Ə.Kürçaylının xatirəsinə

Kür üstündə tək ağacdı,Sağı-solu düzən idi.Küləklərin əndərinə-döndərinədözən idi.Sinəsində od soyudan,Buz əridən gücü vardı.Baxışları üfüqlərintərs üzünü oxuyardı.Nəğməsində Kür harayı,Nəfəsində Muğan duzu.

Ömrü boyu oxuduğu kitab idiMuğan düzü.Söz yolunda fəhlə idiəli qabar, çiyni qabar.Şum yerindən yığılmışdımisralarıdamar-damar.O, şerinin, şeri onun özü idi,əsli idi,Bərkliyi də,sərtliyi dəmərdliyinə təslim idi.Danışanda deyərdin ki:Kürsü onun qatarıdı,Yer şarının bu qütbündəno qütbünə aparırdı.Yol gedəndə deyərdin ki:Günəşəcən gedəcəkdi,Öz qəlbinin tufanındatəkbaşına avar çəkdi.Ürəyində itirdiyisəsi gəzdi son anında,Əridi səs,qeyb oldu səsürəyinin vulkanında.Səsləyəni itirdi səs,Dönüb getdi Kür üstünə,Qondu qərib bülbül kimiboynubükük gül üstünə.Gördü həmən məcra boyuhəzin-həzin ötən su var,Tənhalaşan ağaclarınqəfil sınmaq qorxusu var...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets