Ey ziyadə ləhzə-ləhzə hüsnünə heyranlığım,Günbəgün artux ğəmi-eşqində sərgərdanlığım.

Qoy bu viranlığ bilə mən natəvanı, ey rəfiqKim, daxı mə’murəliq tapmaz mənim viranlığım.

Bisərü samanlığ ilə xatirim xoşdur əgər,Bilsən ey namehriban, sən bisərü samanlığım.Arizulandım kim, olam eşigində bir gəda,Bir gədayəm mən, vəli gör niyyəti-sultanlığım.

Asitin əfşan guzər qıl Kişvərinin başinəKim, görəsən ey cavan, eşqündə pürəfşanlığım.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love