Xəstə canım çəkdi ah, ol nərgisi-fəttan görüb,Avçı tək kim, ox çıxarub səlbdən ceyran görüb.

Həlqəyi-zülfini görgəc könlümün əfğanıdur,Tiflyanlıq kim, çığırğay nagəhan yilan görüb.

Gözlərim qanın görüb qaçdı qara yüzlü rəqib,Yoxdurur, cana, əcəb gər qaçsa hindu qan görüb.

Ləblərin öpgəc əlimdən getdi ol zülfü-siyah,Brəhmən küfrin unutdu ləzzəti-iman görüb.

Maqta — the closing couplet bearing the poet’s pen name. Kişvəri qaçmaz ğəmindən necə kim, var canı kim,Yüz çevirməz ləşgəri, sultanidən ehsan görüb.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love