Gör nə deyir qərinələr,– Viranədir Gilan şəhər!..Dərəyə en, təpəyə qalx,Xərabələr qalaq-qalaq...Bura saldım mən meylimi,Gilan dağı gileylimi?..De, o niyə pürvüqardır,Bəlkə bizə sözü vardır?Hər kərpicdə yazı durur,Çoxu gedib, azı durur.Seyr edirəm dörd yanımı,Bu, zəlzələ qurbanımı?Yoxsa, qanlı cəngavərlərBurdan keçmiş uzun illər?İndi də çox səyyah gəlir,Dağı dəlir, daşı dəlir.Torpaq olmuş bu şəhərinYaşı qədim, sirri dərin...Maşın keçir, torpaq batır,Burda neçə zəka yatır.Yer altdadır nələr, nələr,Qalın-qalın salnamələr.Yatır milyon ildən bəri,Min memarın şah əsəri.Hər küpçədə, hər saxsıdaNeçə tarix düşür yada.Vaxt olub ki, duyur ürəkDüylün, Vənənd bağları təkBu yerlər də gözəl olub,Bulaqları süzər olub.İndi təkcə qalan çaydır,Gilan çaydır, Gilan çaydır...Yeriyirəm aram-aram,Ürəyimdə yoxdur yaram.

Duyuram ki, gülən səhərÖz yurdumun səhəridir.Duyuram ki, Gilan şəhərAzərilər şəhəridir...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets