Qızarmış badədən yüzi güli-gülzari-minu tək,Yatupdur qaşları mehrabi içrə çeşmi sayru tək.

Biyaban qırağında əgər həsrət bilə ölsəm,Qaçar ol gözləri heyran mən vəhşidən ahu tək.Dodağın şərbəti-cənnət, dəhanundur şəkər təngi,Ləbin üzrə qara xalın şəkər satıcı hindu tək.

Məni mu tək zə’ifi-natəvan ol qıldı eşqindəKi, kilki-qüdrətin anın miyan verdi sana mu tək.

Çü ansız bir nəfəs mümkün dəgil kim, Kişvəri qalə,Günahın yazmagil yarəb, içərsə qanını su tək.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love