Şair dostum Mir MehdiSeyidzadəyə

Bizə deyirlər ki, gözəl dostdular.Şairim, onlara bircə sözüm var:– Dünya belə ölüb əzəldən bəri,Təmiz ürəklilər daim dost olar!..

Şair var, desə də gözəl şeirlər,Onu insan kimi sevmir bu ellər.Lakin əziz dostum, hər yerdə sənə,Həm insan, həm də ki, şair deyirlər...

Şerin töküldükcə min bir varağa,Bütün gənc nəslimiz qalxır ayağa.Demə, qocalmışam bu xoş günümdə,Saçların gümüşdür Ağa, ay Ağa!

“Ayaz”ın düşmənlə durmuş üz-üzə,“Nərgiz”in Nərgizlər yetirib bizə.Mənim Dilşad qızım, sevimli balamOxşamaq istəyir igid Nərgizə...

Yazdığın hər incə, hər gözəl şeir,Neçə kənddən deyir, şəhərdən deyir.Bütün gül balalar verib səs-səsəSənin hər şerini əzbərdən deyir.

İlham vəcdə gələr, söz qanad çalar,Ömrünü sənətə verən ucalar.Qoy deyim, bu söz də bir məqsəd olsun:– Gəncləşər gənclərlə gəzən qocalar!..

Çarpdıqca sevinclə sinəmdə ürək,Qoy şerim başına səpsin gül-çiçək.Mir Mehdi, qolunu keçir qoluma,Əsrin son gününə bərabər gedək.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring