Yaşar Əliyevə

Könül, bu gün nağıl danış,Dünənimə qaytar məni.Ələnməmiş, üyünməmişÖz mənimə qaytar məni.

Mamırına dolu yatanBir dağ döşü – bir daş otaq...Nə əl dəyən, nə zəng çatanÜnvanıma qaytar məni.

Nədir itən, nədir qalan?..Beş-on sözdür ümid – qalam.Baş aparsam, başsız qallam,Yüyənimə qaytar məni.

Aramızda tufan yaşar,Sahillərdən pünhan yaşar.Yaşamağa güman yaşar,Gümanıma qaytar məni.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets