Bu dünyanın qara daşı göyərməz.Musa Yaqub

Musa Yaqub, gözü yolda Təbrizin,Gözlərinin qara yaşı göyərdi.Göyərmədi istədiyi bircə dən,Savalanın qara daşı göyərdi.

Bu dünyanı hörümçəkdən almışıq,İlməsini kim atdı bu yanlışın,Dedim, barı düz toxuyaq qalmışı,Önümdəcə neçə naşı göyərdi.

Kim işığı ürəklərə doğrayar,Kim işığı ürəklərdən oğrayar,Kim yalanı calaq vurdu doğruya,Hər şivindən oğrubaşı göyərdi.

Çox gözlü var torpağına kor baxır,Dan yerinə bəbəyində tor baxır.Yüz də çevir, min də ələ torpağı,Namərdinən mərd yanaşı göyərdi.

Mən Arazda şaxələnən çinardım,Ömrü boyu tufan əydim, su yardım.Xətainin qılıncını suvardım,Məmməd Araz karandaşı göyərdi.

Pitsunda, avqust, 1981

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland