Qalmışam bisəbrü saman yardin ayrılğalı,Bülbüli-xamuş mən gülzardin ayrılğalı.

Natəvanü zarü bimarəm məni-səvdazadə,Ol xumarin nərgisi-bimardin ayrılğalı.

Xar-xari-hicridin könlüm xəraşi ayətdür,Ğönçəyanlıq ol güli-rüxsardin ayrılğalı.Əbri-neysandur gözüm, dəryayi-xundur damənim,Sən girami gövhəri-şəhvardin ayrılğalı.

Kişvəri kasinə abi-Xızrdur təlxabi-ğəm,Ol ləbi-şirin şəkkərbardin ayrılğalı.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring