. Ac, susuz, çılpaq qalan günləri də olmuşdu, yayda küçələrdə, qışda zirzəmilərdə yatan vaxtları da. Ancaq heç kimə əl açıb “kömək edin” deməmişdi. O, Əbuhəmidə yaxınlaşdı, bic-bic baxıb, bic-bic də yalvardı:

– Cənab, Allah eləməsin mən yolçuluq edəm! Lilləhil-Həmid², iki əlim, iki ayağım, iki gözüm... Məni də alın, səhərdən axşama qul kimi işlərəm sizə, – dedi – mən dilənə bilmərəm, heç kimə əl aça bilmərəm. – Qəhərləndi, ancaq özünü tez ələ aldı: – Qulluğunuzda duraram qul kimi... Başımı da istəsəniz əsirgəmərəm sizə... Mən öz əllərimlə qazandığımı yemək istəyirəm!

¹ Torpaq sahəsi
² Allaha şükür

Əbuhəmidin çiyinləri silkələndi, istehza ilə gülümsədi, kələ-götür oğlanın sözlərini təkrar etdi:

– Qul kimi, qul kimi... Bəs, qul deyilsən, nəsən? Yoxsa əmir, vəzir, xəlifə olmaq keçir könlündən, küçük?

Şəmsəddin vəzirin qarşısında dik dayanıb cavab gözlədi: Gözlədi ki, vəzir bircə kəlmə xoş söz desin.

Axı kasıbların, məzlumların taleyi həmişə bircə kəlmədən asılı olub, hakimlərin ya bəd, ya xoş niyyətlə dedikləri həmin bircə kəlmə yer üzünə artıq məxluq kimi gələnlərin yaşamaq, yaxud yaşatmaq məsələsini həll edib...

Vəzirin fikrə getdiyini görən karvan sahibi əyilib onun qulağına pıçıldadı:

– Cavandı, yazıqdı... Rəhmə gəlin!

Vəzir bu dəfə cavan qula bir də diqqətlə baxdı. Şəmsəddin onun baxışlarındakı rəhm cizgilərini görən kimi sındı, yumşaldı:

– La yəciu minəl-məlihi illəl-məlih¹ – dedi.

Cavan qulun ağıllı sözləri bu dəfə vəzirin qəlbində azacıq da olsa rəhm qığılcımı közərtdi. Nəhayət, başını tərpədib razılıq verdi. Cavan qulun iri qara gözlərində ümid işığı yandı...

Günlər ötdü, həftələr dolandı, aylar illərə qovuşdu. Kələ-kötür oğlan böyüdü, gərləndi, mənzildən-mənzilə köçdü... Ancaq qul kimi yox, sahibkarın hörmətini, etimadını qazanan bir adam kimi. İşgüzarlığına, qabiliyyətinə, cəldliyinə, ağlına, zəkasına, kamalına görə vəzirin sevimlisi oldu.

Bir gün Əbuhamidə qəsd etdilər. Şəmsəddin vəzirin mal-dövləti ilə birlikdə sultan Mahmudun ixtiyarına keçdi. Sarayda böyük hörmət qazanan Şəmsəddini sultan Mahmud dünyadan köçəndə oğlu ikinci Toğrula tapşırdı. Təzə sultanın uşaqları at minməyi, ox atmağı, qılınc vurmağı ondan öyrəndilər. Bir gün də gəldi ki, Toğrul bu dünyadan köçməli oldu. Onun yerinə keçən sultan Məsud isə Şəmsəddinə yeni bir qayğı göstərdi:

¹ Yaxşı adam yaxşı da iş görər (ərəb.)

– Bilirsən nə var, dostum? – dedi, – illər zaman tez gəlib gedir. Fikir verirəm, görürəm ki, saraya, sultanlara xidmət etməkdən başqa səni ayrı qayğı düşündürmür. Amma sənə ev-eşik lazımdı. Nə vaxta qədər tək-tənha yaşayacaqsan? Gəl səni evləndirim... Mən istəyirəm ki, Toğrulun dul övrəti Möminə xatunu alasan. Mən bu ümiddəyəm ki, onun özü də buna etiraz eləməz.. Dul olmasına baxma, ləyaqəti qabil övrətdi.

...Şəmsəddin Arrana əmir təyin olundu.

Arranda dünyaya göz açan ilk övladlarını Nüsrətəddin çağırdılar. Ancaq nə ananın, nə atanın ağlına belə gəlməzdi ki, bu gümrah və şıltaq oğlan uşağı gələcəkdə böyüyəndə atasından da çox-çox irəli gedəcək, sərtliyi və cəsarətilə hamıdan fərqlənəcək, Azərbaycanda Atabəylər dövlətinin məşhur hökmdarı Məhəmməd Cahan Pəhləvan kimi ad-san çıxaracaq...

Cahan Pəhləvan atasının bir vaxt söylədiyi bu xatirələri yenə yadına salmışdı, əslində, bunu onun yadına qarşıda uzanıb bir-birini kəsən yollar salmışdı – ibtidası, intəhası bəlli olmayan yollar...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Tövbə

Nəsrin xatundan söz düşəndə qaravaşlar da, cariyələr də, “aman, aman!” deyə az qala sinələrin yırtıb tökürdülər. Nəsrin xatunun işi-peşəsi yatıb-durandan, yeyib-içəndən, bəzənib-düzənəndən sonra gah bir cariyənin, gah da o kənizin qarasınca deyinmək, gah bu tacirin, gah o tacirin arvadının qeybətini qırmaq, gah bu məlikin, gah o məlikin övrətinə loqaz qoşmaq və imanı ərşə çəkiləndə də onun – bunun babalını yumaq idi...Qəribə də xasiyyəti var idi rəis övrətinin. Özündən çirkin qızgəlinə qarşı insaflı, mülayim idi, özündən gözəl övrətlərə qarşı isə insafsız, qəddar. Camalca göyçək, yarlı-yaraşıqlı, mütonasib əndamlı bir gəlin görəndə elə bil qəfəsdə ilan görürdü Nəsrin xatun. Bircə Zahidə xatuna “dişi bata” bilmirdi... Bir də hardan bata bilərdi? O, hökmdar övrəti, bu rəis övrəti. Özü də get-gedə xanədanda nüfuzunu itirən bu rəisin övrəti... Mələkə barədə təkcə öz-özünə deyinməklə, qarasına qarğımaqla, onun yaşadığı otağa saata hərdənbir boğma basmaqla özünü ovundurardı... Son vaxtlarda isə min bir fənd işlədib Zahidə xatunun yanına ayaq açması ilə təskinlik tapırdı...

8 min
Qan pulu

Karmasın vuruşundakı qələbədən sonra Cahan Pəhləvan döyüşdə igidlik göstərdikləri üçün məlik Nurəddin Qaraya, Cəmaləldin Ayəbəya, Cəmaləddin Özəbaya özünün xas naxırından seçmə atlar bağışladı, onların xanədan qarşısındakı xidmətlərini xüsusi fərmanla qeyd etdi və Sədəddin Əsədə tapşırdı ki, həmin fərmanın surətini məlumat üçün bütün məliklərə göndərsin.– O ki qaldı, mənnən sənə-deyə vəzirə ürək-dirək verib könlünü aldı. – biz Eldəgəzlər dövlətinə nə muzdu, nə də ənam almaq üçün xidmət etmirik... Daha dürüst desək, ikimizin də buna heç vaxt ehtiyacımız olmayıb və olmayacaq da...

4 min
Saray ehsanı

Atabəylər meydanında qələbəlik başlamışdı. Şəhər əhli və yaxın kəndlərin adamları dəstə-dəstə axışıb gəlmişdi. Qoşun dəstələrinin əsgərlərindən xüsusi mühafizlər olmasaydı şəhristanın darvazalarında qarışqa kimi qaynaşan camaatın qarşısını saxlamaq olmazdı.Xüsusi atlı qulamlar küçələrdə car çəkirdilər ki, asayişi pozmayın belə əziz gündə. Möminə xatun abidəsinin açılış günündə, Eldəgəzlər xanədanının ünvanına xüsusi xütbələr oxunacaq gündə, sarayın verəcəyi ümumşəhər ehsanı günündə şuluqluq salmayın, məscidlər də gedib dua oxuyun, allaha ibadət edin, günorta namazından sonra ehsana təşrif gətirib təam alın... Onu da bilin ki, Möminə xatun abidəsinin açılışına başqa yerlərdən də qonaqlar dəvət olunublar: Qaraxitaydan, Şirvandan, Xarəzmdən... gələnlər var. Atabəy Cahan Pəhləvanla səmimi dostluq edən Xarəzmşah Təkiş də gəlmişdir... Hətta xilafətin nümayəndəsi də bugünkü mərasimdə iştirak etmək üçün Bağdaddan Həmədana, Həmədandan da hökmdara, Qızıl Arslanla vəliəhdlərlə birlikdə Naxçıvana təşrif gətirmişdir...

9 min
Göydən yerə enmiş Süheyl

Şəhərdə hamı Atabəylər meydanında bina olunan abidədən danışırdı. Rəsmi açılışdan sonra verilən fərmana əsasən onun ətrafında xüsusi mühafizlər gecə-gündüz növbə çəkirdilər. Abidəni qara rəngə boyanmış Təbriz ipəyi içərisində saxlayırdılar.Ancaq çoxlarına elə gəlirdi ki, bu nəhəng qara örpəyin içərisində bəzəkli bir gəlin dayanıb, işıqlı bir dünya bərqərar olub, nadir bir istedad sahibinin böyük, yenilməz ürəyi döyünür. Bu gün o, pünhan görünsə də, sabah mütləq aşkar olunacaq... Ayın hüsnünü həmişə bulud tutmaz, qızıl həmişə gizli qalmaz, su həmişə qaya altında yatıb qalmaz. Ay bir gün doğmalıdır, qızıl aşkar olub parlamalıdır, su bir gün üzə çıxıb çağlamalıdır...

13 min

Poems by other poets