Heç bir mükafatın yetmədi mənə,Bircə «sağ olun» da bəsimdi, vətən!Bəsimdir, hər səhər təltif yerinəQapımda küləyin əsibdi, vətən!

Qol verdin boynunu qucaqlamağa,Göyünə baxmağa göz verdin, bəsim...Kürək söykəyənin ana torpağaHaqqı yox ayrı bir təltif istəsin.

Nə çiçək, nə sancaq oldum yaxanda,Bir ömür yaşadım – əkinçi ömrü.Qalır sel ağzında, çay qırağındaİkinci həyatım, ikinci ömrüm.

Nəsə qayalara yapışıb qalar,Nəsə mamırlara dönüb göyərər,Mən elə beləcə, göz qabağındaGəzəri tabuta dönməsəm əgər...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland