Molla Məhəmməd Bağdadi "Füzuli" təxəllüs
Page 2 of 3 · 33%
Q İ T Ə
Təkrari-zikri-vaqieyi-dəşti-Kərbəla,
Məqbuli-xasü amü siğarü kübardır.
Təqrir edənlərə səbəbi-izzü ehtişam,
Təhrir edənlərə şərəfi-ruzigardır.
Bu həqir və fəqir ki, bu nəsihəti isğa qıldım və bu xidmətin məhz səadət olmağın mühəqqəq bildim, ədəmi-istitaət və qilləti-bizaətdən ehtiraz və ictinab etməyib tərtibinə təvəccöh qıldım. Əgərçi ibarəti-türkidə bəyani-vəqaye düşvardır, zira ki, əksəri-əlfazı rəkik və ibaratı nahəmvardır, ümmiddir ki, hikməti-övliya itmamına müsaidət və əncamına müavinət qıla.
N Ə 3 M
Ey feyzrəsani-ərəbu türkü əcəm,
Qıldın ərəbi əfsəhi-əhli-aləm.
Etdin füsəhayi-əcəmi İsadəm,
Mən türkzəbandan iltifat eyləmə Ləm.
İlahi! Vaqifi-keyfiyyəti-hal və alimi-dəqayiqi-əfalsan. Bilirsən ki, səndən qeyri müinü müzahirim yoxdur və ətrafü cəvanibdə hasidü müanidim çoxdur. Əmimi-məkarimindən və kərimi-mərahimindən təvəqqe budur ki, bu binayi-mücəddəd təmirində və bu mülki-müəbbəd təsxirində əlfazü məanidən cəmi məsalihim mühəyya qılasan və ərbabi-həsəd və əshabi-inad hücum etdikcə mənə müinü müsaid olasan: "innəkə ələ kulli şeyin tədirun".
Əgərçi "Hədiqətüs-süəda" nəsr ilə təhrir olunubdur və bəzi məqamlarda münasibi-hal və müvafiqi-məqal gözəl şerlər vasitəsilə şərhi-məna qılınıbdır və lakin bu nəsrdə Füzuli o qədər məharət və fəsahət göstərmiş ki, və əhvali-keyfiyyəti-şühədanı elə bir gözəl və şirin dil ilə yazmış ki, əhli-zövq və ərbabi-mərifət indində onun dərəcə və mənziləti çox nəzmlərdən artıqraqdır. Bu vaxta kimi füsəhayi-türk və əcəmdən bir kəs belə bir xoş ibarəli və şirin ləhcəli və gözəl şivəli əsər vücuda gətirməyibdir--desək, səhv etməmiş olarıq.
Füzulinin asari-qələmiyyəsindən nümunələr göstərməyi lazım görmədik. Bu cəhətə ki, Azərbaycan türklərinin handa azacıq savadlısı varsa, onun əsərləri ilə az-çox tanışdır. Hətta bu axır vaxtlara kimi onun divani-qəzəliyyatı və "Leyli və Məcnun" hekayəsi məktəblərdə təlim kitabı olub, uşaqlara ondan dərs verilirdi. İndi də köhnə məktəblərdə təlim almış adamlardan hər birisini dindirsən, "Leyli və Məcnun" hekayəsinin ibtidasını--"Dehqani-hədiqeyi-hekayət, Sərrafi-cəvahiri-rəvayət…." başlayıb əzbərdən oxuyacaqdır. Amma çoxları bu qəribə hekayənin mənasını əsla fəhm etməyib, tutuquşu kimi ancaq onun ləfz və ibarəsini öyrənmişlər. O ki, qaldı Azərbaycan şairlərinə, onlardan çoxu Füzuliyə peyrəvilik edib, xüsusən qəzəliyyat və müxəmməsat qismi əsərlərində ustadi-giramiləri getdiyi təriqi ixtiyar edib, onunla getmişlər və bəziləri bu müqəllidlikdə övci-məqama yetişib, fünuni-şerdə böyük bir məharət kəsb etmişlər. Məsələn, Nuxa şairlərindən məşhur İsmayıl bəy "Nakam" təxəllüs Füzulinin atidə zikr olunan müsəddəsinə yazdığı bir nəzirə xeyli mərğub və dilpəsənd kəlamlardan birisidir.
MÜSƏDDƏSİ--FÜZULİ
Dün sayə saldı başimə bir sərvi-sərbülənd--
Kim, qəddi dilrüba idi, rəftarı dilpəsənd.
Göftarə gəldi ta ki, açıb ləli-nuşxənd,
Bir püstə gördüm onda tökər rizə-rizə qənd.
Sordum:--Məgər bu dürci-dəhəndir--dedim, dedi;
--Yox, yox, dəvayi-dərdi-nihanındürür sənin!
Əymiş hilali üstünə tərfi-külahini,
Çox dilşikəstənin göyə yetirmiş ahini,
Zülfün dağıtdı, gizlədi əbr içrə mahini,
Gördüm yüzündə həlqeyi-zülfi-siyahini.
--Ol piçü tabı çox nə rəsəndir?--dedim, dedi:
--Dövri-rüxümdə rişteyi-canındürür sənin!
Vermiş füruğ şəmi-rüxi gün çirağına,
Salmış şikəst sərv qədi gül budağına,
Dün sərv tək basanda qədəm göz bulağına,
Bir neçə xardən ələm irmiş ayağına.
--Gül bərginə batan nə dikəndir?--dedim, dedi:
--Mücgani-çeşmi-əşkfişanındürür sənin!
Seyr ilə saldı bağə güzər ol səmənüzar,
Ənvai-zibü zinət ilə fəsli-novbahar,
Tökmüş gül üzrə sünbüli-giysuyi-müşkbar,
Yaxmış ayağına yenə gülbərg tək nigar.
--Nəsrinə rəngi-lalə nədəndir?--dedim, dedi:
--Qəmzəm xədəngi tökdüyü qanındürür sənin!
Seyli-sirişkim oldu rəvan xaki-kuyinə,
Can valeh oldu ləli-ləbü göftguyinə,
Dil düşdü dami-silsileyi-müşkbuyinə,
Ol ləhzə kim, sataşdı gözüm zülfü ruyinə,
--Əqrab məhi-münirə vətəndir?--dedim, dedi:
--Vəhm eylə kim, xətərli qiranındürür sənin!
Düşmüş üzarı üzrə müənbər səlasili,
Aşüftəhal edib neçə bisəbrü bidili,
Əqlimi valeh eylədi şəklü şəmayili,
Göz gördü qamətin, dilü can oldu mayili.
--Vəh, bu nə türfə sərvi-çəməndir--dedim, dedi:
--Mənzuri-dideyi-nigaranındürür sənin!
Dün sübhdəm ki, laləvü nəsrin salıb niqab,
Gül çöhrəsindən aldı səba pərdeyi-hicab,
Gülzarə çıxdı seyr edə ol rəşki-aftab,
Şəbnəm nisar etdi günəş lölöi-xoşab.
--Lölömü, yoxsa dürri-Ədəndir?--dedim, dedi:
--Əbsəm, Füzuli, əşki-rəvanındürür sənin!
Bu dürri-Ədən və löleyi-xoşab ilə arastə və tərtib olunmuş kəlami-behcətəngizə nəzirə olaraq İsmayıl bəy Nakam demişdir:
Kuyi-nigarə duş gedib eylədim büka,
Guş eləyib fəğanımı ol türki-dilrüba,
Dərdimi bildi, heyrətimi gördü cabəca,
Rəhm etdi halimə, dedi:--Ey ərseyi-bəla,
Kim eyləmiş bu dərdə səni mübtəla? Dedim:
--Mən bilməm özgə, aşiqi-heyranınam sənin…. i.a.
Bu kəlamın tamamisi cənab Nakamın seyrü süluku babında dərc olunacaqdır. Oraya baxmalı!
Nakamdan əlavə Qasım bəy Zakir, Abdulla bəy Asi, Mehdiqulu xan Vəfa, Hacı Seyid Əzim Şirvani, Bixud, Mustafa ağa Nasir, Qövsi, Molla Qədir Naci və Azərbaycanın qeyri müzzəm və məşhur şairləri Molla Məhəmməd Bağdadiyə peyrəvilik edib, fünuni-şerdə özləri üçün şan və şöhrət kəsb etmişlər. Zənnimizcə, Fuzulinin nüfuzu xeyli müddət bizim Azərbaycan şairlərinin asari-qələmiyyələrində müşahidə olunacaqdır və onun ruhpərvər olan əşari-mütəəddidəsinin hüsni-təsirindən bizim şüəranın da təbləri səfalanıb, nuraniyyət kəsb edəcəkdir.
Füzulinin asari-qələmiyyəsinin hələ daha da çox zamanlar həyat üzrə davam edib, tərü təzə qalmağına iki ümdə səbəb vardır. Onlardan birisi budur ki, haman əsərlərin tamamisi pak, həqiqi və təbii hissiyyatdan nəşət etmiş əsərlərdir ki, eşqi-həqiqidən bəhs edir. Füzulinin özü həqiqi aşiq olduğu üçün kəlamı dəxi başdan-ayağa aşiqanədir. O pakizəlik və lətafət və o naziklik və nəzakət ki, Füzulinin şerlərində hiss olunur, heç bir şairin kəlamında o dərəcədə məhsus deyildir. Bilafərq Füzulinin hansı qisim kəlamını mütaliə etmək istəsəniz, mütaliə buyurun, onun hüsni-təsirini oxuduqda öz vücudunuzda dərk edəcəksiniz. Və bu təsirdən içəri aləminiz bir növ təmizlənib paka çıxacaqdır, vicdanınız uyqudan ayılan kimi olacaqdır. Fikir və xəyalınız sizi başqa bir ali məqama-mənəviyyət aləminə tərəf çəkəcəkdir. Burada nümunə üçün uzaq getməyib, divani-qəzəliyyatından əvvəlinci qəzəlinə iktifa edəlim ki, məhəbbəti-əzəli ilə başlanıbdır:
Qəd ənarəl-eşqə lil-üşşaqi mənhacül-hüda,
Saliki-rahi-həqiqət eşqə eylər iqtida.
Eşqdir ol nəşeyi-kamil kim, ondandır müdam
Meydə təşviri-hərarət, neydə təsiri-səda.
Vadiyi-vəhdət həqiqətdə məqami-eşqdir--
Kim, müşəxxəs olmaz ol vadidə sultandan gəda.
Eyləməz xəlvətsərayi-sirri-vəhdət məhrəmi
Aşiqi məşuqdən, məşuqi aşiqdən cüda.
Ey kim, əhli-eşqə söylərsən: məlamət tərkin et!
Söylə kim, mümkünmüdür təğyiri-təqdiri-xuda?
Eşq kilki çəkdi xətt hərfi-vücudi-aşiqə--
Kim, ola sabit həq isbatında nəfyi-maəda.
Ey Füzuli, intihasız zövq buldun eşqdən,
Böylədir hər iş ki, həqq adına qılsan ibtida.
Bu şerləri mütaliə etdikdə, filhəqiqə, oxucular bir növ həqiqət yolunda səy edən saliklər cümləsinə daxil olub, onların fikir və xəyalı vadiyi-vəhdət tərəfinə meyil edir ki, onda sultan ilə gəda və əğniya ilə füqəra arasında bir fərq və təfavüt yoxdur. Füzulinin əşar və kəlamının bəqasına ikinci səbəb onların elm və təcrübə üzü ilə təbi-səlimdən doğub vüqua gəlmələridir. Necə ki, şair özü deyir ki, şairliyim təsdiq olub, avazeyi-nəzmim ilə aləmlər dolub şöhrət tapdımsa da, məşşateyi-himmətim rəva görmədi ki, müxəddəreyi-hüsni-nəzmim pirayeyi-maarifdən xali və rişteyi-silki-şerim cəvahiri-elmdən ari qalsın. Zira ki, elmsiz şer əsası yox divar kimi olur və əsassız divar qayətdə bietibar olur (Bu irada bizim şüəra diqqət yetirməlidir və elm və maariflə öz şerlərinə möhkəm bina və əsas saz etməlidir). Pəs, Fuzulinin qələmi-gövhərrizindən vücuda gələn lölö və cəvahir ilə tikilmiş imarətin divarları elm və maarifin möhkəm bünövrəsi üstündə qərar tutmuşdur və afəti-zəmanədən ona bir xövfü xətər yoxdur, zira bir xanənin binası nə qədər möhkəm olsa, bir o qədər onun daimi və əbədi olması yəqindir. Bu cəhətə, Füzulinin təbi-gövhərbarından zühur etmiş və ülum və maarifin ələyindən ələnmiş və əqli-səlimin tərəzisində müvazinə olunmuş əşari-həkimanə və asari-fəlsəfanə onun ismi-şəriflərini, necə ki, dünya vardır və türk tayfaları sağdır, baqi saxlayacaqdır. Ol dürri-yeganənin uşaqlar əlinə təlim üçün verilən "Leyli və Məcnun" dastanında o qədər hikmətamiz sözlər, dərin fikirlər, nazik imalar və rəqiq işarələr, şairanə nəzmlər və fəlsəfanə şerlər vardır ki, cümləsini burada zikr etməyə və şərh qılmağa nə xamədə qüdrət və nə lisanda bir o qədər təlaqət və fəsahət vardır. Avropa hükəma və fəlasifəsindən məşhur Şopenhauer "Məhəbbət nədən ibarətdir" sərlövhəsilə yazdığı bir əsərində bəst verdiyi şərh və bəyanatın çoxunu Füzulinin abdar şerlərində tapırıq. O fikirlər ki, alman filosofu əlli sənə bundan irəli bəyan etmişdir, onları Molla Məhəmməd Bağdadi üç-dörd yüz sənə bundan müqəddəm xeyli ədibanə və mərğub surətdə rişteyi-nəzmə çəkmişdir.
Fuzulinin həkimanə kəlamlarından nümunə üçün ancaq "Leyli və Məcnun" hekayəsinin ibtidasında dərc olunmuş münacatın bəzi yerlərini burada yazmaqla iktifa edirik:
BU, MÜNACAT DƏRYASINDAN BİR CÖVHƏRDİR VƏ TƏZƏRRÖ MƏDƏNİNDƏN BİR GÖVHƏRDIR.
Kitabxana.az · https://kitabxana.az/en/works/kocerli-azerbaycan-edebiyyati-f-kocerli-i-cild-molla-mehemmed-bagdadi
Use ← → keys to move, R for a random poem
More by this author
Mərhum Mirzə Fətəlinin tərcümeyi-halına və mütəəddid əsərlərinə şüru etməkdən müqəddəm onun məsqətürrəsi olan Nuxa şəhərinin və Şəki xanlığının keçmiş əhvalatına və əhalisinii dolanacağına dair filcümlə məlumat verməyi burada lazım gördük.Nuxa şəhəri Qafqaz dağlarının cənubi-şərqində dağ ətəyində təmir olunmuş gözəl bir şəhərdir ki, sabiqdə Şəki xanlarının paytaxtı hesab olunurmuş. On səkkizinci əsri-miladın əvasitinə kimi indiki Nuxa bir qoryə halında imiş. Şəki xanlığı bina tutduqdan sonra Nuxa qəryəsi şəhərə mübəddəl olub, sürət ilə məmura və abadanlığa üz qoyur.
Mirzə Həsən "Mirzə" təxəllüsQüdsiyi-cənnətməkanın müasirlərindən Qazax şairləri Mustafa ağa Arif və Kazım ağa Salikdən başqa Qarabağ xanlığında dəxi bir neçə xoştəb şüəra var imiş ki, onların isimləri atidə zikr olunur.Mirzə Həsən İbrahim xanın müqərriblərindən Əliməhəmməd ağanın nəvəsi və Mirzə Cəfərin oğludur. Mirzə Həsən ziyadə mərifətli, xoşxülq və sahibcamal bir zat imiş və təbi-şeriyyəsi də var imiş.
Mirzə Hüsen "Zülali" təxəllüsMirzə Hüseyn Zülali əslən şirvanlıdır. Tərcümeyi-halına dair məlumat cəm edə bilmədik. Eşitdiyimizə görə, Zülalinin nəslindən Şəmsəddin ismində və Zülalov familiyasında bir şəxs sabiqdə Gəncə şəhərində poçt-teleqraf kantorasında xidmət edirmiş. Mumiileyhə kağız göndərib Mirzə Hüseynin haqqında məlumat istədik, vəli cavabi-namə gəlmədi. Zülalinin əsərlərindən ancaq bir qəzəl tapdıq ki, zeyldə dərc olunur:Qəzəli-Mirzə Hüseyn Zülali:
Mirzə Məhəmməd Qaib oğlu "Fədai" təxəllüsKazım ağa Salikin müasirlərindən birisi də mərhum Mirzə Məhəmməd Qaibzadə "Fədai" təxəllüsdür ki, əslən Salahlı qəryəsindən olub, indiki Qaibovların babalarından birisidir. Onun ilə Kazım ağanın mabeynində ülfət və məvəddət olduğu biri-birinə yazdıqları əşardan görünür.Fədai sinndə Kazım ağadan böyük imiş. Necə ki, onun Kazım ağaya yazdığı bir kağızından məlum olur:
Poems by other poets
Ala gözlü nazlı yardanMən dönərəm, könül dönməz,
Təcnis: Tanrı üçün əlac elə dərdiməTanrı üçün əlac elə dərdimə,Səndən ötrü mən ha düşdüm yüz dərdə.
جز رگ جان عشق تو دگر چه گشاید؟یا ز تو جز رنج و درد سر چه گشاید؟
Xəbər verBadi-səba, apar mənim peyğamım,Başın üçün o dildara xəbər ver.