Qar yağdı, qapını yaman aldı qış,Əlinə bir qırıq kaman aldı qış.Payızdan əlborcu duman aldı qış,Qayalar bürcündə mən yalçın ollam,Dumanlı dağlarda harayçın ollam.

Xoşbəxtsən, bir şirin duyğuya düşsən,Nisgildən ayrılıb, arzuya düşsən.Gümüş Ay nurunda sən suya düşsən,Zərif ləpələrdə mən qırçın ollam,Sonalar gölündə harayçın ollam.

Mən Dədə Qorqudam, ozan şairəm,Eşqini göylərə yazan şairəm.İslamam, zirvədə süzən şairəm,Səni ley çalanda bir laçın ollam,Çalmalı dağlarda harayçın ollam!..

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets