Bəs ki, can çəktim fəraqından, mana can qalmadı,Sənsizin mən yudmayıb xunabi-hicran, qalmadı.

Ölməgim çağıdurur, görkəz cəmalın bir daxıKim, mana sənsiz dirilmək daxı imkan qalmadı.

Batmadın könlüm əyağına visalın istəyib,Vadiyi-hicranda bir xari-müğilan qalmadı.

Surətinə baxmadı heç kim bəzənmiş çağda kim,Surəti-divar tək yüzünə heyran qalmadı.Eşq odidan göydi canım, çəkmə zəhmət, ey təbib,Kim, mana ölməkdən özgə hiç dərman qalmadı.

Deb imişdin Kişvərini öldüray ehsan qılıb,Vəh ki, bu şum tale’imdən rəsmi-ehsan qalmadı.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Separation