Başdaşımı kim öpəcək son dəfə? –Bir sən, bir də Vətən küləkləri.Məzarıma gül səpəcək son dəfə –Bir sən, bir də Vətən küləkləri.

Daş dünyada daş olmaqdan qoruyar,Qəlpələnib sovrulmaqdan qoruyar,Tənhalaşıb qovrulmaqdan qoruyarBir sən, bir də Vətən küləkləri.

Varsa əgər bu boyda bir cığırım –Bir qarışqa cığırına sığınım.Mən yıxıldım, öz dalğamdan yıxıldım,Sən bil, bir də Vətən küləkləri...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets