Çün yazılmışdı bu sərgərdanlığım təqdirdən,Necə kim, cəhd eylədim, pozulmadı tədbirdən.

Çəkmə zülfini əlimdən, ey məhi-bədmehr kim,Dərdinakəm, qorxuram bu naleyi-şəbgirdən.

Vay kim, yüzündən ayru qaldımü can vermədim,Baxa bilmən yüzünə, şərməndəəm təhsirdən.

Yarəb, ol şahi-cəvanan ərzinə nə yetdi kim,Hiç qılmaz yad bir gün mən ğülami-pirdən.

Maqta — the closing couplet bearing the poet’s pen name. İştiyağın şərhini təqrir qılmaz KişvəriKim irür dərdi-dili mə’lum bu təhrirdən.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets