Məhvəşi Şirvani
Page 2 of 2 · 50%
Bunlardan qeyri bir çox xoşməzmun və səlis müsəd-dəsat, müxəmməsat və mürəbbeatı vardır ki, cümləsi-nin buraya küncayişi yoxdur. Nümunə üçün onlardan birisi zeyldə dərç olunur.
Kəlami-Məhvəşi əleyhirrəhmə:
Piranəsərəm, şurü nəvadən xəbərim var,
Aşüftətərəm, suni-xudadən xəbərim var.
Seyr eyləmişəm, teyri-hümadən xəbərim var,
Bidar oturub badi-səbadən xəbərim var.
Çox eyləmişəm seyr, fənadən xəbərim var,
Kəl həmdəm olaq, əhli-bəqadən xəbərim var.
Çüi mötəkifəm, zehdü riyadən xəbərim var,
Xoffaş niyəm[1], mehrü ziyadən xəbərim var.
[1]- Niyəm — yəni nistəm, deyiləm. Xəffaş niyəm — geçəquşu, Yarasa deyiləm.
Hamu eləmən, yəni nəvadən xəbərim var,
Zahnd deyiləm, sövmü səladən xəbərim var,
Saqi deyiləm, bəzmi-səbadən xəbərim var,
Hüdhüd deyiləm, şəhri-Səbadən xəbərim var.
Tuti deyiləm, murği-Minadən xəbərim var,
Zalim deyiləm, əhli-çəfadən xəbərim var.
Vaiz deyiləm, xövfü ricadən xəbərim var,
Alim deyiləm, elmi-xəfadən xəbərim var.
Cahil deyiləm, "la"vü "əla"dən xəbərim var,
Qafil deyiləm, qalü bəladən xəbərim var..
Nadan deyiləm, eyni-rizadən xəbərim var,
Bidin deyiləm, əhli-vəfadən xəbərim var.
Çoxlar dolanıb dəhrdə dürdanə tapaydım,
Çoxlar dolanıb kənc ilə viranə tapaydım,
Çoxlar dolanıb aşiqi-divanə tapaydım,
Çoxlar dolanıb məscidümeyxanə tapaydım,
Çoxlar dolanıb arifi-məstanə tapaydım,
Çoxlar dolanıb saqiyi-peymanə tapaydım,
Çoxlar dolanıb həmrəhi-mərdanə tapaydım,
Çoxlar dolanıb qabil çananə tapaydım,
Çoxlar dolanıb meyveyi-bidanə tapaydım,
Çoxlar dolanıb şairi-fərzanə tapaydım,
Çoxlar dolanıb məcməi-əfsanə tapaydım,
Çoxlar dolanıb zivəri-kaşanə tapaydım,
Çoxlar dolanıb məsnədi-şahanə tapaydım,
Tənha oturub cümləni biganə tapaydım.
Dövran dolanır, yoxdur onun səbrü qərari,
Gündür dolanır, sübhü məsa yoxdu qərari,
Suya nə olubdur ki, edər növheyi-zari,
Azadə olan sərvi-səhin vermədi bari.
Nə zinət ilə güllər açıb nəxli-ənari,
Güllər — kimi əhmər, kimi abi, kimi sari.
Bu hikmətə bax, şəhdi-müsəffa verir ari,
Olmuş güli-həmra nə üçün munisi-xari?
Gənc üzrə qılıbdır nə üçün məskən mari.
Өvzai-cahan böylə olubdur niyə bari?!
Vaiz sözünə tutma qulaq, olma giranbar,
Bu cismi-lətifin eləmə cifeyi-murdar.
Olma nigəran zəxmeyi-qəmxanədə bimar,
Həsrətlə baxıb qeyrilərə eyləmə əfkar.
Dövranü zaman kimsə ilə olmadı qəmxar,
Budur qərəzin kim, olasan ona vəfadar?
Əsla eləmə zaye özün dəhrdə, idbar,
Uyma onun ətvarına, ey mərdi-nikukar!
Biqiymət olub etmə özün zayevü biar,
Bu bəzmdə mərdanə dolan feli səzavar.
Bu pəndim eşit, işləmə bəd, olma xətakar,
Bir dürri-giranmayəsən, ey məxzəni-əsrar!
Bu zöhdü riyadən usan, ey zahidi-xudbin,
Olma nigəran nəfsin üçün dəhrdə qəmgin.
Səhrayə çıxıb seyr eləgil biqəmü bikin,
İbrətlə baxıb fikr elə, gör gülləri rəngin.
Nə şövkət ilə dağlər olmuş belə səngin,
Nə tərz ilə bünyad olub dəhrdə maçin.
Nə rəng ilə güllər yetirib bağdə gülbün,
Nə vəch ilə aram deyil xuşeyi-pərvin.
Göy səfhəsi üzrə gör edib nəcmlər ayin,
Nə ətr saçıb bağdə nərgislə rəyahin.
Gülzarə çıxıb həşmət ilə Xosrovi-şahin,
Şahbaz baxıb gördü onun şövkətü cahin.
Vaiz nə bilir keyfiyyəti-cəhlü həqiqət,
Zahid nə bilir mərifəti-şərti-təriqət,
Ümmi nə bilir mərtəbeyi-keyfi-nübüvvət,
Nadan nə bilir nəşeyi-sərşari-məhəbbət,
Naqis nə bilir nikü bədü qübhü qəbahət,
Aşiq nə bilir şiveyi-göftari-fəsahət,
Qafil nə bilir zövqi-ələm, üsrətü işrət,
Zalim nə bilir mərhəmətü helmü mürüvvət,
Alim nə bilir nükteyi-tövhidi-şəriət,
Miskin nə bilir təntəneyi-hökmi-fəxarət,
Kuran nə bilir ruzü şəbü əhsəni-surət,
Şeyda nə bilir zivərü arayişü zinət,
Sərməst nə bilir qaideyi-söhbətü fikrət,
Bidar gərək arifü huşyari-ədalət,
Pirani-rəhi-mərifətü munisi-vəhdət,
Bunlardı həqiqətdə olan qabili-qüdrət.
Ey vaiz, usan, eyləmə təkrar bu qali,
Yüz hiylə ilə cəm eləmə malü mənali.
Səhrayə düşüb eyləmə hər yerdə suali,
Cəm eyləməgil boynuna bu qədr vəbali.
Olma nigəran ruzi, həvəs eyləmə zari,
Bu şirkü riyadən uzaq ol, etmə xəyali.
Mərdanə dolan dəhrdə, bir eyləgil ari,
Olma nigəran cifə üçün, şükr elə bari.
Azadərəviş dövr eləgil, etmə xumari,
Şeydasifət ol guşeyi-meyxanədə bari.
Gəl adəm ol, ey əhməqi-sərgəştə, übali,
Axır günüdür, xar olub çəkmə məlali.
Ey Məhvəşiyi-suxtədil, xatiri dərviş
Bünyadi-cahan böylə olub, eyləmə təşviş.
Qəndü şəkərü zəhri-həlahil, əsəlü niş,
Fərzanəvü divanə qamu munisü həmxiş.
Gürgü, səgü gusaləvü büzqaleyi-buz, miş,
Əsbü şütürü şir, pələngü kəlü camiş.
Gürbə nədürür, ruzi olub onlar üçün muş,
Ağıl buna çatmaz, eləmə bunlara sən guş.
Bunlar həmə əsrari-xudadır, nə asan iş,
Dövranı-fələkdənmi olubdur yaz ilə qiş?
Ancaq özüdür eyləyən izhari-binaguş,
Sərməstləri kimdir edən dəhrdə mədhuş?
Məxmurlərə kimdi verən qüdrət ilə huş,
Məxluqlərə kimdi verən füshəti-daniş?
Fərzanə nikurəy gərək, aqibətəndiş.
Məhvəşinin bu tərkibbəndində bəzi mətləblər təkrar olunursa da (məsələn, riyakar zahidlərə və dünyagir vaizlərə olunan töhmət və sərzənişlər kimi), bəzi mətləblər dəxi vardır ki, şayani-diqqətdir.
Şair bir neçə məqamlarda mərhum müəllim Nacini öz əşari-hikmətamizi ilə yada salır və onun kimi bir çox nazik mənalar və mühüm işarələr üstə danışır. Həqq-taalanın bilinməz sirrlərini və ağlasığışmaz hikmətlərini yad edib matü mütəhəyyir qalır və bir növ çaşmış halda deyir:
Bunlar həmə əsrari-xudadır, nə asan iş….
Bundan başqa bu tərkibbənddə Məhvəşinin gözəl bəndləri və tənbehləri dəxi vardır ki, onlara diqqət yetirməmək olmaz. Məsələn, bu dəhri-dunda beş günlük ömür üçün adam gərəkdir nəfsinə uymasın və feli-nasəza ilə özünü biarü biqiymət eləməsin:
Əsla eləmə zaye özün dəhrdə, idbar,
Uyma onun ətvarına, ey mərdi-nikukar!
Biqiymət olub etmə özün zayevü biar,
Bu bəzmdə mərdanə dolan, feli səzavar.
Bu pəndim eşit, işləmə bəd, olma xətakar,
Bir dürri-giranmayəsən, ey məxzəni-əsrar![2]
[2]- Məhvəşinii bu şerləri türk şairlərindən Əbdülhəqq Hamidin "İbn Musa" nam əsərinə bənzəyir. Necə ki, İbn Musanın dilindən demişdir:
Məhvəşinin mütəəddid əsərləri bir yerdə cəm olumsa, mötəbər bir divani-əşar hasilə gələr. Asari-nəfisələrindən bir çoxu alicənab müfti əfəndinin "Məcmuə"sində təhrir olunmuşdur.
Bəhs etmə mənə dəğdəğeyi-yəsü əməldən,
Ol təcrübədən nəzdi-kəlamımda qina var,
Azadəsərəm qaileyi-şövqü kəsəldən,
Madam ki, əncami-həvadisdə fəna var.
Hər verdiyi çıxmaqda ikən aqibət əldən,
Dünya bu qədər rəğbətə olsunmu səzavar?!
Musayə nə qəm zərbeyi-cəlladi-əcəldən,
Өmründə fəna var isə namında bəqa var.
Məqsud budur eylədiyim səyü əməldən,
Musa denilir qübbədə bir xoşca səda var.
Kitabxana.az · https://kitabxana.az/en/works/kocerli-azerbaycan-edebiyyati-f-kocerli-i-cild-mehvesi-sirvani-meqale
Use ← → keys to move, R for a random poem
More by this author
Şəki şairlərindən Mirzə Fətəli Axundovun və qarabağlı Qasım bəy Zakirin müasiri olan Molla Qasım fəqir və biçiz bir molla imiş ki, öz vaxtında Nuxa şairlərinin ustadı hesab olunurmuş. Molla Qasımın atası dəxi molla imiş ki, ismi Molla Muraddır.Molla Qasım Nuxa şəhərində Yuxarıbaş məhəllədə sükunət edərmiş. Tarixi-təvəllüdü məlum deyil. Təlim və tərbiyəsi Nuxada atası Molla Muradın təhti-nəzarətində olubdur.
Nabi Əfəndi Şirvani Valiyül-əslNabi əfəndi Şirvaninin bir neçə qəzəlləri və müxəmməsləri səmahətli müfti əfəndinin "Məcmuə"sində təhrir olunmuşdur. Onlardan atidə dərc olunmuş bir qəzələ iktifa etdik:Əsrari-xətinlə dili mədhuş edə bilsəm,
Nişat ŞirvaniNişat Şirvani Ağaməsihin müasiri imiş. Şirvan şairlərinin mötəbərlərindən birisi hesab olunur, Nişat həqiqət əhli olduğu üçün zahiri zöhdü təqvanı və riyai ibadəti sevməz imiş və şerlərinin çoxunda xudbin vaizlərə və müdəmməq abidlərə dolaşarmış. Heyfa ki, Nişatın tərcümeyi-halına dair məlumat cəm edə bilmədik.Ağaməsihlə onun həməsr olduğu əşarından görünür. Məlum olduğuna görə, hər iki şair ömürlərinin çoxunu başqa diyar və ölkələrdə səyyahlıqla keçiriblər və səyahət etdikləri vilayətlərin əksəri İran məmləkətində olan vilayətlər olubdur və İran şüəra və ürəfasından təhsili-kəmalat etmişlər. Və lakin Nişat qürbət vilayətlərdə kamal və təcrübə kəsb edibsə də, xeyli məşəqqət və zəhmətlərə dəxi düçar olubdur. Necə ki, bu xüsusda bir qəzəlində yazır:
Nəsimi ŞirvaniBu şairin kəlamlarından ancaq bir qəzəlin yazılmasına iktifa etdik:Dünü gün müntəzir oldum ki, bu pərgar nədir,
Poems by other poets
Səndən ötrü tərk-i-vətən olmuşam,Ey bimürvət yar, qadasın aldığım,
Gəraylı: Nə baxarsan oğrun-oğrunNə baxarsan oğrun-oğrun,Oxşar marala gözlərin,
Çanaqçı mülkündən səfər elədikÇanaqçı mülkündən səfər elədik,Mənə qənim oldu yollar, ağlaram.
PulYarəb nə şurdur ki tutubdur cahanı pul,Vurmuş biri-birinə zəmin və zəmanı pul.