Qasım bəy "Zakir" təxəllüs
Page 12 of 12 · 92%
Sən ağasan, mənəm sənin öz gədən,
Dil mürğünə verə bilməz özgə dən;
Dəli könül, umub-küsmə özgədən,
Aləm bilir odur ot uran sana.
Uca dağlar dərdim ilə yar olmaz,
Bir sinəyə ox dəyməsə, yarılmaz;
Əbəs yerə cəfa çəkmə, yar olmaz --
Rəqib ilə durub-oturan sana.
Görməmişəm zülfün kimi tərlanı,
Xəstə cismim şəfa tapar tərlanı,
Zakir, qəsdin tutmaq isə tərlanı,
Çəkilib bir küncə otur, an sana.
Zakirin bu qisim təcnisləri az deyil. Biz ancaq birini yazmağa iktifa etdik. Təcnislərdə məna ləfzən gözəl mədhində tərtib olunmuş qafiyədirlər və lakin bəzi ləfzlərin tələffüzdə bir-birinə şəbahəti və oxşayışı çox isə də, mənaları ayrıdır və bir parası çox çətinlik ilə fəhm olunur. Bu cür kəlamlar şairin vətən dilini yaxşı bilməyinə şəhadət verir. Farsların ... Sədisi və rusların Puşkini öz ana dillərinin ustadı və xaliqi mənzələsində olduğu kimi, Zakirdə Azərbaycan türklərinin ustadi-lisanı olmağa haqlıdır. Dilimizin hər qisim üslub və şivəsinə və tərzi-mükaliməsinə bələd və aşina olduğu mütəəddid əsərlərindən görünür.
Əgərçi Zakirin nəsr ilə yazdığı bir əsər də olsa, biz təsadüf etmədik, vəli bəzi şəxslərin rəvayətinə görə, Mirzə Fətəli Axundov tərtib qıldığı «Hacı Qara» komediyası Qasım bəyin nəticeyi-xəyalatıdır ki, nəsr ilə yazıb mirzeyi-mərhuma təqdim edibdir. O dəxi məzkur vaqeəni «Sərgüzəşti-mərdi-xəsis» ünvanı ilə indiki dona salıbdır. Bu qövlün haqq və batil olmasını ravinin öhdəsinə həvalə edirik596. Amma şair özü də nəsrə mahir olmasını bir kəlamında yad edir:
Şikəstə Zakirəm, nəsri bilirdim cümlədən əfzun,
Düşəndə rişteyi-nəzmə çəkərdim bəs düri-məknun,
Künün sövdayi-eşqi bir sayaq etmiş məni məğmun,
Dəxi məndən təvəqqe etməyin əşari-xoşməzmun,
Edər əhvalımı dərhəm qəmi sübhü məsa zülfün.
Başqa bir şerində Zakir öz təbiəti-şeriyyəsinin vəsfində məşuqəsinə xitabən deyir:
Qoyma əğyarı səri-kuydə məva tutsun,
Aşiqi-sadiqini bülbüli-şeyda tutsun.
Zakirin kimi onun sövti-qəzəlxanımı var?
Təbi-mövzunumu var, şeri-nümayanımı var?
Eşidən incir onun tərzi-nəvasın görcək,
Şivəsi cəngü cədəl, naləvü əfğanı kələk.
Bununla belə Zakir sair şüəra kimi özünü çox öyüb tərif edən və təbiəti-şeriyyəsi ilə iftixar edən şairlərdən deyil və biləks özünün üftadə və şikəstə nəfs və əhli-təvaze olduğunu bir çox asarında zikr qılır və əksəriyyətən qəzəllərinin axırını «şikəstə Zakir» deməklə xətm edir:
Qəmü möhnət yükün aləmdə yoxdur çəkməyən, əmma --
Şikəstə Zakirin çərxi-fələk barın giran tutmuş.
Matəmi-seyyidüş-şühəda və əhvalati-cansuzi-Kərbəla Zakirə, müttəqi və övladi-rəsul olduğu üçün, ziyadə təsir edərmiş. Bu cəhətə ol mərhum bir neçə növhələr bu qissəyə dair inşad qılıbdır. Onlardan birisini --ki, imam Hüseyn əleyhissəlamın həmşireyi-möhtərəməsi Zeynəbi-ələmpərvərin hali-pərişanına şamildir, --burada yazmağı lazım gördük.
Növheyi-Zakir:
Bu nə mahdır ki, həddən keçib iztirabi-Zeynəb?
Fələk üzrə mahü mehri elədi kəbab Zeynəb.
Yox ümidi-sübh hərgiz üsərayi-qeydi-şamə,
Nə yaman qirani-nəhsə düşüb afitabi-Zeynəb?
Dedim əndəlibi-zarə ki, nə ahü-zardır bu?
Dedi: bu fəğanə bais ələmi-cənabi-Zeynəb.
Dəxi lalədən soruşdum: niyə dağidar olubsan?
Dedi: yandırıbdı bağrım o evi xərab Zeynəb.
Gülü, sünbülü çəməndə bu gün əşkbar gördüm,
Oları edib pərişan yəqin inqilabi-Zeynəb.
Bu bəlalı çöldə qönçə necə bürqəvar olsun --
Kim, əsir Şami-şumə gedə biniqab Zeynəb.
Өzün etsə qərqeyi-xun, nə əcəb, o, qətlgahda
Bədəni-Hüseyni göz-göz görə çün cənab Zeynəb.
Deyil özgə ğazə hacət bunun əllərin haman dəm
Dəmi-Qasim ilə eylər necə gör xizab Zeynəb.
Götür zivəri aradan ki, fəğani-şanə qoymaz
Səri-zülfi-novərusə verə piçü-tab Zeynəb.
Yetişibdi bir məqamə işi sərburəhnə Şamə
Gedər, üz tutub məkəsdən eləyən hicab Zeynəb.
Nə rəvadı küçə-küçə gəzə rugüşadə, ey çərx,
O öz əksi-qamətindən edən ictinab Zeynəb?!
Nə həyadı səndə, ey göy, nə vəfadı səndə, ey yer,
Neçə gündü Kərbəlada nə xuru nə xab Zeynəb.
Qamu şiənin günahın sən özün bağışla, ya rəb,
Bedili-qəmini-Gülsüm, beruxi-pürabi-Zeynəb.
Dəxi Zakiri hesab et səgi-kuyi-Kərbəladən
Behəqi-fəğani-Zəhra, behəqi-əzabi-Zeynəb.
Bu vaxta kimi nə qədər ki, dəşti-Ninəvada vüqua gələn faciə barəsində və xüsusən əhli-beyti-seyyidüş-şühəda haqqında növhələr deyilibsə, heç bir şairə bu zəriflikdə, bu dərəcədə nazik istiarə və şirin ibarələr ilə növhə demək müyəssər olmayıbdır. Əndəlibi-zarın ahü naləsini, lalənin dağdar olmasını, gülün və sünbülün çəməndə pərişan və əşkbar olmasını, qönçənin boynubükülü və ağzıyumulu qalmasını şair bir-bir sual edib, illət və baisini xəbər aldıqda hər birisi zəbani-hal ilə cavab verirlər ki, onları bu fəğana gətirən, belə dağdar qılan, pərişan hala salan Şami-şuma əsirvar, biniqab gedən cənab Zeynəbin qəmü ələmi olmuşdur.
Sonradan şair çərxi-cəfapişəyə xitab edib deyir: Nə rəvadır səndə, ey çərx, öz qamətinin əksindən hicab edən Zeynəb ruküşadə küçələrdə gəzsin? Zəmin və asiməna üz tutub deyir:
Nə həyadı səndə, ey key, nə vəfadı səndə, ey yer,
Neçə gündü Kərbəlada nə xurü nə xab Zeynəb.
Mərhum Qasım bəy Zakirin əsərlərindən və sərgüzəştindən bu qədər yazdığımıza burada iktifa edirik. Bununla belə çox arzu edirik o mərhumun dostu Axundov Mirzə Fətəliyə yazdığı divani-əşarı çap oluna idi, haman səbkü qayda üzrə ki, şair onu tərtib qılıbdır. Məzkur divanda çox türfə qəzəllər və gözəl əsərlər vardır ki, cümləsini burada dərc etməyə imkan yoxdur. Zakirin divani-əşarı ədəbiyyat xəzinəmizin ziqiymət bir daşı mənzələsində ola bilər.
Kitabxana.az · https://kitabxana.az/en/works/kocerli-azerbaycan-edebiyyati-f-kocerli-i-cild-qasim-bey-zakir
Use ← → keys to move, R for a random poem
More by this author
Molla Məhəmməd Bağdadi türk şairlərinin babası hesab olunur. Ona binaən, Azərbaycan şüəra və üdəbasından bəhs edib də, onların sərvəri və pişrəvi məqamında olan Füzulinin ismi-şəriflərini zikr etməmək bir növ haqqı və əməyi itirmək kimidir. Bir halda ki, ol fəsahət və bəlağət kanının təsiri bu əsrdəki şüəramızın asar və əşarında dəxi müşahidə olunmaqdadır.Məşhur qövlə görə, Molla Məhəmməd ibn Süleyman Kərbəlada və Bağdadın həvalisində Hillə adlı balaca bir qəsəbədə, Sultan Süleymanın əsrində--hicrətin 900-cü tarixində təvəllüd etmişdir. Bəzi rəvayətə görə, yetmiş sənəyə qədər ömür edibdir. Tarixi-vəfatı dürüst məlum deyil isə də, ömrünün müsinn çağında dari-bəqaya rehlət eləməyi öz kəlamından dəxi anlaşılır. Necə ki, deyibdir:
Molla Pənah "Vaqif" təxəllüsləriAzərbaycan türklərinin məşhur və müqtədir şairi Molla Pənah hesab olunur ki, bizim ədəbiyyatımızın banisi və müəssisi adlanmağa onun haqqı vardır. Molla Pənah öz zamanında bir çox ülum və fünuna vaqif olduğu üçün özünə "Vaqif" təxəllüs ittixaz etmişdir.Müasirləri onun dərin elmini və mollalığını müşahidə edib haqqında demişdir: "Hər oxuyan Molla Pənah olmaz!" və bu istilah indi də Zaqafqaz türkləri arasında bir məsəli-məşhurdur. Milli şairlərimizdən onun kimi sadə və açıq lisanda və ana dilimizin şivəsində şer və qəzəl yazan az olubdur. Müasirləri ona nəzirə yazmağa səy və təlaş ediblərsədə, onun kimi mühəssənatlı, gözəl və açıq kəlam söyləməkdə aciz qalıblar.
Şeyx Əbuməhəmməd İlyas İbn Yusif İbn Müəyyəd NizamiŞeyx Nizami böyük şairlərdən birisi olub. Onun kimi fəsih, rəvantəb və şirinzəban şair dünya üzünə az gəlibdir. Heç bir şair o lətafət və zəriflikdə söz deməyibdir. Onun cümləyə məşhur olan "Xəmsə"si ki, ona "Pənc gənc" dəxi deyilir, bimisil və binəzir əsərlərdir ki, həqiqətdə xəzinə malıdır. Bəzi rəvayətə görə, Nizami Qum şəhərində təvəllüd edib nəşvü nüma tapdıqdan sonra Gəncəyə gəlibdir və burada ömrünün axırına kimi qalıbdır. Amma səhihi budur ki, onun ata-babası Qumdan Gəncəyə gələn zaman Nizami hənuz dünya səraçəsinə ayaq basmamışdı və ol gövhəri-pakın təvəllüdü Gəncədə hicrətin 520-ci sənəsində vaqe olmuşdur."Atəşkədeyi-Azəri"də və Ş. Sami bəyin "Qəmusül-əlam"ında Şeyx Nizaminin şəhri-Gəncədə anadan olması sərahətən yazılmışdır. Ədibi-şəhir Müsyö Şerr "Tarixi-ədəbiyyati-ümumi" əsərində Şeyx Nizaminin Gəncədə təvəllüd etməsini təsdiq edir. Bu cəhətə şair "Nizami Gəncəvi" deyilməklə mərufdur. Belə olan surətdə çox ehtimal var ki, Nizaminin anası Gəncəli qızı olmuş ola. Necə ki, bu halda İran təbəəsindən çoxları Qafqaziyaya gəlib, burada evlənib, əhl-əyal sahibi olub kök salırlar, həmçinin sabiqdə dəxi İran dövlətinin hər bir yerlərindən Qafqaz torpağına mühacirət edənlər çox olurmuş və burada İran mədəniyyətini, İran adabü ayinini intişar edirlərmiş. Ol vaxtdan bəridir ki, fars dili və fars ədəbiyyatı bizim vətənimizdə şöhrət və özü üçün böyük hörmət və əhəmiyyət kəsb edibdir. Vəli Şeyx Nizami Qafqaz qitəsində vücuda gəlibsə də, əslən iranlı olmağını inkar və nisyan etməyib "İqbalnamə"sində buyurmuşdur:
Şirvan və ŞamaxıŞeyx Nizami böyük şairlərdən birisi olub. Onun kimi fəsih, rəvantəb və şirinzəban şair dünya üzünə az gəlibdir. Heç bir şair o lətafət və zəriflikdə söz deməyibdir. Onun cümləyə məşhur olan "Xəmsə"si ki, ona "Pənc gənc" dəxi deyilir, bimisil və binəzir əsərlərdir ki, həqiqətdə xəzinə malıdır. Bəzi rəvayətə görə, Nizami Qum şəhərində təvəllüd edib nəşvü nüma tapdıqdan sonra Gəncəyə gəlibdir və burada ömrünün axırına kimi qalıbdır. Amma səhihi budur ki, onun ata-babası Qumdan Gəncəyə gələn zaman Nizami hənuz dünya səraçəsinə ayaq basmamışdı və ol gövhəri-pakın təvəllüdü Gəncədə hicrətin 520-ci sənəsində vaqe olmuşdur."Atəşkədeyi-Azəri"də və Ş. Sami bəyin "Qəmusül-əlam"ında Şeyx Nizaminin şəhri-Gəncədə anadan olması sərahətən yazılmışdır. Ədibi-şəhir Müsyö Şerr "Tarixi-ədəbiyyati-ümumi" əsərində Şeyx Nizaminin Gəncədə təvəllüd etməsini təsdiq edir. Bu cəhətə şair "Nizami Gəncəvi" deyilməklə mərufdur. Belə olan surətdə çox ehtimal var ki, Nizaminin anası Gəncəli qızı olmuş ola. Necə ki, bu halda İran təbəəsindən çoxları Qafqaziyaya gəlib, burada evlənib, əhl-əyal sahibi olub kök salırlar, həmçinin sabiqdə dəxi İran dövlətinin hər bir yerlərindən Qafqaz torpağına mühacirət edənlər çox olurmuş və burada İran mədəniyyətini, İran adabü ayinini intişar edirlərmiş. Ol vaxtdan bəridir ki, fars dili və fars ədəbiyyatı bizim vətənimizdə şöhrət və özü üçün böyük hörmət və əhəmiyyət kəsb edibdir. Vəli Şeyx Nizami Qafqaz qitəsində vücuda gəlibsə də, əslən iranlı olmağını inkar və nisyan etməyib "İqbalnamə"sində buyurmuşdur:
Poems by other poets
Dalğın mavi göz kimi dərd andıran dalğalar,Coşduqca könül coşar, durma, amandır, Gölcük!
AğlaramKeçən günü ay gül yüzlü dilbərim,Yadə salıb vallah yarım ağlaram,
VarYenə gözüm düşdü bir mah cəmalə,Ağ üzündə qara müşki xalı var,
Maral gözlümAh çəkib qan yaş tökrəm,Səndən ötrü maral gözlüm,