Kim dedi sana ki, çıxıb yoluma,Gənc yaşımda göndərəsən ölümə,Adını kim qazdı bilməm könlümə,Gəl ki, sənsiz ömrüm xarab oldu hey...

Sən getdin, ardınca boynum büküldü,Axdı, axdı göz yaşlarım töküldü,Ellər, dostlar, birər-birər çəkildi,Həmdəmim bir qədəh şərab oldu hey...

Doğmuşkən Süleyman taxtına Günəş,Nə bir Müşfiq həmdəm, nə Cavad bir eş.Nədir bu içimdə sönməyən atəş?Könlümdə ümidlər sərab oldu, hey...

Mən bezginəm sənsiz hər bir günümdən,Könül asi bəxtə olan kinimdən.Keçdim ugrunda Tanrımdan, dinimdənBasdığın yer mana mehrab oldu, hey!..

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets