Meydən açıldı gülşəni-hüsnündə lalələr,Tərdür ki, düşdü lalələr üstündə jalələr.

Dudi-dilimdir ol ki, çəkibmən şəbi-fəraq,Bu kim, dağıldı yüzünə mişkin gülalələr.

Baş oğrulardur ol iki göz, ey könül, həzər,Nəqdi-həyatın olmaya oğrunca çalələr.

İqrar qılmışam ki, sənə bir qulam, bəli,Yazərlər üştə mərdümi-çeşmim qəbalələr.

Lə’li-ləbin zəmanidə gər bolsə nə əcəb,Könlüm sürahivü iki çeşmim piyalələr.

Səhrayə düşmüşəm üryan keyik təki,Məndən qaçarlar, ah bu vəhşi qəzalələr.

Maqta — the closing couplet bearing the poet’s pen name. Öldürdi Kişvərini fəraq, ey könül, xanıSəbrü qərarım kim, gələlər heyfin alələr.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Wine and the tavern