Sürmə kuyində məni-avarəni, çox sevdügüm,Ləbləründən çarə qıl, biçarəni, çox sevdügüm.

Şəm’i-hicrin qıldı yüz parə bu qanlu könlümi,Göydürüb daği-ğəmin hər parəni, çox sevdügüm.

Gözlərüm yolundan axar könlümün qanı yerə,Ğəmzən oxu açdı bu fəvvarəni, çox sevdügüm.

Canıma hər yara kim, dəgsə oxundan, it kimi,Sevdügümdən yalaram ol yaranı, çox sevdügüm.

Maqta — the closing couplet bearing the poet’s pen name. Ləblərün dövrində məscidni yıxıb qul Kişvəri,Qıldı məskən xaneyi-xəmmarəni, çox sevdügüm.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets