Ey pəri, sənsiz pərişan ruzigarəm doğrusu,Sən gedəldən bərlü bisəbrü qərarəm doğrusu.

Yüz ğəmim vardur, vəli bir ğəmküsarım yoxdurur,Bidilü bidilbərü biğəmküsarəm doğrusu.

Nasiha, görsən məni rüsva, məlamət qılma kim,Tilbəlik canımdadır, biixtiyarəm doğrusu.

Zərvərəq birlə bəzənmiş yüzüni gördüm bu gün,Vermədim canü yüzündən şərmisərəm doğrusu.

Mey gətür saqi, məni qurtar nəmazü rövzədənKim, mən ol zöhdü riyadən tövbəkarəm doğrusu.

Ölmüşəm hicrində cana, vəslidən can ver manaKim, məni-bidil sana can birlə yarəm doğrusu.

Maqta — the closing couplet bearing the poet’s pen name. Xəlq deir kim, Kişvəri bir aşiqi-məhrum irür,Hər nə kim, derlər mana, yüz ancə varəm doğrusu.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Separation