Ey cəmalun şəm’inə kövnü məkan pərvanəsi,Kakilün zəncirinə canü cəhan divanəsi.

Könlümün rüsvalığından düşdü odlar canimə,Bu ki, can yanar fərağından könül dürdanəsi.Aşiqin əsrari faş olmazdı gündüz elara,Könlü ahindən gecə gər yanmasaydı xanəsi.

Bu yıxılmış evdən, ey qonşu, mana çıx demə kim,Piri-Kən’an yeridür beytül-həzən viranəsi.

Sən içərsən cami-gülgun əhdü peyman sındurub,Kişvərinin xuni-dil birlə dolu peymanəsi.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets