Page 4 of 5 · 60%

– Sonra nə oldu?

– Daha heç nə xatırlamıram...

Sonra qız təkrar gülümsəyərək soruşdu:

– Siz həmişə belə qaşqabaqlı olursunuz?

– ... Bilmirəm... O barədə mənə bir söz deyən olmayıb. Məgər, mən qaşqabaqlıyam?

– Yox, yaman üzügülərsiniz... – deyə qız elə təbii üsyankarlıqla cavab verdi ki, oğlan özünü saxlaya bilməyib gülümsədi.

... Çoban içəri girib, his basmış badyanı oğlana uzatdı:

– Al bişir. Yoldaşın içsin. Qara qoyundan sağmışam.

Qız şaqqıltı ilə gülərək dikəlib oturdu.

Çoban gülümsəyib:

– Bacı, – dedi, – Molla Nəsrəddin demişkən, deyəsən, işin düzəlib, gülürsən...

– Necə məgər? – deyə qız heç də pərt olmayaraq soruşdu.

– Demək istəyirəm ki, deyəsən, ayağın incitmir...

– Az-az ağrıyır, – deyə qız yorğanı sarıqlı ayağının üstündən kənara çəkdi.

– Bu saat ona da əncam çəkərik... – deyə çoban çuvaldan balaca ləyənə bir ovuc un qoydu.

... Çoban qızın ayağını açaraq, yenidən diqqətlə nəzərdən keçirdi.

– Görürsənmi – topuğunu oğlana göstərdi – burada balaca şiş var.

... Sonra çoban həmin undan düzəltdiyi təpitməni usdufca qızın topuğuna qoyub sarıdı:

– Bu, ağrısını da, şişini də çəkəcək... Ancaq, hələlik, bu ayağını yerə lap usdufca qoy...

Sonra çoban dikəlib:

– İndisə, – dedi, – məni bağışlayın, qoyunu örüşə aparıram...

Və o, balaca şkafdan çörək-pendir götürüb:

– Xahiş edirəm özünüzü öz evinizdəki kimi hiss eləyəsiniz, – dedi və otaqdan çıxdı.

Qız oğlana baxıb:

– Bilirsiniz, – dedi, – bayaq nəyə gülürdüm? Çobanın sizi mənim həyat yoldaşım hesab eləməyinə...

Oğlan ciddi ifadə ilə cavab verdi:

– Bayıra çıxmaq istəyirsiniz?

– İstəyirəm.

... Oğlan qızın qoluna girərək, otaqdan çıxartdı...

... Bayırda yamacları, çölləri bürüyən lalələr, sarı çiçəklər yaz günəşinin brilyant kimi parlaq işığı altında alışıb-yanırdılar...

... Lap uzaqlarda çobanın qoyunları göbələk kimi dağın döşünə səpələnmişdi.

Oğlan, qızı qayadan qaynayıb çıxan bulağın yanına gətirərək:

– Siz yuyunun, – dedi, – mən gedim südü qaynadım. Qurtaranda səsləyərsiniz.

– Oldu... – deyə qız cavab verdi.

Oğlan çevrilib otağa doğru addımladı... Qız onun ardınca baxdı...

... Qız ilə oğlan balaca stolun ətrafında oturub, səhər yeməyi yeyirdilər. Qabaqlarında çörək-pendir, yağ və süd var idi.

– Mən yeddi arxa dönənlərimizin hamısının adlarını sizə dediyim halda, siz nə üçün öz adınızı, nə işlə məşğul olduğunuzu demirsiniz?

– Adım ovçu... Özüm ovçu! – deyə oğlan zarafatyana cavab verdi.

Sonra süddən bir qurtum alaraq:

– Siz uzanarsınız, – dedi, – mən də gedib yoldaşlarınızı axtararam. Bəlkə bir şey çıxdı...

– Yox... yox... mən burda tək qala bilmərəm. Bir də ki, siz, onsuz da, mənim üstümdə az əziyyət çəkməmisiniz... Əgər, yaxşı yoldaşlardırsa, qoy onlar məni axtarıb tapsınlar...

– Onlar sizi axtarıb tapanacan, ərinizdə can qalmaz...

– Can qalar... – deyə qız başını tərpətdi. – Yoxsa ki, kişilərə etibar var...

– Nə üçün kişilər sizin nəzərinizdə belədirlər...

– Siz zarafat eləyirsiniz... Amma mən yox...

– Görünür, sizin, nə isə, ciddi bir narazılığınız var...

– Biz çox şairanə bir eşq macərası ilə evlənəndən iki ay sonra, ərim, tez-tez bizə gəlib-gedən bir rəfiqəmə eşq elan eləmişdi...

– Bəs, sonra nə oldu?

– Sonra o, and içib, məni inandırmağa çalışdı ki, guya, hissə qapılıb, səhv eləyib... Mən də onu bağışladım.

Oğlan qaşqabaqlı halda dedi:

– Madam ki, bağışlamısınız, daha o əhvalatı xatırlamaq lazım deyil.

– Mən ərimi ona görə bağışlamadım ki, ona inandım. Əksinə, onun xəyanəti (əgər, o hərəkəti xəyanət adlandırmaq düzgündürsə) məni başa salmışdı ki, əbədi məhəbbət... filan... boş sözdür... nağıldır...

– Hər halda, insanların yaxşı arzularından doğan nağıldır... Ona görə də, boş söz deyil.

Qız istehzalı təbəssümlə:

– Bilirsinizmi, – dedi, – belə-belə romantikanın Yer planetilə vidalaşdığı vaxtdan çox sellər... sular axıb gedib.

... Sonra qız zədələnmiş ayağına işarə ilə:

– Deyəsən, çoban qardaş çox bərk bağlayıb, bəlkə sarığı bir az boşaldasınız, incidir...

Oğlan sarığı açıb, yenidən bağlayırdı. Qızın çılpaq qılçı həddindən artıq cazibədar idi.

... Qız cavan oğlanın hər bir hərəkətini, üzünün ifadəsini qəribə bir maraq və diqqətlə izləyirdi.

... Və oğlan bunu hiss edirdi...

– Ağrımır? – deyə, nəhayət, o, gözünü sarıqdan çəkməyərək soruşdu.

– Bilmirəm... – deyə qız gülümsəyərək müəmmalı cavab verdi. – Hiss eləmirəm...

Oğlan sarığı bağlayıb sərt səslə:

– Uzanın, – dedi.

Qız jaketini çıxararaq arxası üstə çarpayıda uzanıb çılpaq qollarını başının altında çarpazladı. Onun çöhrəsi, boğazı, sinəsi kamil bir gözəllik nümunəsi idi. Onun üzündə meydan oxuyan bir təbəssüm vardı.

Oğlan papiros çıxarıb yandırdı... Qız dedi:

– Özünüz haqqında danışmırsınız, danışmayın... Heç olmazsa, deyin görüm evlisiniz?

– Evliyəm... – deyə oğlan quru ifadə ilə təsdiq etdi.

– Yəqin ki, arvadınız çox gözəldir.

– Nədən bilirsiniz?

– Özünüz bu qədər gözəlsiniz, məlumdur ki...

Oğlan darıxırmış kimi onun sözünü kəsdi:

– Mən kişini gözəl adlandırmağı xoşlamıram, – dedi.

– Xoşlasanız da elədir, xoşlamasanız da... – deyə qız qəhqəhə ilə güldü.

– Yaxşısı budur, – deyin görüm nahara nə hazırlamağı əmr edirsiniz? Kəklik bulyonu, yoxsa qırqovul kababı?

– Ovladığınız quşları bişirib qurtararıq, sonra xanımınız acıqlanar.

– Acıqlanmaz. Mənim xanımım siz düşünən kimi darürəkli deyil, – deyə ovçu qaşqabaqlı cavab verdi. – Bağışlayın, mən zarafat elədim.

– Uşaqlar, gəlmək olar? – deyə çobanın bayırdan səsi eşidildi.

Qız jaketini tələsik əyninə geyəndən sonra:

– Gəl, – dedi.

Çoban ovladığı əliyi yerə qoyub:

– İndicə vurmuşam, – dedi.

– Harda? – deyə qız həyəcanla səsləndi.

– Sürünü meşəyə tərəf aparırdım, qəfil çıxdı qarşıma.

– Nə üçün vururdun?

– Nə təhər, yəni, nə üçün vururdum? – deyə çoban təəccüblə qıza baxdı.

– Gör necə gözəldir, – deyə qız heyranlıqla güllə dəymiş əliyə baxırdı...

– Bilmirsən ki, qadın tayfasının ürəyi nazik olur? – deyə oğlan gülümsədi.

Çoban qıza baxaraq:

– Bizim arvadlar elə deyil, – dedi.

Sonra əlavə etdi:

– Sürü yiyəsizdir, mən qaçdım...

Sonra çoban, oğlandan soruşdu.

– Soymaq əlindən gəlir, yoxsa, mən soyum?

– Əlimdən gəlir.

... Qız oğlana dedi:

– Mən siz düşünən qədər də ürəyinazik deyiləm... Məsələn, əgər, çoban pələng vursaydı, mənə ləzzət eləyərdi... Əlik isə, yazıq, köməksiz heyvandır.

Oğlan zarafatyana bir ifadə ilə:

– Yaxşısı budur, – dedi, – mən əliyi soyum, doğrayım...

– Kobud!!! – deyə qız anlaşılmaz bir qəzəblə səsləndi.

Oğlan gülümsədi:

– Ovçu kobud olmasa, o qədər qan tökə bilməz.

– Xahiş edirəm istehzanızı saxlayasınız, özünüzə lazım olar.

Görüşdüklərindən bəri, birinci dəfə olaraq, oğlan qəhqəhə ilə güldü. Qız ona məzəmmətlə baxaraq:

– Demək, məni yandırıb-tökməkdən ləzzət alırsınız?

Oğlan eyni şən əhvali-ruhiyyə ilə:

– Axı, – dedi, – sizin yanıb-tökülməyiniz üçün heç bir əsas yoxdur...

Qız sanki birdən yuxudan ayılaraq, ovçuya ani bir nəzər salıb, üzünü pəncərəyə sarı çevirdi.

... Oğlan əliyi stolun üstünə qoyub, ov bıçağı ilə dərisini qarnından ta boğazına qədər cıraraq, mehriban ifadə ilə dedi:

– Bu saat xəstəmiz üçün elə bir kabab bişirəcəyəm ki, yeyən kimi ayağı sağalsın.

Lakin qız onu eşitmirdi...


... Böyük qoyun sürüsü dağın döşünə yayılıb otlayırdı.

... Çoban Rəşid, təzəcə doğulmuş quzunun yerə çökərək, anasını necə acgözlüklə əmməsinə baxırdı.

... Birdən itlər hürüşüb üzüaşağı götürüldülər.

– Ay it, ay it! – deyə çoban qalxıb, onların ardınca yüyürdü.

... Büsbütün yorulub əldən düşmüş Laçın, Mərdan və Elxan ona çatıb dayandılar.

Çoban soruşdu:

– Kimsiniz?

Mərdan dedi:

– Mühəndisik, srağagünkü tufanda bir qız yoldaşımızı itirmişik. Bəlkə görmüş olasan...

– Xeyr, rast gəlməmişəm. O axşam mənim dəyəmə cavan bir ər-arvad gəlib çıxıb. Onlar da tufana düşüb azıblar...

– Ər-arvad? – deyə Laçın məyus halda soruşdu.

– Bəli, ər-arvad, yazıq qız da yolda yıxılıb, ayağı sərpib, dəyədə yatır.

Mərdan:

– Haradan gəlib, hara gedirlər?

– Soruşmamışam. Qonaqdırlar.

Mərdan yoldaşlarına dedi:

– Gedək onları görək. Bəlkə bir şey bildilər.

Sonra Mərdan çobandan soruşdu:

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Bizim yaylağa köçməyimiz, o taylı qaçaqlar... Cavan Əhmədalının bir toğlunu tək yeməyi, Nuru dayımın törətdiyi işlər və onun acıq eləyib arana qayıtmağı

Yay isti gəldiyindən anam təkid edirdi ki, biz də Kürdoba yaylağına gedək. El çoxdan köçmüşdü yaylağa, demək, bizim ailə tək getməli idi. Fatma nənəm razı deyildi, «yollar doludur qaçaqla» deyirdi, anam da cavab verirdi ki, «bir ucu Kolqarabağı, bir ucu da Zəngəzur mahalı, hər yerdə kişini tanıyırlar, neyləyəcəklər bizə». Ancaq Fatma nənəm öz təşvişi barədə Nuru dayımın yanında bir kəlmə də danışmırdı, nənəm bilirdi ki, əgər danışsa, dayımın cini qalxacaq. Mən onu da hiss edirdim ki, nənəm yolların qorxulu olduğunu dedikdə, ən çox Nuru dayım sarıdan ehtiyat edir, bilir ki, əgər bir şey olsa, dayım dinc durmayacaq.Qarabulaqla Kürdoba yaylaqlarının arası üç yüz kilometrdən çox olardı. El köçü bu yolu qoyun-quzu, mal-qara otara-otara on-on iki günə gedib çıxırdı, ancaq biz üçatlı faytonla gedirdik. Atamla Nuru dayım isə faytonun yanınca atlı gedirdilər. Dayımın atı kürən, atamınkı isə boz idi. İkisi də cavan, qaçağan atlar idi. Dayım uzunboğaz çəkmə geyib, belinə üç patrondaş çəkərək zağlı, gödək beşaçılan, taxta beşaçılan, taxta qoburlu onatılan tapança götürmüşdü. Atam isə elə öz tacir paltarında idi, ancaq belində tapançası var idi. Atamın bu cür həşəri – boz ata minib tapança bağlaması mənə uyğunsuz görünürdü, çünki mən heç bir zaman onu Nuru dayım kimi at çapan, güllə atan görməmişdim.

27 min
Qaraca

Mən Qaracanı görüb, onun yanına yüyürdüm, biz dərənin qırağına gedib sapandla daş atdıqda, mən ona dedim:– Gördün, Əhmədalı çılpaq-cilovsuz atı üzüaşağı çapanda heç yıxılmadı.

8 min
Qaçaq Xanmurad və Selbasarlıların obamıza basqını

Yastı qayanın üstündə cavanlar dayımın öz qohumu Ağakişi haqqındakı məzəli söhbətinə qulaq asıb, qəhqəhə ilə gülürdülər. Bir də gördük dağın dalından bir dəstə atlı çıxıb obaya girdi. Qabaqda da Qaçaq Xanmurad. Dayımgil qalxıb onların qabağına yeridilər, Qaçaq Xanmuradın rəngi ağappaq idi, havanın isti olmasına baxmayaraq, çiynində yapıncı var idi. O, atdan düşən kimi dayım soruşdu:– Nə olub, Xanmurad, birtəhər görünürsən?

20 min
Bayram babamın obaya gəlməsi və Qızyetərin əhvalatı

Səhəri gün heç gözlənilmədən Bayram babam Qızılbaşoğlu Alı ilə gəldi. Babam qaçarağı və nəcib cinsdən olmağı ilə məşhur kəhər atını minmişdi. Belində onatılan tapança, ayaqlarında zərif xromdan tikilmiş uzunboğaz çəkmə var idi. Babam həmişə yaxşı geyinərdi, uzun, təpəsi gen papağı ən bahalı dəridən olardı.O, atdan düşən kimi birinci mənim üzümdən öpdü və onun çallaşmış, qumral bığlarından gələn papiros iyi məndə sevincli bir hiss oyatdı. Babam bacım Mahtabı qucağına götürüb üzündən öpdü. Atamın, anamın kefini soruşdu. Ancaq nə Fatma nənəmlə salamlaşdı, nə də dayımla... Babamın gəlişi az qala bütün obada bayram şənliyi əmələ gətirdi, kişilər onun başına toplaşdılar.

21 min

Poems by other poets