İranın oyanması
(İranda konstitusiya elan edilməsi münasibətilə)
On il bundan əvvəl mən təsadüfən bir nəfər varlı iranlı ilə tanış oldum. O, öz ticarət işləri ilə əlaqədar olaraq İstambula gedirdi. Mənim tanışım İranın əsl oğlu kimi çox məlumatlı, əyləncəli və maraqlı bir adam idi. Mənim İran haqqındakı suallarıma cavab verərək, o ölkənin vəziyyəti haqqında müfəssəl məlumat verdi və öz vətəninin gələcəyi haqqında çox bədbin mülahizələr söylədi. Vaxtı ilə xoşbəxt və əzəmətli bir dövlət olan İranın ağır vəziyyətini qabarıq təsvir etmək üçün o, belə bir müqayisə apardı: dəmir yolu və hərəkət üçün başqa az-çox əlverişli nəqliyyat vasitəsi olmayan Ərəbistan yarımadasında susuz və həyat əsəri olmayan səhralarda uzun məsafələri yalnız dəvə karvanları ilə qət etmək mümkündür. Bəzən elə olur ki, karvandakı dəvələrdən biri taqətdən düşür və yolu davam etdirə bilmir. Belə hallarda sarvanlar yorulmuş dəvədən yükü götürür və yazıq heyvanı başlı-başına buraxaraq yollarına davam edirlər. Zira, təcrübə göstərir ki, yerə çökən dəvəni heç bir vəchlə ayağa qaldırmaq olmaz!
Karvan uzaqlaşdıqdan və qaranlıq düşdükdən sonra səhranın vəhşi heyvanları hər tərəfdən dəvənin üstünə cumur və onu diri-diri parçalayırlar. Müqavimət göstərməyə əsla taqəti qalmayan, hətta yerindən belə qalxmağa qüdrəti olmayan bədbəxt heyvan inilti ilə böyürür və öz səsi ilə səhralarda hökm sürən sakitliyi pozur. Hazırda İranda da vəziyyət belədir. O, bəşəriyyətin fasiləsiz irəli gedən karvanından kənar düşmüş və təkmilləşməyə, inkişafa doğru yolunu davam etdirə bilmir. İndi bu müdafiəsiz, zəifləmiş ölkəni yırtıcı heyvanları xatırladan başqa dövlətlər parçalamaq istəyirlər.
Bu söhbətdən beş il keçdikdən sonra naməlum bir müəllifin İran haqqında "Səyahətnaməyi-İbrahimbəy" adlı ifşaediçi bir əsəri meydana gəldi.
Səlis ədəbi dildə yazılmış və Misirdə çap olunmuş bu əsər, İranın özündə olduğu kimi, kənarlarda da çox böyük təsir bağışladı. Kitab müasir İranın həyatı ilə, xüsusən, İran xalqının vəziyyəti və İran hökumətinin ona münasibəti ilə oxucuları tanış edirdi. Bu kitab bir daha bizdə belə bir əqidəni möhkəmlətdi ki, İran ən bədbəxt ölkədir və o, yaxın gələcəkdə mütləq məhv olacaqdır.
Lakin görünür ki, bu müəmmalı Şərqdə xalqların taleyindən baş çıxarmaq qeyri-mümkündür. Təəccüblüdür ki, İranda indi qəribə hadisələr baş verməkdədir. Uzun müddət davam edən yuxudan sonra burada oyanma əlamətləri müşahidə edilir. Deyəsən, yorulmuş dəvə ayağa qalxmaq və karvana qoşulmaq istəyir. Fikir intibahı bütün ölkəni bürümüş və islahat işlərinə böyük meyl görünməkdədir. Xüsusən, İranda böyük təsir qüvvəsinə malik olan ruhanilər qorxulu əhvali-ruhiyyə keçirir. Hələ keçən əsrin 80-cı illərində İranın Londondakı keçmiş səfiri Mirzə Melkum xan ruhanilərin ölkədə qüvvətli təsirini hiss etdiyi üçün "Qanun"da İran müctəhidlərini o zamankı sədrəzəmin siyasətinə və bir sıra xarici dövlətlərin İranda qüvvətlənən təsirinə qarşı əlbir etiraz üçün fəal mübarizəyə çağırmışdı.
Bu dövrdən iyirmi beş il keçmişdir. İndi ruhanilər dərk etmişlər ki, onların ən əsas vəzifəsi xalqın mənafeyini, onun ruhani və əxlaqi müstəqilliyini müdafiə etməkdən ibarətdir. Onlar müasir quruluşdan öz narazılıqlarını hamıdan əvvəl açıb söyləmiş, hətta öz etirazlarını şahın paytaxtında, Tehranda da bildirmişlər. Yerli əhali öz ruhani rəhbərlərinin səslərinə tam şərik olmuşdur. İki seyidin qətli və Tehrandan ruhanilərin sürgün edilməsi hərəkətin qabağını almadı, əksinə, daha da qüvvətləndirdi. Baş vəzirə qarşı düşmənçilik və nifrət daha da artdı və hər yerdə zalım Eynəlüddövləyə lənət oxumağa başladılar. Hökumət əleyhinə qalxmış və hər yerdə ruhanilər tərəfindən müdafiə edilən hərəkat çox sürətlə bütün ölkəyə yayıldı.
Şahın Tehran ruhaniliyi nümayəndələrinin adına göndərdiyi fərmanından görünür ki, şah onun idarə etdiyi ölkə üçün təhlükə törədə biləcək bu hərəkatdan çox narahat olmuşdur. Fərmanda şah ciddi surətdə müctəhidləri -- öz sadiq bəndələrini təbəəlik vəzifələrini yerinə yetirməyə, sülhə və itaətə çağırır, eyni zamanda, söz verir ki, onların mənafeyini müdafiə etsin və ağıllı arzularını yerinə yetirsin.
Məşriqi adlı birisi "İrşad" qəzetində Tehranda yayılmış bir intibahnamənin məzmununu nəql edir. Bu intibahnamə tehranlıların əhvali-ruhiyyəsini eyni ilə əks etdirir. Onun məzmunu belədir: İki nüfuzlu və məlumatlı xan arasında söhbət gedir. Onlardan biri soruşur, o birisi cavab verir:
S u a l: Tehranda yenə nələr baş verir, nə üçün Eynəlüddövlə seyidləri edam və ruhaniləri sürgün etməyə hökm vermişdir?
C a v a b: Görüm onu lənətə gəlsin, o özünü də, hökuməti də rüsvay elədi və öz inamsızlığını və daxili aləmini açıb göstərdi. Onun bu hərəkəti elə ruhanilər üçün çox əlverişlidir. Xalq bu vaxta qədər düşünürdü ki, o, müsəlmandır. İndi allaha şükür o, başa düşdü ki, Eynəlüddövlə müsəlman deyil, kafirdir; əks halda müqəddəs imamın qəbri üstündə peyğəmbər nəslinin qanını tökməzdi və ona məxsus olan kəndi güllə-baran etməzdi.
S u a l: Bəs nə əcəb şah bu cür cinayətlərə yol verir?
C a v a b: Ay qardaş, şah kimdir, bütün bunlar onun nə vecinədir. Məyər o bilir ki, ətrafında nələr baş verir, məyər bu şümrlər[1] (vəzirlər) qoyarlar ki, şah onun ölkəsində baş verən cinayətlərin ondan birini bilsin.
[1] Təhqiredici sözdür. Şümr -- Məhəmməd peyğəmbərin nəvəsi imam Hüseynin qatilidir.
S u a l: Əgər şah bilmirsə onun dövlətində nələr olur, bəs onda onun gələcəkdə taleyi necə olacaqdır?
C a v a b: Mən sizə sözün düzünü deyirəm: əgər işlər bu vəziyyətdə davam edərsə, onda çox çəkməz ki, nə İran qalar, nə də İran xalqı. Buna görə də mütləq xalq özü haqqında düşünməli və vaxtında özünə çarə tapmalıdır. Əks halda, bu satqın hakimlər ölkəni tamam məhv edəcəklər....
S u a l: Bəs İngiltərə konsulxanasında gizlənmiş tacirlərin, sənətkarların, tələbələrin və başqalarının xahişi nədən ibarətdir?
C a v a b: Həm onların, həm də xalqın xahişi budur ki, şah taxt-taca və xalqa düşmən olan vəzirləri məhkəməyə vermək şərti ilə rədd eləsin, iki seyidin qatillərini lazımınca cəzalandırsın, həmçinin ruhaniləri lazımi ədəb-ərkanla Tehrana geri qaytarsın. Onların başqa xahişi budur ki, Tehranda xalq məclisi təşkil olunsun, burada işlər müqəddəs quranın tələbi, mənası və ruhuna uyğun şəkildə həll edilsin və beləliklə, xalqı acgöz hakimlərin cinayətlərindən və ədalətsizliyindən azad etsin....
Bütün bunlar göstərir ki, İranda xalq şüuru oyanır və İran xalqı yeni gözəl həyata qədəm qoyur.
Lakin İranın ictimai xalq hərəkatı tarixində ən təsirli fakt -- indiyə qədər mütləqiyyətin mühafizəkar dayağı hesab edilən ruhaniliyin hərəkatda əsas qüvvə kimi iştirak etməsidir.
İranda konstitusiya elan edilmişdir. Belə düşünmək olar ki, azad xalqın hüquqlarını cəsarətlə müdafiəyə qalxmış xalq zəkası bütün ölkəni geniş və aydın tərəqqi yoluna çıxaracaqdır.
Kitabxana.az · https://kitabxana.az/en/works/kocerli-iranin-oyanmasi
Use ← → keys to move, R for a random poem
More by this author
"Molla Nəsrəddin"in 15-ci və "Kaspi" ruznaməsinin 90-cı nömrələrində milli şairimiz Mirzə Ələkbər Sabirin ağır halda xəstəliyi və maddi cəhətincə ziyadə ehtiyacda olmaqlığı yazılmışdı.Bu xəbər bizi xeyli pərişan edib, dərin fikrə saldı. Sabir əsrimizin ən müqtədir və xoştəb şairlərindən birisidir. Onun sabiqdə bəzi müstəar adlar ilə imzalanmış abdar, xoşməzmun və mövzun kəlamları "Molla Nəsrəddin"in səhifələrində dərc olunub, oxucuları bir yandan güldürüb, bir yandan ağladırdı. Onun yazdığı şerlərin çoxu açıq və sadə ana dilində olub, mənşətimizin eynini göstərdiyinə görə əzbər öyrənilirdi.
Soltan Məcid Qənizadəİyirmi beş il maarifi nəşr stmək kimi çətin bir əmri yerinə yetirməkdə sabitqədəm durmaq böyük hünərdir. Bizim maarif qədri bilməyən avam camaat arasında bu əmri əmələ gətirmək daha böyük hünərdir.Çox müəllimlərimizin müəllimlik sənətindən qaçmasına, bir tərəfdən, bu sənətin ağırlığı və qiymətsizliyi, o biri tərəfdən də camaatımızın bu müqəddəs sənətə alçaq bir nəzərlə baxması səbəb olur.
Təzə kitabTürk dilində, Azərbaycan şivəsində təzə bir kitabın ədəbiyyat xəzinəmizə daxil olmasını kəmali-iftixar ilə izhar edirik. Məzkur kitabın Avropa ədəbiyyatının ən müqtədirlərindən bulunan ingilis şairi-məşhuru Şekspirin asari-ədidəyi-məqbuləsindən "Otello"nun qisseyi-pürqüssəsinin tərcüməsidir. Mütərcimi Haşımbəy Vəzirovdur ki, ərbabi-qələmimizdən hesab olunub, onun "Evlənmək — su içmək deyil" adında yazılan komediyası neçə dəfə Qarabağda oynanıb, tamaşaçıların təhsin və tərifini cəlb etmişdir. Şekspir kimi böyük şair və tragediya (faciə) yazmaqda ədibi-binəzirin əsərini bizim kasıb və rəkik dilimizə tərcümə etmək filhəqiqə böyük hünərdir və biz kəmali-cürət ilə deyə bilərik ki, cənab Vəzirov öz öhdəsinə götürdüyü mühüm əmri layiqincə yerinə yetiribdir. Məzkur tragediyanın məzmunu ilə hörmətli "Şərqi-Rus"un oxucularını aşna etməyi burada müvafiq görürük.Qədim əsrdə indiki İtaliya dövlətinin təhti-idarəsində olan Venetsiya şəhəri məxsusi bir dövlət olub, cəmi dünyada öz şöhrət və ticarəti ilə məşhur idi. Venetsiyanın işlərini senat dolandırırdı, padşahı yoxdu. Senat isə ibarət idi alinəsəb, dövlətmənd, ağıllı və insaflı əşxasın icmaindən. Bunların sədrnişini "doj" ləqəbi ilə məşhur idi. Dojun özünün artıq ixtiyarı yoxdu, ancaq senat qət eləyən işləri təsdiq edirdi. O vaxtlarda Venetsiya hər yerin adamları ilə alış-veriş edib, Şərq ilə Qərb arasında böyük bir ticarət mərkəzi hesab olunurdu və bu dövlət əksər övqat ətrafda sükunət edən əqvam və miləl ilə dava edərdi. O cəhətdən hər yerdə rəşid və qoçaq adamlar var idisə və hər kəs nam, şöhrət və dövlət təmənnasına düşürdüsə, Venetsiyaya cəm olunurdu. Bu vaxtlar Otello dəxi gəlib həmin şəhərə çıxdı. Otellonun əsli ərəbdir, Afrika qitəsinin şimal səmtində sükunət edən Marokko tayfasındandır. Bu tayfa indi də öz rəşadət və şücaəti ilə məşhuri-cahandır. Otello öz hünər və rəşadəti sayəsindən Venetsiya dövlətinə böyük qulluqlar və bimisl xidmətlər göstərmişdi və bunun əvəzində ona böyük mənsəb verilmişdi və hər yerdə onun hörməti və izzəti artıq idi. Amma bununla belə Venetsiya əhli, xüsusən əyan və əşraf bunu dəxi unutmazdılar ki, Otello əcnəbi millətdəndir, o nə qədər qoçaq və rəşid olsa, yenə onlar ilə bərabər ola bilməz — o qara ərəbdir…. Senatın üzvü vəzir Brabansionun Dezdemona adında bir qızı var idi ki, vəcihəyi-zaman və cəmiləyi-dövran, əql və ismətdə misl və bərabəri yox idi. Dezdemona Otelloya təəşşüq yetirir və onun eşq və məhəbbətinə səbəb Otellonun zahiri sifəti olmayıb, rəşadət və zirəkliyi olur. Belə ki, Otello tez-tez Brabansionun evinə gəlirmiş. Vəzir özü onun söhbətini çox sevərmiş. Otello başına gələn qəza-qədəri, pürxəta səfərlərini, dərya və quruda ittifaq düşən cəngləri, düşmənin əlinə əsir düşməsini və ondan xilasını fəsahətlə söylədikcə Dezdemona hər bir şüğlünü unudub huşi-guş ilə onun söhbətinə qulaq asardı. Axırda Dezdemona Otellodan təvəqqe eləyir ki, bu söhbətləri ona məxsusi və müfəssəl nəql eləsin və Otello başına gələn xatalı hekayətləri söyləyəndə, az ittifaq düşürdü ki, Dezdemonanın ahu gözlərində yaş görünməyə idi və həmişə nağıl tamam olanda dərin ah çəkib deyərdi: "Kaş allah məni də belə yaratmış olaydı" və Otellodan razılıq edib bunu da artırardı: "Hərgah sənin bir dostun bu tövr işləri tutmuş olsa idi, mən onu canü dildən sevərdim". Bu minval nazik və zərif ima və işarələr ilə öz məhəbbətini Otelloya izhar edərdi və Otello dəxi o aşiq olmağını bildirib, bir-birinə saf-dildən məhəbbət bağladılar.
Taybuynuz öküzBu günlərdə qədim dostlarımdan birisi ilə görüşüb, onun halına çox təəccüb elədim. Bizim axırıncı görüşüb ayrılmağımızdan hələ üç il tamam gəlib keçməyibdir. Amma bu az vaxtın ərzində əziz dostum bir o qədər dəyişilibdir ki, əgər əvvəlcə o mənə salam verib, əhval-pürsan olmasa idi və səsini çıxartmasa idi, mən onu tanıya bilməyəcəkdim. Rast və gözəl qaməti əyilib, rəngi soluxub, gözlərinin işığı gedib, səsi zəiflənib, üzünün və başının tükləri çallanıb və tamam cüssəsi balacalanıb, qərəz, canı-başı salamat, təndürüst və müqtədir bir halda ikən indi çox həqir və məyus görünürdü. Doğrusu ki, dostumun bu pozğun halda və pərişan sifətdə olmağı mənə də artıq təsir edib, halımı digərgun və xarab elədi. Ağzımı açıb, onun bu gunə pəjmürdə hala düşməyinin səbəbini soruşmaq istəyirdim ki, onun özü guya mənim fikrimi duyub, başladı öz əhvalını və başına gələn qəza və qədəri söyləməyə. Sözlərindən məlum oldu ki, həqiqətdə kişinin dərdi çox imiş və o biçarəni bu hala salan ağ gün olmayıbdır, qara gün olubdur. Bir xeyli öz əhvalatından söyləyib, axırda ürəkdən bir ah çəkib dedi: Qərəz, nə başını ağrıdım, mənim dərdim yerə-göyə sığası deyil, mənim günüm taybuynuz öküzün günündən bədtərdir. Və həqiqət hala mültəfit olsanız, yalqız bir mən deyiləm; hamı müsəlman qardaşlar taybuynuz öküzün halında yaşayıb zillət və üsrət ilə güzəran keçirməkdədirlər. Vəli biar və xüsusən avam olmaqları cəhətə öz hallarından bixəbərdirlər və qəzalarına razı olub, hər qisim zülm və sitəmə səbr və təhəmmül edirlər. Və çox bərkə düşəndə özlərinə bu gunə təsəlli verirlər: Kişinin aqibəti gərək xeyir olsun. İnşallah, aqibət və əbədi səadət biz müsəlmanlar üçündür. Bu dünyamız yox isə də, axirətimiz var. "Məhəmməd ümməti damda qalmaz". Amma məsələnin ikinci misrasını unudurlar və ya qəsdən demirlər ki, "Damdan çıxınca canı da qalmaz…."Dostumdan təvəqqe elədim mənə bəyan etsin görüm taybuynuz öküzün halı necədir ki, onu öz halına və müsəlmanların halına təşbih qıldı. O gülümsünüb dedi: Taybuynuz öküzün halı belədir ki, onun buynuzunun biri yoxdur və belə olan surətdə o yazıq necə ki, lazımdır özünü xəta və bəladan mühafizə edə bilmir. Onun taybuynuz olmağına da səbəblər çoxdur: ola bilər ki, xilqətdən elə məyub yaranmış ola və yainki cahillikdə keyfi qalxıb öz həmcinsi ilə oynaşıb buynuzlaşan zamanı həmcinsi ona güc gətirib, basıb buynuzunun birini dibindən qoparıbdır. Və elə də ola bilər ki, əvvəlcə xam vaxtda işə getməkdə bir az kahıllıq və tənbəllik etmiş ola və sahibi acıqlanıb hirs və qəzəbinin şiddətindən vurub, buynuzunun bir tayını çıxardıbdır və bundan əlavə yenə də qeyri səbəblər ola bilər, hamısını sadalamağa ehtiyac yoxdur. Hər halda əvvəl binadan yazığın günü qara gəlib, allahın qəzəbinə giriftar olubdur. Həm öz həmcinslərinin və həm də bəni-növi-bəşərin nəzərində hörmətdən düşübdür. Biçarə guya özü də öz fəna halını dərk edib, taleyinə tabe olmaqdan başqa bir çarə bilmir və cümlənin xahişini əmələ gətirməkdə olub, öz arzu və təmənnalarını unudubdur və o gündən bəri xoş günlük və rahatlıq qeydinə duşmür və müttəsil övqatını zəhmət və məşəqqətdə keçirib, bir kəsdən çəkdiyi zəhmətin əvəzinə razılıq və xoş sifət görmür. Bir dəfə sahibi onu xoş dillə dindirib könlünü almır. Əgərçi öküz dilsiz-ağızsız heyvandır, özü danışmır, amma onun barəsində danışılan sözlərin çoxunu anlayır. Məgər sən görmürsən əkinçi yer əkən zaman nə gözəl sözlərlə və xoş avazla mahnı oxuyub, öküzləri ilə tərğib eləyir və öküzlər necə hali-dillə özlərini işə verirlər. Taybuynuz öküzə heç mahnı oxuyan, xoş dillə onu oxşayan və xatirini alan olmur və işə bir az ağır gedəndə yaman sözlərdən, töhmətdən və döyülməkdən başqa bir şey görüb eşitmir, onun ac və susuz qalmağı da bir kəsin xəyalına girmir….