Dördüncü hissə, 13
Page 1 of 2
Zər paqonlu cavan bir zabit meşin çəkilmiş qapını açıb Semyonovu içəri saldı və dabanlarını cütləyib təzim etdikdən sonra geri çəkildi. Dmitri Dmitriyeviç böyük zalın astanasında dayandı. Bir xeyli hansı tərəfə gedəcəyini müəyyənləşdirə bilmədi. Qubernatorun kabineti o qədər böyük idi ki, özünün harada oturduğunu dərhal görmək mümkün deyildi. Həm də küçəyə baxan pəncərələrin çoxunun taxtası bağlandığından, yuxarı başa qaranlıq çökmüşdü.
Kim isə öskürdü. Semyonov astaca addımlarla küncə doğru irəlilədi. İri yazı masasının önünə çatanda kürsüdə əyləşən qubernatoru gördü və azacıq əyilib təzim etdi. Qubernator ona başını tərpətməklə cavab verdi və əli ilə işarə etdi ki, əyləşsin. Semyonov yumşaq stullardan birində oturdu və qarşısındakı kağızlara baxan qubernatora göz qoydu. Onun boyu balaca idi. Qıvrım saçları ağarmışdı. Hətta bəzi yerlər papiros hisinə düşmüş kimi saralmışdı. Çiynindəki paqonun zərli saçaqları astaca tərpənirdi. Qubernatorun bakenbardı az qala uzun bığlarına qarışmışdı. O sakit və qaraqabaq adama oxşayırdı.
Semyonov qubernatoru süzdükdən sonra gözünü onun üzündən yayındırıb divara baxdı. Hər yer yağlı boya ilə rənglənmişdi. Həm də fırça elə işlədilmişdi ki, adam divara suvaq yox, palıd ağacından qabıq çəkildiyini zənn edirdi. Qubernatorun başı üstündə imperatorun tavandan döşəməyə qədər divarı tutan iri şəkli asılmışdı. Həmin şəklin önündə qubernator lap balacalaşır və iri masa arxasında əyləşən bir oyuncağa dönürdü.
Döşəməni neftlə sildiklərindən hava ağırlaşmışdı. İçəridəki bu kəsif qoxu və ağır sükut adamı darıxdırırdı. Üstəlik, küncdən iri saatın ahəngdar tıqqıltısı otağa hüznlü bir səs yayırdı.
Qubernator kağızları xışıldadıb kənara qoydu və kürsüdə yayxandı. Əllərini qarnının üstündə çarpazlayıb, əsnəməyini güclə saxladı:
– Hə, cənab direktor, mən Sizi dinləyirəm.
Semyonov stulunu azca irəli çəkdi və dirsəyini masanın üstünə qoydu. Qovluqdan bir kağız çıxardıb qubernatora uzatdı:
– Bu raportda bütün vəziyyəti yazmışam.
Qubernator kağıza ötəri bir nəzər salıb kənara itələdi:
– Şifahi danışın, görüm tələbiniz nədir?
– Zati-alliləri, son zamanlar seminariyada elə bir vəziyyət əmələ gəlmişdir ki, işləmək qeyri-mümkün olmuşdur.
– Doğrudur, doğrudur, – deyə qubernator başını tərpədib Semyonovun dediklərini təsdiq etdi və səsini ucaldıb dirçəldi. – Kimdir müqəssir?
– Elə mən də bunu aydınlaşdırmaq istəyirəm, cənab qubernator axır vaxtlar bizə işləməyə imkan vermirlər. Hər cür pedaqoji qaydanı pozurlar.
– Məsələn?
– Məsələn, – deyə Semyonov bir az duruxdu, – tələbələrin gözü qarşısında sinifdən müəllimi çıxardıb həbs edirlər.
Qubernator halını pozmadan ağzını marçıldatdı:
– Daha sonra?
– Yataqxanada və məktəbdə axtarış aparırlar. Zənnimcə, polis idarəsi bizim aramıza xəfiyyələr də göndərmişdir. Məgər bunlar qanunsuzluq deyilmi, zati-aliləri? Mən bizə qarşı göstərilən bu etimadsızlığı böyük həqarət sayıram. Axı bu inamsızlıq nədən irəli gəlir?
Qubernator heç nə demədi. Mizin üstündəki qovluqlardan birini götürüb vərəqlədi:
– Həbs olunmuş müəllimin familiyası, gərək, Kipianidir, eləmi?
– Bəli. Onun heç bir günahı yoxdur. Mən Sizə raport göndərmişdim və xahiş etmişdim ki, bu işə özünüz qarışasınız. Məsələyə ədalətlə yanaşılsa, o, mütləq azad edilər. Ancaq yerli polislər nədənsə çox tələsirlər. Kipianinin ailəsini də Qoridən köçürtdülər. Deyilənə görə onları sürgün etmək istəyirlər. Bütün bunlar seminariyanın uşaqlarına pis təsir edir, zati-aliləri, onlarda bizim imperiyaya qarşı etimadsızlığın və qəzəbin artmasına səbəb olur.
– Gərək ki, mən onu işə götürmək istəmədikdə israr edən yenə Siz idiniz?
– Bəli. Mən yenə də bu fikirdəyəm ki, Kipiani on yaxşı vətəndaş və müəllimdir.
– Maraqlıdır... Sizin mülahizələriniz çox maraqlıdır. Təklifiniz nədir?
– Kipianini azad etmək haqqında sərəncam verəsiniz. Daha sonra, tələbələr və müəllimlər ona və ailəsinə yardım göstərmək məqsədi ilə pul toplayıblar. Qori qəza polis rəisi bu pulu məhbusa çatdırmaqdan imtina edir. Xahiş edirəm, bu barədə Siz özünüz sərəncam verəsiniz.
Onun vəziyyəti çox ağırdır.
– Sizin mərhəmətli bir şəxs olmanız mənim qəlbimi az qalır riqqətə gətirsin, cənab Semyonov, daha nədən narahatsınız?
– Mənə bir direktor kimi etimad edilməməsindən. Mən xahiş edirəm, göstəriş verəsiniz, bundan sonra bir daha tələbələrin və müəllimlərin izzət-nəfsinə toxunmasınlar. Elə bilirəm biz nə iş tutduğumuzu polislərdən yaxşı başa düşürük.
Qubernator kürsüdə bir az yayxandı və gözünü qıyıb müsahibinə baxdı. Dmitri Dmitriyeviç də gözünü ondan çəkmədi. O nə qədər çalışdısa da, sifətinin bircə əzası belə tərpənməyən, soyuq baxışlı qubernatorun nə düşündüyünü, onun dedikləri ilə şərik olub-olmadığını müəyyənləşdirə bilmədi. Qubernator yenə əvvəlki kimi sakit və təmkinli idi. Ona görə də onun verdiyi sual Semyonov üçün çox gözlənilməz oldu.
– Peterburqdan çoxdanmı çıxmısınız?
– On ildir. Necə məgər?
– Heç, elə-belə soruşdum. Buralarda darıxmırsınız ki?
– Öyrəşmişəm. Bir də iş çoxdur.
Qubernator ayağa durdu. Asta addımlarla pəncərəyə yaxınlaşıb taxtanı araladı. Şiddətli işıq zolağı qaranlığı qılınc kimi kəsdi və mizin üstünə sərildi. Divarın bir tərəfi işıqlandı. Şəkildəki imperatorun paqonu, ordenləri və qızıl düymələri işığa qərq oldu. Qubernator əllərini geri yanında çarpazlayıb bir çiyni üstündə döndü və Semyonova çəpəki nəzər saldı. Semyonov onun azacıq donqarlanmış belini və qövsşəkilli əyri qıçlarını aydın gördü. Onun dizinin kündəsinə qədər çəkdiyi çəkməsi, dabanlarındakı mahmızlar par-par parıldayırdı.
– Sizi Qafqaza kim göndərib?
– Mənimi? – deyə Semyonov təəccüblə soruşdu və çiyinlərini çəkdi. – Heç kim.
– İstəsəniz Peterburqda qala bilməzdinizmi?
– Qala bilərdim, ancaq elə zənn edirəm ki, mən burada daha çox fayda verirəm.
– Kimə?
Semyonov bu gözlənilməz sualdan sonra bir az duruxdu və gördü ki, qubernator yenə əvvəlki kimi dayanıb, çəpəki nəzərlə ona baxır.
– Qafqaz xalqına və öz millətinə.
– Maraqlıdır... Çox maraqlıdır. – Qubernator gəlib öz yerində əyləşdi və mizin üstündəki zəngi çaldı. Bayaqkı cavan zabit qapının ağzında göründü. Qubernator üzünü Dmitri Dmitriyeviçə tutdu. – Bir fincan qəhvə gətirsələr, imtina etməzsiniz ki?
– Çox sağ olun.
– Buyuracaqsınız.
Zabit heç iki dəqiqə keçməmiş gümüş sinidə qəhvə gətirdi. Fincanlara süzdü və dinməz-söyləməz çıxıb getdi. Qubernator fincanın birini Dmitri Dmitriyeviçin qabağına qoydu, birini də özü götürüb qaşıqla qarışdırdı;
– Cənab Semyonov, Siz burada kimi təmsil edirsiniz?
– Sualımz çox mürəkkəbdir, zati-aliləri!
– Burada mürəkkəb bir şey yoxdur, – deyə qubernator gülümsündü. – Məsələn, mən əlahəzrət imperatorumuzu, böyük rus imperiyasını təmsil edirəm. Bəs Siz?
– Mənmi? – Semyonov da gülümsündü, – mən olsa-olsa rus ziyalılarının bir nümayəndəsiyəm.
– Unutmayın ki, rus ziyalılarının çoxu imperiyanın məmurudur.
Elə Siz özünüz də Qafqaza gəlmiş bir məmursunuz.
– Zati-aliləri, rəsmi vəzifədən başqa bir də hər insanın vətəndaşlıq borcu var. Mən rəsmi məmurlardan daha çox öz vətəndaşlıq borcumu yerinə yetirməyə çalışıram. Elə Qafqaza da bu məqsədlə gəlmişəm.
– Maraqlıdır... Çox maraqlıdır... Lütfən söyləyin görüm, Siz vətəndaşlıq borcunu nədə görürsünüz'?
– Öz millətimin və vətənimin şərəfini ucaltmaqda. Zənnimcə, hər bir namuslu vətəndaş çalışmalıdır ki, öz hərəkətləri ilə mənsub olduğu xalqın yaxşı keyfiyyətlərini nümayiş etdirsin. Bəzən bir adamın timsalında bütün xalq haqqında təsəvvür yaranır.
– Ona görə də buralarda məktəb açıb yerlilərin uşaqlarına dərs deyirsiniz, eləmi? Həm də bu işin rus millətinə xeyri olduğunu söyləyirsiniz. Məni başa salın görüm, yerli millətlərin savadlanmasının ruslara nə kimi xeyri dəyə bilər?
Dmitri Dmitriyeviç elmin, maarifin hamıya lazım olduğundan, savadsızlığın nəinki ucqarlarda, hətta Rusiyanın mərkəzində də bəlalar törətməsindən, hər bir namuslu ziyalının bu bəlalarla mübarizə aparmağa borclu olduğundan danışmaq istəmədi. Hiss etdi ki, qubernator qəsdən, hansı bir gizli niyyətləsə bu cür sual verir. Ona görə də onun rəsmi sualına rəsmi cavab verməyi qərara aldı:
– Xeyri olmasaydı, əlahəzrət imperator özü yerlilər üçün məktəb açılması haqqında fərman verməzdi.
Qubernatorun sol qaşı azacıq səyridi. Gözünün qarası bir neçə saniyə titrədi. Ancaq bunlar çox çəkmədi. Onun sifəti yenə əvvəlki kimi soyuq ifadə aldı. Dodaqlarında anlaşılmaz bir təbəssüm oynadı:
– Əlahəzrət imperatora yerlilərdən rus dilini bilən məmurlar lazımdır, cənab direktor, amma Siz, deyəsən, bu vəzifəni unudub, maarif məşəli yandırmaq istəyirsiniz.
– Bu bizim tarixi borcumuzdur. Millətlər gərək bir-birinə kömək etsinlər, şüurlar oyansın.
– Borc... millət... şüurlar oyansın. Çox maraqlıdır, çox maraqlıdır.
Qubernator siyirtməni çəkdi. Xeyli eşələndikdən sonra iri bir şəkil çıxardıb, astaca Semyonova doğru itələdi:
Kitabxana.az · https://kitabxana.az/en/works/ismayil-sixli-deli-kur-dorduncu-hisse-13
Use ← → keys to move, R for a random poem
More by this author
Məktəbin küncündəkı otağın pəncərələrindən işıq gəlirdi. Axşamdan xeyli keçmişdi. Məktəbin qabağındakı bağda baş-başa verən çinar ağacları, qollu-budaqlı armudlar, salxım söyüdlər elə bil mürgüləyirdi. Arabir yarpaqlar astadan xışıldayırdı. Ağacların dibindən axan suyun şırıltısı sanki bu sakitliyə layla çalırdı. Lap uzaqda, kəndin kənarındakı gölməçələrdə qurbağalar quruldaşırdı. İmran pilləkənə yaxınlaşdı. Səs salacağından ehtiyat edərək, asta-asta yuxarı qalxdı. Qapının ağzında dayandı. Pəncərədə kitab oxuyan bir adamın kölgəsi görünürdü. "Evdədir" - deyə İmran öz-özünə pıçıldadı. Əlini qaldırıb qapını döymək istədi. "Birdən mənim gəlişimdən incidi, bəlkə də heç qapını açmaq istəmədi, onda nə olsun? - deyə düşündü. - Deməzmi gecə vaxtı sənin qız xeylağı ilə nə işin ola bilər? Nə cavab verərəm?" O qayıdıb getmək istədi. İçəridən ayaq səsi gəldi. Stul tərpəndi və birdən qapı açıldı. Onlar üzü-üzə gəldilər. Qız qəfildən qarşısına çıxan adamı görəndə diksinib geri çəkildi. qapını örtdü.– Kimdir?
18Onlar idarədən birgə çıxdılar. At tövləsinin yanında Nəsib dayı İmranın qolundan tutdu.– Getmə, səninlə işim var.
19Rayonda açılmış tibb məktəbi şəhərin qurtaracağında, pambıq məntəqəsinin qarşısındakı ikimərtəbəli binada yerləşmişdi. Tibb məktəbində oxuyan qızlar elə burada da yaşayırdılar. İkinci mərtəbə onların yataqxanası idi. Hər gün dərsdən sonra qızlar məktəbin həyətində, arxın kənarında oturub kitab oxuyur, səhərlər isə dəsmal, sabun götürüb yuyunmağa gedirdilər. Arabir zarafatlaşıb bir-birinin üstünə su atanlar da olurdu.Məktəb direktoru qızları şəhərə az-az buraxırdı. Dörd divar arasında darıxan qızlar, pəncərələrdən küçəyə çıxır, pencəklərini çiyinlərinə salıb qapı ağzında dayanırdılar. Hörüklərini döşlərinin üstündən qabağa sallayan bu qızlar əllərini qoyunlarına qoyub elə məlul-məlul dayanırdılar ki, baxanda adamın onlara yazığı gəlirdi.
20Klubda adam əlindən tərpənmək olmurdu. Yerlər tutulduğundan, gələnlərin çoxu ayaq üstündə qalmışdı. Pəncərə ağzında oturanlar, dal tərəfdə çənələrini əllərindəki yabaya söykəyib dayananlar da var idi.Kazım Kosaoğlunun tapşırığı ilə qapının ağzını kəsmişdi. O, istədiyi adamı içəri buraxır, istəmədiyini döşündən itələyib xırıldayırdı:
Poems by other poets
Mənimlə həmdəm bu gün bu gecə,Bir bülbülüm vardır, səndə varmı?
QızAşiq oldum mən sənə, ey gözləri məstanə qızNə qədər ki istərəm məndən durarsan yanə qız
Azərbaycanım, yaşa!Yaşa, yaşa, Azərbaycanım, yaşa,Sənsən mənim dinü imanım, yaşa!
Gəlir keçərEy dil, həmişə gərdişi-dövran gəlir keçər,Hər gün cəfa və möhnəti-hicran gəlir keçər,