Bacarsan baharı əylə,Payz özü gələcəkdir.Ömrə yağışla, küləkləPayız özü gələcəkdir.

Düşəcəkdir haldan-hala,Çıxacaqdır yoldan-yola.Bir gün kövrək addımlarlaPayız özü gələcəkdir.

Ötən günə edib vida,Naxış salıb, yerə, yurda.Qızıl əsa tuta-tuta,Payız özü gələcəkdir.

Sinəsində söz dünyası,Od dünyası, köz dünyası,Nağıl olub yaz dünyası,Payız özü gələcəkdir.

Yoxuşları aşa-aşa,İli ilə qoşa-qoşa.Dönüb qanadlı bir quşaPayız özü gələcəkdir.

Çatdıq ömrün yarısına,Qalan ömrü ayrı sına,Saçımızın qarasınaPayız özü gələcəkdir.

Alovlanıb yana-yana,Yanıb, sönüb, dona-dona.Səni, məni ana-anaPayız özü gələcəkdir.

Bacarsan baharı əylə,İlləri, ayları əylə.Ömrə yağışla, küləkləPayız özü gələcəkdir.Payız özü gələcəkdir...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring