Yeddinci fəsil
Page 6 of 9 · 56%
Mirzəyevin üstünə elə bil qaynar su calandı.
– Aparın, tanış olun. Mümkün qədər tez təcrübədən keçirin! – Katib heç bir etiraza yol verməyən qəti bir tərzdə əlavə etdi: Özü də lap bu il kütləvi surətdə istehsal olunsun!
Qüdrət işin sonunu belə gözləmirdi. Aslanov nə qədər səbirli adammış, bu xüsusda o nə üçün əvvəldən kiçik bir işarə belə vurmurdu?
– Məncə, – deyə katib rəisin başı üzərində dayandı, – Mirzəyevi Minayevlə əvəz etsəniz pis olmazdı. Mərkəzdən xahiş elərik, razı olarlar.
Bu zərbə Qüdrətin özünü də səksəndirdi.
– Nahaq təəccüb eləyirsiniz. Bizə beyinlə işləyən adamlar lazımdır. Amma siz... – Mirzəyevin boğazı qurumuşdu. – Onu sıravi mühəndis kimi qəbul eləməyə razısanmı? – deyə katib Qüdrətdən soruşdu.
Ortalığa ağır bir sükut çökdü.
Katib stolunun dalına keçdi:
– Aşağıda çalışan adamlar rəhbəri vurub keçəndə, həmişə belə təbəddülata ehtiyac duyulur. Amma sən, yoldaş Qüdrət, bu liberallığı burax! Nə üçün indiyə qədər Mirzəyevin hərəkətini bizə xəbər verməmisən?
– Hansı hərəkətini?
– Necə hansı hərəkətini? Müşavirə aparırsınız, ixtiranın layihəsini müzakirə edirsiniz, bu isə gəlib ağzına gələni deyir. Sizcə bundan bizim xəbərimiz olmalı idi, ya yox?
6
Onlar şəhər komitəsindən çıxanda Mirzəyevi tər basmışdı. Azərneft rəisi dinmir, başını aşağı salıb onlardan qabaqda yeriyir, Qüdrət isə lap geridən gəlirdi.
– Namərd tərpəndin, Qüdrət! – Mirzəyev geriyə tərəf boylandı. – Mən səni heç belə bilməzdim...
– Orada deyilən sözlər, orada da qalır! – deyə Azərneft rəisi onun sözünü kəsdi. – Günah, əlbəttə, bizdədir. Sən o ixtira bürosunu yoxlasan pis olmaz. Göydə axtardığımız yerdə əlimizə düşür, amma biz istifadə eləməyi bacarmırıq.
Qüdrət yenə də bir söz demədi. Onu indi başqa məsələlər düşündürürdü: “Yarış nəticələrini yoxlamaq gərək! İndi iş sürəti birə üç artmasa, bu zərbədən biri də mənim üçün var. Yoxlamaq gərək!”
Eşikdə külək qalxmışdı. Çoxdan bəri dəniz havasını öz sümüklərində hiss edən Qüdrət, buradan birbaş trestə getməyi qərara aldı: “Tufan qalxacaq. Trestdə gecələmək lazımdır!”
Onlar ayrılanda yalnız Qüdrətdən səs çıxdı:
– Hələlik...
7
Qəsəbənin bağında yarpaqlar çoxdan xəzəl olmuşdu. Külək əsdikcə havalar soyuyur, xəzəllər köpənək sürüsü kimi göydə uçuşur, yerə tökülüşürdü. Yarpaqların pıçıltısını, qızla oğlanın pıçıltısından ayırmaq çətin idi.
Bu zaman bağda gəzinən kim ola bilərdi? Söhbət üçün yermi, vaxtmı qəhət idi? Oğlan qızın qoluna girmişdi, heç yana tələsmədən ağır-ağır yeriyir, amma ürəyini açıb söyləməyə yalnız indi fürsət tapmış kimi, sözlərini birnəfəsə, tez-tez deməyə çalışırdı:
– Çoxdanmı sevirdin? Bəs nə üçün bunu məndən gizlədirdin? Gərək elə həmişə oğlan qıza yalvarsın? Deyirsən ki, oxuyanda bir dəfə də sənin üzünə baxmadım. Əlbəttə baxmazdım. Bəs mənim heysiyyətim yoxdur?
Əziz oxucu! Mən o qızla oğlanın toy büsatını təsvir etmirəm. Çünki onların heç biri bu xüsusda düşünmürdü. Oğlanın da, qızın da arzusu daha böyük idi. Onların gözü uzaqlara, gələcəyə zillənmişdi. Oğlan deyirdi:
– Lətifə! Gələn il bu zaman mən özüm, bax, orada, sahildən on kilometr uzaqda beş min metr dərinliyində bir quyu qazacağam. Dənizdə ən dərin quyu mənim olacaq. Onu qurtaran günü hər yerdən adamlar gələcək, müxbirlərin, fotoqrafların əlindən tərpənmək mümkün olmayacaq!
Qız deyirdi:
– Tələsmə, Tahir, hələ tezdir. Sən yenicə həyata qədəm basırsan. Dərəcəni artırmaq üçün imtahan vermisənmi?
Xəzəllər yenə pıçıldaşdı. Onlar sükut edib ətrafa baxırdılar. Hər ikisi, onlardan başqa kimlərinsə bir bucağa çəkilib pıçıldaşdığını düşünürdü. Lakin ətraf bomboşdu. Yoğun ağacların qaralışan gövdələrindən başqa heçnə gözə dəymirdi.
– Tələsmə, – deyə Lətifə nəsihətə keçdi, – hələ sən bu sənəti yenicə öyrənirsən. Mənim atam iyirmi il fəhlə işləyəndən sonra buruq ustası olub...
Tahir qızın könlünə toxunmaq istəmədi: “O başqa, o savadsızdı” deyə düşündü.
– Bir il bir igidin ömrüdür, – dedi. – On səkkiz yaşında o qədər qəhrəman var ki... Mən o vaxtacan çox şey öyrənəcəyəm. Bir ildən sonra gedib anamı da gətirəcəyəm.
– O necə arvaddır, hə? Mehribandır?
Lətifənin gözlərində sualdan çox, Tahirin anasını görmək arzusu oxunurdu. Tahir də bunu duymuş kimi, ona cavab vermədi:
– Paho, mən gecikirəm, – dedi və tez-tez yeriməyə başladı.
– Hara, hara gecikirsən?
– Bu saat dərsimiz başlanır. Montyorlar dərnəyinin məşğələsi saat yeddidədir, – o, Lətifənin qolundan ayrılmadı. – O vaxt sən deyirdin ki, neftçiyə üç şey lazımdır, onların heç biri məndə yoxdur. Yadına gəlirmi?
– Aha, yadımdadır. Cəsarət, diqqət, iradə...
– Amma birini yadından çıxarmısan.
– Nəyi?
– Biliyi... Bunsuz cəsarət fayda verməz.
– O heç. O hamıya lazımdır.
– Amma neftçiyə hamıdan çox lazımdır. Yox? – Tahir duruxdu. – İki saatdan sonra mən boşam. Kinoya gedəkmi?
Lətifə başını ahəstə tərpədib razılıq verdi.
Onlar daş pilləkənin başlanğıcında ayrıldılar. Amma gedə-gedə iki-üç dəfə dönüb bir-birlərinə baxdılar.
Tahir dəftər-kağızını götürüb dərs otağına gələndə, dərnək üzvlərinin hamısı toplaşıb rəhbəri gözləyirdi.
Məşğələ bir saat çəkirdi, amma Tahirin sualları dərsdən də çox çəkirdi. Onlara rəhbərlik edən adam hər şeydən artıq Tahirin bu suallarından qorxurdu. O, çoxdan bəri öz sənətinə dair kitab oxumadığı halda, Tahir elektrikə dair balaca bir kitabxana düzəltmişdi. O, gecə yarıdan sonra həmin kitabları oxuyur, nazik, uzun dəftərinə qeydlər yazır, başa düşmədiyi yerləri (bəzən yalnız müəllimin özünü imtahan etmək üçün) soruşurdu. Amma dərnək rəhbəri, ən çox, mədənlərdə baş verən hadisələrdən danışır, dərsdən sonra cavanları buruğa aparıb, əyani surətdə göstərirdi.
Bu dəfə içəri girəndə, Tahirin nazik, uzun dəftərini görüb qımışdı:
– Durun gedək, – dedi, – dünən bizim mədəndə yanğın olub, onu sizə göstərmək istəyirəm. Bu barədə hələ heç bir kitab yazılmayıb...
...Onlar yanğının səbəbini öyrəndikdə, təəccübdən Tahirin qolları yanına düşdü. Yoğun elektrik kabelinin mis qabığında, çeçələ barmağının ucu enində bir yer sürtülüb açılmış və iki xətt bir-birinə toxunub qığılcım vermiş, bundan da havaya hopan qaz od tutmuşdu. Dərnək rəhbəri:
– Əlbəttə, – deyirdi, – belə təsadüflərin çox faciəli nəticələri olur. Yaxşı ki, yanğın komandası dünən çox məharət göstərdi, fəlakətin qabağını tez aldı. Ancaq təsəvvür edin ki, belə hallar ya çox uzaqda, ya da dənizdə baş versə, böyük insan tələfatı ola bilər. Çünki komanda özünü yetirənə qədər yanğın qüvvətlənib adamları məhv eləyər, bütün buruğu da korlayar. Bunun üçün də elektrik xətlərini çox diqqətlə yoxlamaq, vaxtlı-vaxtında təmir etmək və əmniyyət cihazlarının sayını artırmaq lazımdır. Diqqət etsəniz, görərsiniz ki, buruqlarda bu cihazların sayı çoxdur.
Amma Tahir yenə də sual verdi:
– O nə üçündür axı?
– Yanğın olsa, gərək dərhal tok kəsilsin! – deyə müəllim əmniyyət cihazının dəstəyini aşağı basdı – bax belə...
Dərnək rəhbəri onları buruğun dövrəsində çox gəzdirdi. Sonra pilləkənlə qülləyə dırmaşdılar. Tahir buradan Lətifəgilin evlərini aydın görürdü və gördüyü üçün də saat doqquzu yadından çıxarmırdı...
8
Lətifə Tahirdən ayrılandan sonra evə gəlib, bu iki saatı çox səbirsizliklə gözlədi. Hansı işdən yapışmaq istədisə də bacarmadı. Bu gün səhərdən bəri Tahirlə elədiyi şirin söhbətdən doymamışdı. İndi də yalnız onu düşünür və gələcək münasibətlərini götür-qoy eləyirdi. Ata-anası evdə olmadığından, onun düşüncələrinə heç kəs mane olmurdu. Görüş vaxtına yalnız on-on beş dəqiqə qalmış atası işdən qayıtdı. Lətifə onun bədənnüma güzgüyə düşən əksini görüb, hər iki əlilə saçlarını hörə-hörə geriyə çevrildi.
– Atacan, gəldin? Lap yaxşı oldu. Anam qonşudadır. İndi də gəl, sən evdə növbə çək.
Qocanın uzun bığları altından gülümsəyən bozumtul dodaqları onun nə üçünsə çox sevindiyini göstərirdi. Lətifə bunun səbəbini təxminən bilsə də, yenə soruşmalı oldu. Qoca iri əllərini bir-birinə sürtərək, qürurla başını qaldırıb-saldı:
– Sağlığına, bu gün buruğu təhvil verdim, qızım. Yaman vurhavurdu. Səhərdən trest müdiri, baş incinar da oradaydı. Demə ki, qabaqda gedən elə təkcə sənin ustan Ramazandır. Keçici bayrağı qonşumdan alıb mənə verdilər.
– Doğrudan? – deyə Lətifə, sevincindən parıldayan gözlərini atasından ayırmadı. – Bəs sən deyirdin sabah yox, birisi gün qurtarırsan?
– Yox, qızım, mən dünən qurtarmışam, bu gün özüm gedib neftçıxarma briqadasını başa salırdım. Səhər tezdən güllələmişdilər. Neftin çıxmağını gözləyirdim.
Kitabxana.az · https://kitabxana.az/en/works/mehdi-huseyn-yeddinci-fesil
Use ← → keys to move, R for a random poem
More by this author
Məni inşaat materialları institutunda öz işimə qaytarmışdılar. Burda rəfiqələrimin yalnız biri qalmışdı: Rima. Məlikə ilə Tura isə ali məktəblərdə dosent vəzifəsində çalışırdılar. Direktorumuz Səmədovu işdən çıxarıb, yerinə baş elmi işçi, dosent Mirzəliyevi qoymuşdular. O məni gülərüzlə qarşılayıb, qolumdan tutmuş və birbaş köhnə otağımıza gətirmişdi. O, hər gün olmasa da, iki-üç gündən bir məni yanına çağırtdırır, dissertasiyam üzərində çalışarkən necə çətinliyə rast gəldiyimlə maraqlanır:– Heç qəm yemə, qızım, – deyirdi, – geri qalmağında sən müqəssir deyilsən. Hamımız sənə kömək edəcəyik, amma sən utanma, nə lazım olsa gəl, mənə söylə.
Birinci fəsil1**Sərnişin qatarı sürətlə Bakıya yaxınlaşanda, göz işlədikcə uzanan şəhərin işıqları salxım-salxım yanır, göy üzündə sayrışan ulduzlar isə, elə bil, mavi səmanın dərinliklərindən şəhərə qibtə və həsrətlə göz qırpırdı.
İkinci fəsil1**Tahir Cəmillə bərabər axşam növbəsində işə getmək üçün motorlu qayıqlar dayanan balaca körpüyə gələndə, Xəzərin bəriyə doğru şütüyən ağ köpüklü dalğaları sahildəki boz qayalıqlara çırpılaraq şarıldayırdı. Qürub edən günəşin qızıl şüaları dənizə əks etmişdi. Dalğalar bir-birini qovaraq gəldikcə alov kimi qızarırdı. Sanki dənizdə böyük bir yanğın vardı. Srağa gün Bakının ulduzlarını, doyunca seyr etmiş Tahir, indi sahildə durub dənizə baxarkən alova bənzəyən bu dalğaları görüb, yenə Cəmilin nağıllarını xatırladı və iki gündən bəri seyr elədiyi mənzərələrin heç birini başqa yerlərdə tapmaq mümkün olmadığını düşünürdü. Burada çoxdan yaşayanlar və eyni lövhəni hər gün seyr edənlər, Xəzərin bu ülviyyətinə, ondakı boyaların bu zənginliyinə Tahir kimi valeh olmurdular. Deyəsən, onların gözü çoxdan doymuşdu və Tahirə elə gəlirdi ki, Cəmil də, o biri fəhlələr də dənizə baxmaq istəmirlər. Onların bu laqeydlikləri, təbiəti etibarilə bir qədər xəyalpərvər olan Tahirə qəribə görünürdü. O, həris gözlərini dalğalarda gəzdirməyə başladı. Lap uzaqdan aşırıla-aşırıla gələn böyük bir dalğanı sahilə qədər gözdən qoymayıb, onun hər an rəngdən-rəngə girdiyini, bəzən qan kimi qırmızı, bəzən də üfüqdə yanan bulud parçası kimi çəhrayı olduğunu görəndə, heyrətdən ağzı açıla qaldı, elə bil buraya nə üçün gəldiyini və haraya getdiyini də unutdu.
Üçüncü fəsil1**İsmayılzadə buruğu tərk edib gedəndən bir azca sonra artıq dan yeri ağarırdı. Dəniz üzərində pambıq tayaları kimi bir-birinin üstünə qalaqlanmış ağ buludlar ağır-ağır hərəkət edib cənuba doğru sürünürdü. Gecədən əsməyə başlamış yay küləyi, yavaş-yavaş qüvvətlənir, dənizin dalğaları ləngər vururdu. Üfüqdən baş qaldıran günəş indi bozumtul, qırmızı rəngə çalırdı.
Poems by other poets
Sən məni sevsəydin nolardı görən?Görən olardımı bir dərdim onda?
MəndənBaşına döndüyüm a nazlı dilbərGəlirmi guşuna sədalər məndən
HandadıEy ağalar, həsrətini çəkərəm,Bu mələk mənzərim bilmən handadı.
Beməxə (Fərsiz){| class="wikitable" style="font-size:1.0em; text-align: left;" width="80%"|-bgcolor="#D8BFD8"