Bu ilğımdı – üzü gülər,Boş vədələr yordu məni.Yüzü ağlar, yüzü gülərXatirələr yordu məni.

Dadı, duzu – doyulmazdı,İşıq kimi yuyulmazdı,Duyğu kimi duyulmazdı,Şirin dillər yordu məni.

Qarlı zirvə, yaxan mənəm,Öz başıma yağan mənəm.Qılınc mənəm, qalxan mənəm,Xatirələr yordu məni.

Qayanın hər üzü qaya,Qayadan baxmadım aya.Həsrətim həsrət o taya,Aylar, illər yordu məni.

Sən bu səmtə yön görmədin,Kor da gördü, sən görmədin,Ha yol getdim, son görmədim,Xatirələr yordu məni.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets