Mənim teatrım!Xoş nəfəsinlə,Oxşa ruhumuzu bahar yeli tək.Qəlbə qida verən incə səsinlə,Aç bizə qoynunu gülümsəyərək.

Gəlinə bənzəyir duruşun sənin,Qoy qəlbin ellərlə düz ilqar olsun.Sənət yürüşüdür yürüşün sənin,Sənə bu yürüşdə uğurlar olsun.

Duyduqca yadıma gör nələr düşür;Qoynunda birləşir dünya sənəti.Çexov Şekspirlə gəlib görüşür,Cavid salamlayır Nazim Hikməti.

Mənim teatrım!Təmiz eşqimi,Sənə bağlamışam, mənə gərəksən.Abbas Mirzə kimi, Ülvilər kimi,Odlu sənətkarlar yetirəcəksən!

Naxışlı tağların hörmə-hörmədi,Axışıb baxacaq paytaxtım sənə.Nə Cəfər, nə Vurğun səni görmədi,Onların gözüylə qoy baxım sənə.

Cəfər yoxdusa da, onun “Almaz”ı,Qoy öz əlləriylə açsın pərdəni.Ağsaçlı Vurğunun sənət dünyası,Sevdalar qoynunda gəzdirsin səni.

Sənə bağlamışam odlu könlümü,Görüm bu gülzarın heç vaxt solmasın.Elə ki, zəng oldu, işıq söndümü,Bircə stulun da qoy boş olmasın.

Mənim teatrım!Qoy səhnəmizdə,Əsrin övladları izini görsün.Buruqlar önündə, məhsullu düzdə,Özünü axtarıb, özünü görsün.

Mənim teatrım!Səsimi dinlə:Yeni qəhrəmanlar gətir meydana,Bu ilk gəlişinlə, xoş qədəminləSənət müjdəsi ver Azərbaycana!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets