Page 2 of 3 · 33%

– Di öl!.. Daha əlimdən heç yana qaça bilməyəcəksən.

O, qızı yerdən qaldırıb çiyninə aldı. Qəbristanlığın o tərəfində kola bağladığı ata sarı apardı. Zeynəb gücsüzlüyünü sanki indi hiss edib acı-acı ağladı.

Kazım onu atın belinə qaldırdı. Ayağını üzəngiyə keçirdib yəhərə qalxmaq istəyəndə qaranlığı bir işıq yardı. Döngədəki təpəni burulan motosikl qəbristanlığa tərəf irəlilədi. Kazım nəfəsini dərmədən dayandı. Ürəyində İmranı söydü və sıçrayıb atın belinə qalxdı. Gözə görünməmək üçün atı qəbristanüğın o tərəfindən sürdü. O, qızı qucağında güclə saxlayırdı. Motosikl səsini eşidəndə Zeynəb var gücü ilə kəndiri laxlatmağa çalışdı.

Kazım motosiklin qəbristanlığın yanında dayandığını görüb atı mahmızladı. "Vaxtkən aradan çıxmaq lazımdır, - deyə düşündü. - Bircə gecə, tək bircə gecə qızı evdə saxlasam, hər şey düzələcək. Ondan sonra qovsam da getməyəcək".

Birdən Zeynəb daha möhkəm çırpındı. Kazım gözünü açıb yumunca, yuvarlanıb gumbultu ilə yerə düşdü.

– Köpək qızı, ölsən də səni əldən bnraxmayacam.

Kazım atdan düşüb cilovu yəhərin qaşına keçirdi. Aşağı əyilərək qızı qaldırmaq istədi. Lakin bu vaxt yoldakı qaraltıdan hürkən at götürüldü. Kazım onun ardınca qaçdı, nə qədər çalışdısa tuta bilmədi. Əlacı kəsilib geri qayıtdı. Zeynəbi sürüyüb kolluğa saldı.

...İmran kişnəyə-kişnəyə qaçan atı görəndə təəccübləndi. Motosikli geri döndərdi, qəbristanlığın ətrafına dolandı. Fənərin işığı qaranlığı qılınc kimi yarıb sağı-solu aydnılaşdirdı.

İmran yola düşmüş kəlağayını görüb dayandı. Əyilib yerdən götürdü. "Bu nədir? Bu kəlağayı kimindir?"

O, əitafı dinlədi. Qəbristanlıqdan aralıdakı kolluqdan şıqqıltı eşidildi. Otlar xışıldayırdı. Elə bil yerlə nə isə sürüyürdülər. İmran səs gələn tərəfə qaçdı.

Kazım ayaq tappıltılarını eşidib dayandı. Zeynəbi yerə atıb geri döndü. Bıçağı çıxarıb hazır dayandı. İmran birbaş onun üstünə gəlirdi. Deyəsən, qaranlıqda heç nə görmürdü.

Kazım onun üstünə atıldı. İmran azca yana burulub yumruğunu hərlədi. Çənəsi şaqqıldayan Kazımın başı gicəlləndi. Sol yanağına dəyən ikinci zərbədən səndələdi. Qolunu hərləyib bıçağı endirdi. Ancaq əli boşa çıxdı. Ayağı büdrədi və ağzı üstə yerə döşəndi. Bıçaq daşa dəyib cingildədi. İmran bu zaman düşməninin silahlı olduğunu başa düşüb onu yerindən tərpənməyə qoymadı. Onlar goy otluqda süpürüşdülər. İmran Kazımın biləyindən yapışıb qalxmağa qoymurdu. O çalışırdı ki, düşməninin qolunu qanırıb bıçağı alsın. Kazım isə müqavimət göstərib bıçağı əldən vermək istəmirdi. Onlar yumbalana-yumbalana qanova düşdülər. Kazım bıçağın əldən çıxacağını gördükdə özünü itirdi. Dəhşət onu bürüdü. Var gücünü toplayıb qolunu çəkdi. Bıçaq əlindən sıçrayıb qırağa düşdü.

İmran Kazımın yorulduğunu hiss edib onun sinəsinə əyildi. Fürsətdən istifadə edən Kazım onun çənəsinin altından ağır bir yumruq ilişdirdi. İmran arxası üstə yıxıldı. Sıçrayıb ayağa duran Kazım onun boğazından yapışmaq istədi. İmran düşmənin məqsədini başa düşdü və gücünü toplayıb təpiklə onun qarnına vurdu. Ufaldayan Kazım yanı üstə yıxıldı. İmran onn altına aldı.

Kazım çapalayıb müqavimət göstərirdi. Hər ikisi yorulmuşdu. Kazım səsini çıxartmırdı. İmran kiminlə vuruşduğunu hələ də bilmirdi.

Yaxındakı kolluqdan boğuq, iniltiyə bənzər bir səs gəldi. İmran nə edəcəyini bilmədi. Düşməni buraxsa, hər şeyi korlayırdı. O var gücünü toplayıb altındakı adamı yerə yıxdı. Tələsik kəmərini açıb onun qollanı sarıdı. Bu zaman xırıltılı səs eşitdi;

– İmran, məni öldürmə.

– Kazım?!

– Bir qələtdir elədim... Əvvəlcə səni tanımadım...

İmran heç nə başa düşmədi. Mat-məəttəl qaldı. Kolluqdan yenə inilti eşidildi. İmran sarsıldı.

– O kimdir? - deyə Kazımdan soruşdu. Lakin cavab almadı. İmran Kazımın belindəki kəməri açaraq onun ayaqlarını da sarıdı və səs gelən tərəfə qaçdı.

– Ay adam, kimsən, hardasan?

O, aşağı əyilib kolluqdakı sarınmış qızı tapdı. Ağzındakı dəsmalı çıxartdı, əl- qolunu açdı. Zeynəb dərindən nəfəs alıb qışqırdı:

– Hanı o əclaf!

– Zeynəb, sənsən? - deyə İmran təəccübləndi.

Onlar yola çıxdılar. İmran üst-başı cırılmış, saçları üzünə dağılmış Zeynəblə yanaşı gedirdi. Qolu bağlı Kazımı isə qabaqlarına salmışdılar.

Qəbristanlığın yanına çatanda dayandılar. İmran yolun kənarına atdığı motosikli qaldırdı. Fənəri yandırdı. İşığı Kazımın üstünə saldı. Onun üz-gözü şişmiş, ağzı-burnu qanamışdı. Alt dodağı göbələyə dönmüşdü. Boynundakı başlığı sürüşüb düşmüşdü. Onun bu saat çox yazıq görkəmi var idi. Zeynəb özünü saxlaya bilmədi. Kazıma yaxınlaşıb üzünə tüpürdü.

Kazım dinmədi. Gözünü döyüb dayandı.

– İndi məni haraya aparacaqsınız?

– Milis idarəsinə.

– İmran... İgid basdığını kəsməz... Keç günahımdan.

– Hələ bir dili də var danışır! Səni özüm aparacam! Utanmaz köpəkoğlu!

– deyə Zeynəb qışqırdı.

– Görürsən, şikayətçi razı olmur.

– İmran, ə, sən də cavan deyilsənmi? Qızın sözünə niyə baxırsan?

Bir qızdı, istəyirdim, nə bilim ki, günüqara başıma bu oyunu açacaq?

– Kazım, sən qanmaz adamsan. Sənin kimisi bir neçə il yatmasa ağıllanmaz.

– Axı mən neyləmişəm? Zeynəb özü desin. Əlim-ayağım dəyməyib. Çıxıb evinə getsin. Elə bilsin heç nə olmayıb... Zeynəb, mən heç, özünü biabir eləmə... Zeynəb ildırım vurmuş kimi sarsıldı. Bayaqdan bu heç onun ağlına gəlmirdi. "Doğrudan, camaat bunu eşitsə nə deyəcək? Hər ağızdan bir söz çıxmayacaqmı? Elə bircə Şahnaz bilsə bəs deyilmi? Aləmə car çəkib məni biabır etməzmi? Mən ondan sonra kimi inandıra bilərəm? Axı bu mərdimazar köpəkoğlu haradan mənim qabağıma çıxdı?"

Zeynəb qəhərləndi. Bunu hiss edən Kazım yenidən sözə başladı:

– Keçin taqsırımdan. Atam-anamla bir qələtdir eləmişəm. İstəyirsiniz lap ayaqlarınıza döşənim. Qoyun bu sirr burda qalsın. Nə dil bilsin, nə dodaq. Mən ağzımı açıb bir adama söz desəm, kişi deyiləm...

İmran... vallah, doğru sözümdür, itdən peşmanam. Axmaqlıq elədim, özünüzü də, məni də, dilə-ağıza salmayın. Camaat bilsə, Zeynəbdən ötrü daha pis olacaq.

İmran, qabağında tülkü kimi yaltaqlanan bu adama nifrətlə baxdı.

– Yaxşı, deyək ki, Zeynəbi qaçırmaq istəyirdin. Bəs mənə niyə hücuma keçdin?

– Sözün düzü, kişiliyimə sığışdıra bilmədim ki, qızı mənim əlimdən alasan.

– Qurumsağa bax, kişilikdən danışır!

– Zeynəb, nə desən haqlısan... Gəl ətəyindən daşı tök.

Zeynəb ona bir də yaxınlaşdı. Qolunu boşaldıb qulağının dibinə bir şillə çəkdi.

– Düş qabağıma, köpək oğlu! Sənin kimisinə işıqlı dünyada yaşamaq haramdır...

İmran, Kazımı kənd sovetinə təhvil verib qayıdanda Zeynəbi motosiklin yanında gördü, qız utandığından idarəyə getməmişdi. Onun saçları dağılmışdı. Yaxası açıq idi.

– Tez ol gedək, yağış yağır. Zeynəb yerindən tərpənmədi. Birdən-birə İmranın boynuna sarıldı. Hönkürtü ilə ağladı:

– Yaxşı, ağıllı ol, uşaqlığı burax.

– Qurbanın olum...

– Di yaxşı, yenə dəliliyin tutmasın, gedək.

– Ayağının altında ölüm. Mənim səndən başqa kimim var? Yetim olmasaydım, o köpək oğlu qabağımı kəsə bilməzdi...

Kəsik-kəsik deyilən bu sözlər İmranın ürəyini dağladı. Zeynəbin alnından öpüb başını sinəsinə basdı, saçını sığalladı. İmranı da yaş boğdu.

– Di yaxşı... Sənə soyuq dəyər.

Zeynəb ancaq bu zaman üst-başının didilib töküldüyünə fikir verdi. Yaxasının açıq olduğunu görüb aşağı əyildi.

– İmran, qurban olum, bağışla.

– Yaxşı, yaxşı, gözünün yaşını sil.

O, qızı güclə sakitləşdirib motosikli işə saldı. Zeynəb dinməz-söyləməz oturub İmranın belini qucaqladı.

Onlar döngəni burulub həyətə girdilər. Zeynəb hərəkətsiz dayandı. Evlərinə getmək istəməsə də, Tükəzban xalagildə qalmağa da utandı. İmran maşını rahatladıqda- sonra onun qolundan tutdu.

– Gedək.

– Yox, evimizə gedəcəyəm.

– Ağıllı ol, bu saat səni heç yana buraxmaram. Sizin ev, ya bizim, nə təfavütü var? Gəl.

İmran onu çəkib eyvana çıxandı. Pəncərədən süzulən işıqda üz-gözünə baxdı. Dəsmalını çıxardıb onun gözlərini sildi.

– Bax belə olmaz, al burnunu da sil.

Zeynəb qapını açıb içəri girdi.

Səhərdən oğlunu gözləyən Tübzban xala astanada dayananlara baxıb üzünü cırdı.

– A bala, bu nədir, üstünüz-başınız niyə cırılıb? Allah, mənə ölüm ver! Üz-gözünüz niyə bu kökə düşüb?

Zeynəb ağlamamaq üçün dodağını dişlədi. İmran qıza gözünü ağartdı.

– Heç nə olmayıb, ana, zəhrimar maşın sürüşdü. Xəndəyə yıxıldıq.

– Allah, sən saxla! Ay bala, neçə dəfə demişəm bu zəhrimarı minmə, hazır bir ətək pul verib maşın alıbsan, onu niyə sürmürsən? Üz-gözünüz də göyərib, əzilib.

– Bəs nə təhər olsun deyirsən, maşından yıxılanın üz-gözü də göyərər, dirsəyi de sıyrılar. Zərər yoxdur. Sən bizə yeməyə bir şey ver, yaman acmışıq. Tükəzban xala əl-ayağa düşdü. Sandığı açıb oğluna təmiz paltar çıxartdı. Aftafa-ləyən gətirdi. "Gör bir özünü nə kökə salıb. Heç bilmirəm bu zəhrimar maşını hardan tapıb? Demir, qızcığazı da, özümü də şikəst elərəm. Bilmirəm bu günüqara da gədədən niyə əl çəkmir.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Üçüncü hissə, 17

Cahandar ağa bütün gecəni at belində yol gəldi. Qalın meşələrdən necə keçdiyini, köpüklü çayları nə vaxt adladığını, dolama cığırlarla bələnləri haçan aşdığını bilmədi. Qəmər arada addımlarını yavaşıdanda onu mahmızladı, atın yorulmasına fikir vermədi. Bütün yolu çaparaq gəldi. O, mənzilə yaxınlaşdıqca daha da həyəcanlanırdı. Ürəyi yumaq kimi bükülür, nəfəsi darıxırdı. Kişi qorxurdu. Yaylağa yetişən kimi binədə bədbəxt bir hadisə ilə qarşılaşa biləcəyini xəyalına gətirdikcə bədəni buz kimi soyuyur, alnına tor gətirdi. O, evdəkilərin birinin ölümünə, mal-qaranın oğurlanınasına dözə bilərdi. Ancaq arvad-uşağın namusuna sataşılmış olsaydı... Aman Allah, sən belə bir rüsvayçılıq eləmə!!!Cahandar ağa istəyirdi ki, lap tezdən binələr yuxudan ayılmamış özünü yaylağa yetirsin, heç kəsin gözünə görünmədən alaçığa girsin, əhvalatın nə yerdə olduğunu öyrənsin. Əgər bir bədbəxtlik üz veribsə, onun keçirdiyi iztirabları heç kəs görməsin. Camaatın gözü qabağında zərbə almaq və qovşurulub-qıvrılmaqdan dəhşətli nə ola bilərdi?

19578 min
Üçüncü hissə, 18

Cahandar ağa səhər tezdən atın örüyünü dəyişdirmək üçün dəyədən çıxdı. Tüfəngini əlinə alıb, binələrin aşağı tərəfindəki çəmənliyə getdi. Çisəkləyirdi. Hər yeri duman bürümüşdü. Beş-on addımlıqdakı qaraltılar güclə seçilirdi. Otlar yuyulub sürüşkənləşmişdi. Havanın soyuqluğunu adam nəfəs aldıqca ciyərlərində hiss edirdi. Dəyələrin ətrafında dolaşan itlər tənbəl-tənbəl hürürdü, xalxaldakı dana-buzov mələşirdi. Binə mürgüləyirdi.Cahandar ağa səksəkəli idi. Axşam, əl-ayaq yığışdırılandan sonra itlərin arasına çaxnaşma düşmüşdü. Sığırçılar kimi isə qıya basmışdılar. İtlər binələrin üstündəki yola qədər getmişdi. Nökərlər hər yeri, arxacı, xalxalı dönə-dönə yoxlamış, atın örüyünü dəyişmiş, hər şeyin yerində olduğunu söyləmişdilər. "Yəqin yol adamları imiş", – deyə kişini sakit etmişdilər.

19578 min
Dördüncü hissə, 1

Axşam qaranlığı qatı bir kölgə kimi Qorinin üzərinə çökmüşdü. Yarımca saat bundan əvvəl zirvəsində günəşin son sarılıqlarını əks etdirən dağlar boyun-boyuna verib mürgüləyirdi. Buranın təbiəti şimala bənzəmirdi, nə bəyaz gecələr, nə də uzun sürən yay axşamları var idi. Birdən-birə zil qaranlıq çökür, birdən-birə də dan yerində şəfəqlər oynaşırdı.Semyonov artıq bunlara vərdiş etmişdi. Əvvəllər Peterburqun bəyaz gecələrinə vurğun olan Dmitri Dmitriyeviç indi də cənub axşamlarına məftunluq göstərirdi. O hər axşam pəncərə qabağında dayanıb qüruba tamaşa etməyi sevirdi. Bu gün də adəti üzrə, həmişəki yerində durub üfüqlərə baxırdı, bağ-bağat içində itən Qorinin kiçik daxmalarında yanan çıraqlar qaranlıqda parıldayan yalqız qurdları kimi işıldayırdı.

195710 min
Dördüncü hissə, 2

Damların və çardaqların üstündə axşamdan təzək yandırmışdılar. Gecədən xeyli keçməsinə baxmayaraq, hava durğun olduğundan kəsif tüstü layları kəndin üstünə çökmüşdü. Bir yarpaq, bir ot belə tərpənmirdi. Ağcaqanad sürüsünün vızıltısı bir-birinə qarışıb kəndə züy tuturdu. Hər şey susmuşdu. Anası Osmana axşamdan damın üstündə yer salmışdı. O, yatıb yuxuya qalmamaq üçün tezdən yorğan-döşəyə girmişdi, ancaq gözünə yuxu getmirdi.Mina xala oğlunun yanında oturmuşdu. Arvad Osmanın köynəyini dizinin üstünə qoyub yamayırdı. Düz üç gün hər yeri gəzmiş, qonum-qonşuya ağız açmış, hətta şəhərə gedənlərə yalvarmışdı ki, ona beş-altı metr parça alsınlar, sonra əlinə pul düşən kimi borcu qaytarar. Ona əl tutan olmamışdı. Axırda hər yerdən əlacı kəsildiyindən, oğlundan xəlvət qapılarındakı yeganə xoruzu tutmuş, qonşu kənddəki dükana gedib parça istəmişdi. Dükançı bir arşından artıq parça verə bilməyəcəyini söylədikdə isə "ağrım ürəyinə, xoruzu sənə verməkdənsə, kəsərəm, uşağım yeyər" – demiş və birbaş evə qayıtmışdı. O, oğlunun əynini təzələməyə çalışmış, yoldaşlarının yanında Osmanın utanmasını istəməmişdi. İstəmişdi ki, Osman qərib yerə ürəyi sınqın, əyni çılpaq getməsin. Ancaq nə edəsən ki, yoxdan Allah da bezardır.

195710 min

Poems by other poets