Nə mən nalanə həmdəmdir həbibi
What is a murabba?
Murabba: a poem in four-line stanzas.
Nə mən nalanə həmdəmdir həbibi,
Nə mən bimarə müştaq bir təbibi,
Nə mən məhcuri-vəslidən nəsibi,
Həbibi, va həbibi, va həbibi!
Ani istər gəzərmən xanə-xanə,
Gözümdən yaş axıdub danə-danə,
Bəsi can verdim ol namehribanə,
Həbibi, va həbibi, va həbibi!
Çu axər dəm bolur irdi cudalıq,
Nolaydı bolmasaydı aşinalıq.
Nə aşiqlik ki, yüz tuman bəlalıq,
Həbibi, va həbibi, va həbibi!
Mənə yoxdur ğəmindən pürgüşadi,
Həzarəm daği-ğəm bərdil nəhadi,
Fəvadivü fəvadivü fəvadi,
Həbibi, va həbibi, va həbibi!
Məni-məhcuri öldürdü fərağın,
Müyəssər olsa öpsəydim əyağın,
Qılaydım ərzi-şərhi-iştiyağın,
Həbibi, va həbibi, va həbibi!
İrağ yüzündən ey sərvi-xuraman,
Xuda bilür ki, mən bisərü saman,
Bu dirlikdən peşimanəm, peşiman,
Həbibi, va həbibi, va həbibi!
Əgər görsən səba ol bivəfanı,
O şol biganeyi-naaşinanı,
Degil unutməgil mən binəvanı,
Həbibi, va həbibi, va həbibi!
Zəhi kuyi-ğəmət sərmənzili-mən,
Həmə dərdi-dil öz to hasili-mən,
Dele mən, va dele mən, va dele mən,
Həbibi, va həbibi, va həbibi!1
Büti darəm əcəb mərdümfəribi
Ki, narəd Keşvərira dər həbibi!
Çe pərva darəd öz xuni-ğəribi,
Həbibi, va həbibi, va həbibi!2
1 Sənin qəmlə dolu kuyin mənim mənzilim
Olsa nə yaxşı,
Mənim könlümün dərmanı sənsən.
Vay mənim qəlbim, vay mənim qəlbimə,
Sevgilim, ey mənim sevgilim, sevgilim.
2 Adamları aldadan bir gözəlim var
Ki, o Kişvərini sevmir,
Onun bir qəribin ölümündən nə qorxusu var
Sevgilim, ey mənim sevgilim, sevgilim.
Kitabxana.az · https://kitabxana.az/en/works/kisveri-ne-men-nalane-hemdemdir-hebibi
Use ← → keys to move, R for a random poem
More by this author
Ötti iş andan ki, daxı dərdimə dərman qılay,İmdi fikrim budurur kim, can sana qurban qılay.
Ey səfayi-sübhdəm, sübh visalın sədqəsiEy səfayi-sübhdəm, sübh visalın sədqəsi,Pərtövi-şəm’i-fələk şəm’i-cəmalın sədqəsi.
Ey nihali-sərv, sərvi-qamətin şərməndəsiEy nihali-sərv, sərvi-qamətin şərməndəsi,Abi-heyvan çeşməsi, şirin dodağın sədqəsi.
Rahətim yoxdur mənim, ol rahəti-can barğalıRahətim yoxdur mənim, ol rahəti-can barğalı,Qalubəm bican mən, dilxəstə canan barğalı.
Poems by other poets · Love
“O mələkzadətıi mütləq sevirəm”.*Xalidbəy Səbribəyzadə**
QarğışMəndən yüz döndərən zalım bivəfa,Səni görüm bir azara gələsən,
Aşıq Əhməd Paşanın deyişməsi— Əhməd Paşa:Ana halal ilə südün əmmişəm
Nə vəhşi könlüm ol ahunigəhdən qeyrə ram olmazNə vəhşi könlüm ol ahunigəhdən qeyrə ram olmaz,Nə anın hicrinin nöqsan olan ayı tamam olmaz.