Muradın söylədikləri
Madam ki, körpəlikdə məni «əllamə» adlandırırdılar, qoy indi də bu əsərdə yaşımdan əvvəl danışmaqda oxucu məni qınamasın. Düzünü deyim ki, lap iki-üç yaşında görüb-duyduqlarımı elə aydın xatırlayıram ki, elə bil, bu zaman mənim on üç-on dörd yaşım varmış... Və bu məni həmişə əsəbiləşdirirdi, çünki mən keçmişləri xatırlamaq istəmirdim. Ancaq bu keçmişlər hər yaşda məni təəccüblü bir aydınlıqla təqib edib, məndən əl çəkmirdi, o qəribə uşaqlıq haqqında bir adama danışmaq ehtiyacı Makedoniyalı İsgəndərin dəlləyi kimi məni rahat buraxmırdı.
İndi soruşa bilərsiniz ki, nəyə görə mən, babalarım, qocalarım, atam-anam, dayım haqqındakı bu nağılları özüm haqqında yazdığım bu kədərli hekayətə daxil edirəm? Ona görə ki, mən nə üçünsə öz həyatımı onlardan təcrid olunmuş halda təsəvvür eləyə bilmirdim. Mən qapalı, daxili aləmimdə eyzən onları görürdüm və mənə elə gəlirdi ki, Kərbəlayı İbixanın, Səkinə qocanın, Xanım nənənin, Bayram babamın yaşamış olduqları hissləri, həyəcanları olduğu kimi duyuram və xüsusən kədərli vaxtlarımda bu mənə anlaşılmaz, şirin bir təskinlik olurdu. Mənə elə gəlirdi ki, onların hamısını daim görürəm, onların əhvalatları daim mənimlə yaşayır. Mən atamla anamın bir-birilə tez-tez dalaşmalarını, aylarla bir-birilə küsülü qalmalarını gördükdə, onların qoşulub qaçdıqları yollarda keçirdikləri xoşbəxt anları təəccüblü bir aydınlıqla xatırladıqda, həyatın nə üçün belə olduğuna, nə üçün Bayram babamın bir zaman aşiq olduğu alagözlü, qələmqaşlı Fatma nənəmi indi aylarla dindirmədiyinə cavab tapa bilmirdim və bu, mənimçün gizli bir qüssəyə çevrilirdi.
Hətta indi yəni, yaşlı vaxtımda dönüb keçmişə baxmaq istəyəndə, elə bil ki, içəridən bir səs təşvişlə mənə deyir: «Geriyə baxma, qoca!» Lakin mən baxmaq istəyirəm. Mən bu keçmişin çox əzablı, çox kədərli olduğunu bilirəm, ancaq yenə də ona təkrar-təkrar tamaşa etmək, nəyisə anlamaq istəyirəm. Bəlkə də bu, mənim «nə isə»ni o zaman babamla nənəmin, atamla anamın bir zamanlar yaşadıqları, xoşbəxt olduqları gözəl hissləri əzaba, kədərə, kinə, nifrətə döndərən qəddar səbəbi bilmək arzum idi ki, indi də məndən əl çəkmirdi...
Mən indi də keçmişsiz yaşaya bilmirdim. Bu keçmiş daim mənimlə idi, zehnim hal-hazırın ən mürəkkəb hadisələrilə çox aydın tərzdə uğraşanda da mənimlə idi. Bəzən ağlım çaşırdı və mənə elə gəlirdi ki, həyat ancaq bu xatirələrin intəhasız davamından ibarətdir, elə bil ki, bu xatirələr özləri daim yaşayan qəribə bir aləmdir, elə bil ki, hər şey ancaq mənim zehnimdən gəlib-keçən xəyallar silsiləsidir və mən əgər əzab, kədər doğuran əhvalatları görməsəm, hər şey gözəl olar. Ancaq təəssüf ki, mən bu əhvalatları görürdüm və adamın əli oda toxunanda diksinib şirin yuxudan ayıldığı kimi, bu əhvalatlar da məni günlərin, illərin adi... çox adi təfərrüatına qaytarırdı.
Kitabxana.az · https://kitabxana.az/en/works/ilyas-efendiyev-muradin-soyledikleri
Use ← → keys to move, R for a random poem
More by this author
Evimizin qabağında atamın saldırdığı və indi hər gün, heç olmasa, bir-iki saat həvəslə qulluq elədiyi, öz əli ilə suvardığı cavan bağla mənim aramda gizli bir ünsiyyət yaranırdı. Buradakı alma, ərik, tut, gilənar, əncir, gavalı, qoz, armud, heyva ağaclarının hərəsinin öz görünüşü vardı və bunların hər biri mənə bir cür təsir eləyirdi. Ərik ağacının çəhrayıya çalan çiçəkləri mənə nə üçünsə əsrarəngiz təsir bağışlayırdı, gilənar, gavalı ağaclarının ağ çiçəkləri mənə zərif bir şadlıq gətirirdi. Ağ şahtutun günəş işığında zümrüd kimi parıldayan enli, ipək yarpaqları bu şənliyə bir cəsarət, daha qüvvətli bir şadyanalıq çaları verirdi. Qoz yarpağının soyuq ətri məni qüssələndirir və anamın tez-tez xəstələnməsini xatırladırdı. Bəlkə də bu ondan idi ki, bir dəfə anam malyariyadan bərk qızdıranda Zinyətə dedi ki, «get, bir qoz budağı qır gətir». Zinyət budağı gətirib verəndən sonra anam gözlərini yumub onu xeyli qoxladı... və anamı yuxu tutanda mən də balaca qoz budağını götürüb qoxladım və onun enli, tər yarpaqlarından qalxan ətir mənə soyuq və həsrətli göründü.Anamın xəstələnməsi həmişə mənim üçün son dərəcə qəmgin bir hadisə olurdu. Onun gözəl, şəffaf gözləri qızdırmadan alışıb-yananda mən özümü dünyanın ən bədbəxt adamı sayır və saatlarca yastığının böyründən uzaqlaşmırdım. Anam xəstəlikdən sağalıb ayağa qalxanda isə ürəyimdəki fərəhin həddi-hesabı olmurdu. Lakin kədərim kimi, fərəhim də həmişə ürəyimdə gizli qalırdı. Yəni mən onları izhar eləməkdən çəkinirdim. Ona görə çəkinirdim ki, mənim ortaboylu, enlikürək, qaraqaş, qaragöz, gözəl və çox qüvvətli bir oğlan olan atam başqa adamlarla zarafat eləməyi, deyib-gülməyi sevdiyi halda, biz uşaqlarla, xüsusən mənimlə çox sərt rəftar edirdi. Nə üçünsə, mənim zarafatım, deyib-gülməyim həmişə onu acıqlandırırdı. Ona görə də yavaş-yavaş məndə bir qapalılıq əmələ gəlirdi. Mən heç bir sirrimi, sevinc və kədərimi biruzə verməməyə çalışırdım və atamın yanında öz hərəkətlərim özümə yöndəmsiz görünürdü. Özümə, öz hərəkətlərimə inamım azalırdı, mən, bir növ, fağır, çəkingən olurdum, bu isə atamı acıqlandırırdı və onun mənə qarşı daha sərt rəftarına səbəb olurdu. Mən üsulsuz bir hərəkət eləyəndə, məsələn, nahar elədiyimiz zaman stəkana toxunub çayı süfrəyə dağıdanda, o, qəzəblənib, məni «maymaq», «filinti», «çolaq» adlandırıb danlayardı. Bu zaman:
QızılbaşoğluBir azdan Fatma nənəmi gətirən Qızılbaşoğlu Alı da gəldi. Bu, uzunboylu, xına rəngində saçları boynunun ardına tökülmüş, ayaqlarında uzunboğaz çəkmə, əynində sərdari çuxa, başında gümüşü papaq olan bir oğlan idi. Belində ağac qoburlu onatılan tapança var idi.– Necəsən, bacı? – deyə anamla hal-xoş eləyib Güllünün içəridən gətirdiyi stulda əyləşdi.
İmaş və GüllüHəmişə nənəm, ya anam məni müdafiə eləyəndə ürəyim kövrəlirdi. İndi də Fatma nənəm belə deyəndə gözlərim doldu və mən bağa qaçdım. Gördüm ki, İmaş su arxının qabağında oturub üst köynəyini yamayır, əldə toxunan kobud yun şaldan tikilmiş sərdarisini isə alt köynəyinin üstündən atıb çiyninə. Həmişə olduğu kimi, indi də məni görəndə gülümsədi. Onun arvad kimi köynək yamaması mənə qəribə göründü, mən ondan soruşdum:– Niyə köynəyini özün yamayırsan?
Nuru dayımın gəlişi və anamın xalası oğlu Əhmədin üç arvadı öldürməyiSəhəri gün Nuru dayım Çarvadar Həbibin üçatlı faytonunda gəldi. Çarvadar Həbib dayımın çamadanlarını faytonun dalından götürüb yerə qoydu. İmaş yüyürüb dayıma «xoş gəldin, ağa» deyərək çamadanları qaldırıb apardı evə. Çarvadar Həbib Fatma nənəmə:– Xoş gördük, xanım! – deyib mənə baxaraq gülümsədi (güləndə onun uzunburunlu, bir az da pərtdəgözlü üzü çox gülməli görünürdü, elə bil ki, bu saat, nə isə komik bir hərəkət eləyəcəkdi).
Poems by other poets
Ey sülatin, nə xəşmlü baxırsanSən deyən günahkar yamən deyiləm
UzaqSahiba, bir nəfərəm dövlətü izzətdən uzaq,Düşmüşəm şəhrdən avarə, vilayətdən uzaq.
GəlmədinƏmim oğlu, məndən heç utanmadın,Üç ay keçdi bir yaylağa gəlmədin.
OlaArayıb, axtarıb bir yar sevəsən,Ağıl- mərifətdən ustakar ola.