Yüzüm bir naristan hicrindən saraldı heyva tək
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Yüzüm bir naristan hicrindən saraldı heyva tək,Dodağın dişlərəm billah, əlimə girsə alma tək.
Türünc ğəbğəbin fikrində tiğ arizu birlə,Kəsərmən əlimi qalmış sana heyran Züleyxa tək.
Gözün, ey şux avçudur ki, can quşunu avlar da,Ana kirpiklərün navək kimidür, qaşlarun ya tək.
Gözün şövqindən incə xuni-dil axdı gözümdən kim,Boyandı xirqeyi-zöhdüm, çağırdın badə pala tək.
Maqta — the closing couplet bearing the poet’s pen name. Ölübdür Kişvəri zəhri-fəraq içib, irağ səndən,Qədəm basgil, ona can dodağından Məsiha tək.
Kitabxana.az · https://kitabxana.az/en/works/kisveri-yuzum-bir-naristan-hicrinden-saraldi-heyva-tek
Use ← → keys to move, R for a random poem
More by this author
Ol mənəm kim, ölmüşəm hicrindən, ey simin bədənGər dilərlər nagəhan ölmüş ğərib içün kəfən.
Mənim şax gülim ta kim, boluptur cilvəgər hər yanMənim şax gülim ta kim, boluptur cilvəgər hər yan,Gözümdən su dögül, qandur, damədəm kim, axər hər yan.
Eylə kim, mən yanaram şəm’i-ruxi cananədənEylə kim, mən yanaram şəm’i-ruxi cananədən,Kimsədən bilməz ol mə’ni məgər pərvanədən.
Xızr bilmən nə demiş çeşmeyi-heyvanun içünXızr bilmən nə demiş çeşmeyi-heyvanun içünKi xəcildir, çıxamaz xəlq ara anun içün.
Poems by other poets · Separation
Ayrı düşdüm vətənimdən, elimdən,Başı çənli, qarlı dağlar, qal indi!
Kuyini xunabeyi-çeşmimlə nəmnak eylərəmKuyini xunabeyi-çeşmimlə nəmnak eylərəm,Kipriyimlə asitanın gərdini pak eylərəm.
EtirafSən şahsan, sultansan qulundur aləmMənim qulluğa da yoxdur gümanım.
Həsrətəm ay ilə-iləLeyli-nahar hüsnünə mən,Həsrətəm ay ilə-ilə.