Eylə yanar atəşi-hicrində canım, tən daxi,Kim, mənim halimğə ağlar dust, bil düşmən daxi.

Qılma heyrət kim, ədəm bəzmidə girdim kim, ana,Girdilər Fərhadü Məcnun, nola girsəm mən daxi.

Çərx bidadivü düşmən tə’nivü bəxt uyxusu,Yetməz irdi bu mana kim, düşmən oldun sən daxi.

Eylə pünhan saxlaram razi-miyanın xəlqdənKim, mana məhrəm imas, bu yedə pirahən daxi.

Maqta — the closing couplet bearing the poet’s pen name. Zar cismim zə’fi ol həddə yetibdür, Kişvəri,Kim, qıla bilmən dəmi öz halimə şivən daxi.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Fate