O mənimdir əzəldən
Əsmə, ey sabah yeli, böylə müxalif əsmə,Tellərini pozduğun o sevdalı yar mənim.Söz verdim gələcəyəm, gəl də, yolumu kəsmə,O göy dəniz, yaşıl dağ, o güllü diyar mənim.
Könlüm alov saçarkən vulkan kimi dərindən,Nə qorxum bir yolsuzun, imansızın birindən.Bir ah çəksəm çalxanar, dağlar qopar yerindən,Tarixlərdən ün almış bir şöhrətim var mənim.
Kim keçər dünyaları məst edən o gözəldən?Mən onun öz yarıyam, o mənimdir əzəldən,Yolunda döyüşürəm, vaz keçməm bu əməldən,Ya o mənim olacaq, ya qanlı məzar mənim.
Kitabxana.az · https://kitabxana.az/en/works/ildirim-o-menimdir-ezelden
Use ← → keys to move, R for a random poem
More by this author
Bir zamanlar Altaylardan enib yaşıl düzlərə,Asiyanın göbəyində atəş yaxan mənmiyəm?
Muradı keçərkənAxıyor dalğaların hər dərədən,Bu yürüş hökmünü aldın nerədən?
Müqəddəs ixtilalQaranlıqda gözlərim dikilmiş üfüqlərə,Bir fırtına səsi var, buludlar göydə dal-dal
MoskvaOrda hürr ölkələri saran zəncirin ucu,Orda puç Neronların ölüm, qan yayan gücü.