Xatırlarmısan ki, orda bir zamanSəninlə diləyə erdim, gözəlim...Sən məndən yadigar bir şey istədin,Qoparıb qəlbimi verdim, gözəlim.

Məni qəbrə qədər götürsün deyə,Zəhərmi qatmışdın sunduğun meyə?Mən lənət oxudum sənsiz hər şeyə,Mən hər şeydə səni gördüm, gözəlim...

Muğan yaylasında, göy Mil düzündə,Axdı qanım damla-damla izində,Gəl vəfa qıl, sən də bir dur sözündə,Mən sözüm üstündə durdum, gözəlim...

Kəbəm oldun, mehrabına diz qoydum,Xızrım oldun, dərgahına göz qoydum,Qərib düşdüm, torpağına üz qoydum,Bir sormadın nədir dərdim, gözəlim?

Hara getsəm arxamda bir ahım var,Varıb baş qoymağa bir dərgahım var,Əlbət ki, mənim də bir Allahım var,Gün gəlir hürr olur yurdum, gözəlim…

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets