İmtahan günləri başlanır...
Page 5 of 13 · 31%
– Nə əcəb səni əsgərliyə aparmayıblar?
– Necə, bəyəm? – O, sualımın ahəngini nə isə müəmmalı bir nida duymuş kimi sir-sifətinə durğun bir ifadə verdi, artıq çiyni üzərindən yox, dabanı üstündə fırlanaraq, mənimlə üzbəüz dayanaraq, gözlərimin içinə baxdı.
– Yəni deyirəm ki, bəlkə bir naxoşluğunuz və ya şikəst yeriniz var? – Mən qəsdən onu təpədən-dırnağa kimi süzdüm, bu cür sağlam bir gəncin əsgərliyə şübhəli bir haqq-hesab nəticəsində getmədiyinə açıqdan-açığa işarə elədim. O da, yəqin ki, mənim fikrimi dürüst anladı, amma cavab verməyə tənəzzül buyurmaq istəmədi və ev əşyamızı içəri daşıyan şoferə kömək bəhanəsi ilə gedə-gedə dodağının altında deyindi:
– Belə lazım gördülər. Elə buranın özündə də hökumətə xeyrim dəyir. Hamının soldat olmağı məcburi deyil ki?
O, mənim sualımın cavabını deyəsən sonradan-sonraya başa düşüb, əlində stul, şoferin dalınca içəri girəndə, gülə-gülə yenə alt çənəsinin bir cərgə qızıl dişini parıldadaraq, elə bil mənə yanıq vermək istəyib dedi:
– Hökumətimizdən yerdən-göyəcən razıyam, Səmirə bacı. Mənim kimi yetimlərin də qədrini bilir.
– Axı, sən hökumət üçün necə faydalı bir iş görürsən ki? Öz vətəndaşlıq borcunu verməkdən boyun qaçırmağınla hələ bir fəxr də eləyirsən?
– Mən özüm də fərqinə varmadan, müvazinətimi itirib əməlli-başlı istintaqa girişdim. – Bir yerdə işləyirsənmi, barı?
– Xeyr, xeyr, rəsmi qulluğum yoxdur. – O, damağındakı uzun müştüklü papirosun kötüyünü döşəməyə tüpürdü. – Mənə nə qulluq? Amma hökumətimizə qulluq sahiblərinin çoxundan yaxçı xeyir verirəm.
– Məsələn, nə kimi? – Mən imkan tapsaydım, dalını-qabağını fikirləşmədən onun ətli yanağına kök bir sillə də vurardım. – Bəlkə kirayənişinlərdən aldığın pulu hökumətə verirsən?
– Xeyr, bu ev mənim dədə-babamın xüsusi mülküdür. Sizin kimi dostlara verib, xətirlərini xoş eləyirəm!
– Balaqədeş, axı beş yüz manat çoxdur! – deyə şofer yandan söz atdı.
– Çoox? – Balaqədeş az qala şoferin üstünə əl qaldırmaq istədi. O, dişlərini qıcayıb, gözlərini bərəltdi. – Necə yəni çox? Sənin dünyadan xəbərin var? Əgər varsa, de görüm beş yüzün bahasına nə verirlər? Əşi, pir olmuş, istəyirsən heç Səmirə xanımdan bir köpük də almayım. Beş yüz manat yarım-litr arağın qiymətidir, onu da güc-bəla tapırıq... Dünən bir müştəri gəlmişdi, ayda iki min beş yüz verirdi. Bu sən öləsən! – O, sağ əlini yanağına çırpdı. – İnanmırsan?
Doğrusu, indi mən Zəfərin hərəkətinə təəccüb eləyirdim. O, mənzil sahibi ilə danışanda bizim maddi imkanımızı niyə yadından çıxarmışdı? Balaqədeş üçün beş yüz manat yox, beş min də cüzi bir məbləğ idi. Ancaq mən təsadüfən qazanclı bir vəzifəyə təyin olunsaydım da, bu pulu böyük çətinliklə verəcəkdim. Mən nə etməliydim? Ev əşyasını təkrar maşına doldurub qayınanamın yanına qayıtsaydım, daha yaxşı olmazdımı? Zəfər mənzil kirayəsini də öz öhdəsinə götürsəydi, mən bunu heç vəchlə qüruruma sığışdıra bilməzdim. Onun dostluq hissləri nə qədər nəcib və saf olsa da, mən bundan sui-istifadə eləməyə özümü haqlı bilmirdim.
Birdən qızlarımı xatırladım (Yəni, əslinə baxsanız, onları bir an belə yadımdan çıxarmırdım). Onlara yeni mənzilimizin ünvanını verməyi unutmuşdum. Otaqları səliqə və sahmana salmamış, əvvəlcə Kəmalənin, sonra da Rəhilənin məktəbinə getdim. Sinif otağının qapısında gözləməkdən yorulub, uzun və işıqlı dəhlizdə divarlardan asılmış plakatları, şagirdlərin əl işlərini, divar qəzetlərini gözdən keçirməyə başladım. Hər şeydən kədərlənib məyus olan bir ana üçün doğma balasının məktəbdə ən yaxşı, əlaçı şagirdlərdən biri kimi tanınmağı yeganə təsəlli idi. Kəmalənin ədəbiyyatdan, rəsmdən, əl işindən sərgidə üç-dörd nümunə işi vardı. Onun yaxşı oxumağında, çalışqanlığında və əxlaq cəhətindən başqalarına nümunə göstərilməyində mənim payım yox idimi? Mən sevinirdim, kirayə məsələsini tamam unutmuşdum. İndi mənim qəlbimdə daha böyük bir dərd baş qaldırmışdı. “Qızlarımı necə saxlayacağam? Oxudub boya-başa çatdıra biləcəyəmmi? Tutaq ki, Zəfərin pulu ilə bir-iki ay ölüm-zülümlə girləndik. Bəs sonra?” – Mən sevincimin birdən-birə necə kədərə çevrildiyini duyan kimi, sinəmdən sancı qalxdı. İndiyə qədər öz səhhətindən şikayətlənən dostlarıma az rast gəlməmişdim, amma həmişə də onları vasvasılıqda təqsirləndirib gülmüşdüm. Fikir eləyirdim ki, sinəmin ağrısı tezliklə keçib gedəcək, amma əksinə oldu. Sinəmdəki sancı get-gedə daha da şiddətləndi. Elə bil sinəmə iki yerdən bıçaq saplayıb oyan-buyana burur, köks qəfəsimi partlatmayınca məndən əl çəkməyəcəkdilər. Nə vaxt və necə şüurumu itirdiyim yadıma gəlmir. Gözümü açanda, özümü xəstəxana çarpayısında gördüm. Kəmalə ilə Rəhilə başımın üstünü kəsib, səssizcə ağlayırdılar...
Kamrana da burda rast gəldim. Xəstəxanada boş çarpayı olmadığından, əlacsız qalıb mənim çarpayımı kişilərin palatasının bir küncünə qoymuşdular və and-amanla vəd eləmişdilər ki, imkan olan kimi yerimi dəyişdirəcəklər. Kamranın çarpayısı mənimki ilə yanaşı idi. Hiss eləyirdim ki, ona yerindən qımıldanmağı belə qadağan eləyiblər. Mən özüm də onun günündə idim. Əgər təcili yardım maşınında tez gətirib dava-dərman verməsəymişlər, uşaqlarım yetim qalacaqmış. Qəzavü-qədərə inansaydım, deyərdim ki, allah üzümə baxıb və atalarından məhrum olmuş uşaqlara yazığı gəlib. Həkimimiz Səidə xanım isə sağ qalmağımı çox sadə bir səbəblə izah eləyirdi: “Ürəyinizdə üzvi dəyişiklik əmələ gəlməyib”.
Səidə xanım əvvəlcə qızlarımı mənim yanıma buraxmaq istəmirmiş, deyirmiş ki, “xəstəni həyəcanlandırmaq olmaz”. Kəmalə israr eləyir, onu inandırır ki, “Anam bizi görən kimi sevinəcək, sevincindən isə ona xeyir dəyə bilər. Səidə xanım sonralar mənə dedi ki, “Mən özüm də anayam, qızlarınızı görəndə həkimliyimi unudub, istər-istəməz razı oldum”.
İlk günlərdə öz xəstəliyimdən çox, palatada uzanmış yoldaşlarımın vəziyyəti ilə maraqlanırdım. Bunun da səbəbi yəqin o idi ki, mənim kökümə düşmüş xəstələrin tezmi, ya gecmi sağalacağını bilmək istəyirdim. Əlbəttə, tezliklə qalxıb uşaqlarımın yanına qayıtmağa tələsirdim. Axı, hər şeyi alt-altda, üst-üstdə qoymuşdum. Qızlarım nənələrinin yanında qalırdılar. Mən harda qulluğa girəcəyimi bilmirdim. Ancaq onu da deyim ki, mən heç bir zaman ölümdən qorxmamışam. Şüurumu itirdiyim anlarda yalnız uşaqlarımın taleyini düşündüyüm yaxşı yadımdadır.
Səidə xanım hər dəfə palataya gələndə, tək mənə yox, hamıya ürək-dirək verir, elə qorxulu bir şey olmadığını dönə-dönə söyləyirdi. Hər kəlməsinə inansınlar deyə çox vaxt uca səslə gülür, bəzən hətta vəziyyətinin ağırlığından şikayətlənən xəstələrin sözünə cavab olaraq, onları ələ salırdı: “Mən indiyəcən bu fikirdəydim ki, qorxaqlıq yalnız qadınlara məxsus bir keyfiyyətdir, görünür yanılmışam. Bir deyin görüm buranın həkimi mənəm, yoxsa siz? Əgər tibb elmindən bu cür dərin məlumatınız varsa, bəs nə üçün mühəndislik eləyirsiniz?
Kamran bu barədə bizim hamımızdan seçilirdi. Öz barəsində həkimdən heç nə soruşmur, bəlkə də onun dediklərini dinləmir, cınqırını belə çəkmədən, gözlərini geniş açıb tavana zilləyir, hey bir nöqtəyə baxırdı. Mən buraya düşəli Səidə xanım ondan bir kəlmə də qoparda bilməmişdi. Kamran nə vəziyyətindən şikayətlənir, nə də tezmi, gecmi sağalacağı ilə maraqlanırdı. Üzünü cod tük basmışdı. Seyrək saçları pırpızlanmışdı. Yeməyini tibb bacısının köməyi ilə, başını azacıq yuxarı qaldıraraq, arxası üstdə yeyirdi. Əslinə baxsan, elə bir yeməyi də yox idi. Şorbadan bir-iki qaşıq hortdayır, kiselinin də yarısını içib, başını səssizcə tərpədərək, tibb bacısına təşəkkürünü bildirib, yenə eyni nöqtəyə baxmaqda davam edirdi...
Mən insanların tək-tənha, başqalarının dərd-səri ilə maraqlanmadan, ünsiyyətsiz yaşaya biləcəklərinə elə əvvəlcədən inanmırdım. Heç kəsin üzünə baxmayan, yanındakı adamların söhbətini dinləməyən, həmişə də palatadakı xəstələrin danışığını mümkün qədər eşitməmək üçün gözlərini yumub yorğanla üzünü örtən və yuxulamağa çalışan Kamran az qalmışdı mənim bu inamımı qırsın. Neçə gün, neçə gecə idi ki, o, səssiz-səmirsiz uzanmış, bir dəfə də olsun ufuldamamışdı. Lakin mənim xəstəxanaya gətirildiyim o uğursuz gündən düz bir həftə sonra Kamran, yəqin ki, bunu mənə hiss etdirmək istəmədən, yenə də cınqırını çəkməyib bəriyə sarı çevrildi və artıq tavana yox, yalnız mənə baxmağa başladı. Onun gözlərində elə bil heç bir ifadə yox idi. Yenə də sanki nəfəs almadan, lal-dinməz uzanmışdı. İçəri girib-çıxan şəfqət bacılarının, Səidə xanımın və palatadakı xəstələrin varlığına tamam biganə idi. O, mənə tərəf çevrilib, kirpiklərini bir dəfə belə qırpmadan, gözlərini inadla mənə zillədiyi dəqiqədən ta üç gün keçənə qədər mənim yerimdə kim olsaydı düşünə bilərdi ki, bu adam beş hissinin beşini də itirib, gördüyü şeylərin rəngini, yediyi xörəklərin dadını, danışan xəstələrin səsini, hər gün bədəninə vurulan iynələrin ağrısını duya bilmir, sakit dəlilər kimi hər şeyə soyuq bir şüursuzluqla baxır. Mən artıq səbir edə bilməyib, nəhayət Səidə xanımdan soruşdum:
Kitabxana.az · https://kitabxana.az/en/works/mehdi-huseyn-imtahan-gunleri-baslanir
Use ← → keys to move, R for a random poem
More by this author
I**Molla Nəsrəddinin ölümü günündən on il keçir. Biz bu “ölüm” sözünü şərti olaraq işlədirik çünki o özündən sonra da əsrlər boyu yaşayan ölməz, dahi sənətkarlar qəbilindəndir.
Yazıçı və tarixBirinci məqaləBizdə tarixi mövzulara böyük bir meyl oyanmışdır. Bu son dərəcə qanuni bir hadisədir. İndiyə qədər yaranmış əsərlər sayca çox az olsa da, bizim əsas yazıçı kadrlarımızın bədii yaradıcılıq şüurunu son zamanlarda tarix çox məşğul etməkdədir. Dövlət xadimlərinin, şairlərin, böyük xalq hərəkatı rəhbərlərinin həyat və mübarizəsi indi artıq bədii yaradıcılığımız üçün zəngin bir mənbə olmuşdur. Bu hadisənin özü xalqımızın şüurunda həqiqi bir intibah dövrünün başlandığına dəlalət edir. Xalqımız öz keçmişinin həqiqi bir məhəbbətlə əks olunmasını tələb edir. Xalqının mənəvi ehtiyacını az-çox duya bilən bir sənətkar isə, bu tələbə qətiyyən göz yuma bilməz. Yazıçı, hər şeydən əvvəl öz xalqının oğludur.
Zəngin xəzinələrBu vaxta qədər nəşr edilmiş ayrı-ayrı bayatı kitabçaları nəzərə alınmazsa, M.H.Təhmasibin tərtib etdiyi “Bayatılar” məcmuəsi¹ ədəbiyyatımızın zəngin janrlarından birini tədqiq edib öyrənmək işində ilk ciddi addım sayılmalıdır. Bayatıların toplanışı və nəşri çoxdan başlanmış olsa da, bu sahədə görülən iş hələ də böyük bir səmərə verməmişdir. Halbuki, xalq şerinin bu sahəsini tədqiq edib öyrənmək, nisbətən daha maraqlı bir işdir. Elmi qüvvələrimizin səyini müəyyən bir yola salmaqla az bir zaman içərisində biz bu işi müvəffəqiyyətlə başa çatdıra bilərik. Xüsusən, bayatının xalqımız tərəfindən sevildiyi nəzərdə tutularsa, müxtəlif variantları müqayisə etmək, tutuşdurmaq və daha gözəl bir tekst əldə etmək üçün hər bir imkan vardır. Dürüst elmi nəticələr çıxarmaq istəyən hər növ folklorçu üçün bu birinci növbədə lazımdır.Lakin biz bu qısa qeydlərimizdə yalnız bir cəhəti göstərməklə kifayətlənəcəyik: bu əsərlərə münasibətimizi aydınlaşdıracayıq.
Səadət və məhəbbət müğənnisiI**Nizaminin əsərlərində səkkiz əsrə yaxın uzun bir dövrün ağır imtahanlarından çıxan və köhnəlməyən cəhətlər hansıdır?
Poems by other poets
Və nə xurşid sifət bəzmsəradır Məşkat,Sərbəsər məhfil-ara bəzli-ziyadır Məşkat
Bax (Qaranı)Qul Qaranı:*Ey könül, oyan qəflətdən, ol dəmi-dövrana bax,
Meşədə böyümüş nəhəng bir ağacMeşədə böyümüş nəhəng bir ağac,Palıdlar içində yaşadı müdam.
Səadətnamə, 75علم و قدرت هر آنکه کرد انکاربه ارادت نیاورد اقرار