Turan Cavidə

Ona gec də olsa,Sevinc verdilər.O, dalğın dayandı, o sevinmədi.Onu öz fövqündə duran gördülər,O, göylər qızı təkYerə enmədi...

Ona bir şəfəqliMüjdə verdilər.Güneylər gülsə də, qüzeylər gülməz.Ona dünya boyda xəbər dedilər,Dedi: – Bilirdim ki,Sənətkar ölməz!..

O, söz hikmətiniSevib yaşatdıDalğın baxışının ifadəsində.O, nə kirpik sıxıb, sinə boşaltdı...Şairi ucaltdı iradəsində...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets