Rəqibi istəməzmən kim, sənünlən həmnişin bolsun
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Rəqibi istəməzmən kim, sənünlən həmnişin bolsun,Yüzün yaşurgil andın kim, çırağın andin bolsun.
Məsihadən doğub fərzənd, Məryəm dayəsi anun,Əcəb gər sən təki naz ilə bolmuş nazənin bolsun.
Məni bir cam ilə saqi vücudimdən xilas etdi,Anın pirinə yüz rəhmət, cavanmərdi həmin bolsun.
Sənünlən ol gecə kim, ittifaqi-söhbətim düşsə,Əgər xabim gələ yarəb ki, xabi-vanəsin bolsun.
Səri-kuyindən özgə mürği-ruhum aşiyan qılmaz,Gərək baği-cinan tutgil, gərək xüldi-bərin bolsun.
Mana hər nə gəlür səndən həyati-cavidanidür,Gərək təlxabeyi-həsrət, gərək mai-məin bolsun.
Maqta — the closing couplet bearing the poet’s pen name. Cigərxun Kişvərinindür muradi xatəmi-lə’lin,Ana mülki-Süleyman vari gərək ziri-nigin bolsun.
Kitabxana.az · https://kitabxana.az/en/works/kisveri-reqibi-istemezmen-kim-senunlen-hemnisin-bolsun
Use ← → keys to move, R for a random poem
More by this author
Qıymışam canan yolunda ömrü malü canə həm,Nə mana mə’lurəliq hacət, nə xod viranə həm.
Səadət həmrəhim boldi, müsaid bəxti-firuzimSəadət həmrəhim boldi, müsaid bəxti-firuzim,Bu gün gördüm cəmaluni, mübarək oldu novruzim.
Can əgər getdisə sən sağ ol, mana candan nə ğəmCan əgər getdisə sən sağ ol, mana candan nə ğəm,Sübh vəsl ümmidi bolsa, şami-hicrandan nə ğəm.
Yarə köp can verdim, əmma bivəfadur bilmədimYarə köp can verdim, əmma bivəfadur bilmədim,Aşinalıq rəsmidən naaşinadur bilmədim.
Poems by other poets · Wine and the tavern
Aşiqə şərabla məstlik nə gərək,Saqi, bu məclisi bizdən yana çək!
SayasanMərd igidlər nə nişanda bəllidi,Arifsənsə, gərək doğru sayasan.
Bir əzəldən ta əbəd meydanə gəlmişlərdənüzBiz əzəldən ta əbəd meydanə gəlmişlərdənüz,Şahi-mərdan eşqinə, mərdanə gəlmişlərdənüz.
Yandırdı şövqün canımı, ey dərdə dərman, qandasanYandırdı şövqün canımı, ey dərdə dərman, qandasan?Canımda can sənsən, vəli, istər səni can, qandasan?