Ey nihali-qamətin sərvi-xuramanım mənim
What is a murabba?
Murabba: a poem in four-line stanzas.
Ey nihali-qamətin sərvi-xuramanım mənim,Vey cəmalın gülşəni firdovsi-rizvanım mənim,Canuna bolsun fəda yüz natəvan canım mənim,Ha bəgim, ha padişahım, ha gözəl xanım mənim.
Naləm ucaldu yetirəm sən sərv boylu mah içün,Can veridür mən damədəm sən büti-dilxah içün.Qıl inayət, yüzünü görsət mənə Allah içün,Ha bəgim, ha padişahım, ha gözəl xanım mənim.
Başimə ey dilbəri-gülçöhreyi-şümşadi-qəd,Gəldi sənsiz ləşkəri-ğəm, bihesabü bi ədəd.Hicrin öldürdü məni səndən umarmən bir mədəd,Ha bəgim, ha padişahım, ha gözəl xanım mənim.
Xətti-səbzin gülbəni-firdovsinin yaprağıdır,Həlqeyi-zülfün məni-divanə könlüm bağıdır.Gör nə halə düşmüşəm sənsiz, mürüvvət çağıdır,Ha bəgim, ha padişahım, ha gözəl xanım mənim.
Payimal etdi məni eşqin yolunda ruzigar,Vəh ki, nə aram qaldı məndə, nə səbrü qərar.Qıl həzər bu atəşi-ahi-dilimdən zinhar,Ha bəgim, ha padişahım, ha gözəl xanım mənim.
Qılma bu dərgahidən nomid məni-biçarəniKim, salubdur dərbədər mən bidili-avarəni,Vəh ki, oda yaxlıydım bu dili-sədparəni,Ha bəgim, ha padişahım, ha gözəl xanım mənim.Səbzeyi-cənnət o şol xətti-mütəvvəsdir mana,Qiblə ol mehrabi-əbruyi-müqəvvəsdir mana,Bolmasın canü cəhan, sən sağ olub, bəsdir mana,Ha bəgim, ha padişahım, ha gözəl xanım mənim...
Kitabxana.az · https://kitabxana.az/en/works/kisveri-ey-nihali-qametin-servi-xuramanim-menim
Use ← → keys to move, R for a random poem
More by this author
Boy çəkdi o şol sərvi-dilaray mənimçün,Açdı yüzünü ol güli-rənay mənimçün,
Çün cəmalın pərtövi-sübhi-kəramətdür manaÇün cəmalın pərtövi-sübhi-kəramətdür mana,Bir nəfəs kim, görməzəm şami-qiyamətdür mana.
Ey pəriləb, demə həq bir parə can vermiş sanaEy pəriləb, demə həq bir parə can vermiş sana,Çeşmeyi-heyvan deyib, şəkli-dəhan vermiş sana.
Səndən ayru yüz ğəmü dərdü məlamətdir manaSəndən ayru yüz ğəmü dərdü məlamətdir mana,Nə xoşam, nə naxoşam, bilməm nə halətdir mana.
Poems by other poets · Love
Qəni Mövlam, budur səndən diləkim,Gələ bir gün bu diyarə sevdiyim,
MənəmQanlı rəqib, nədir sözün bir qərəzAləm sənin olsun, nazlı yar mənəm
یار از عاشق نمی باید که پروا شودتا نه عاشق درد دل گوید نه او رسوا شود
Deyişmə: Qış fəslinçün tikdirmişəm, bil, səniQış fəslinçün tikdirmişəm, bil, səni,Bir aylığa düz, Allahı sevərsən.