Saç ağartdım: söz yolunda,Sevda yolunda.Təsbeh kimi dənələndim qovğa yolunda,Yolağasız yolçu gördüm dünya yolunda,Saç ağartdım,Saç ağartdım.

Bir ağ üzə üz söykədim, qubarım itdi,Hansı qəlbə qıfıl asdım – açarım itdi.Boz dumanla həmdil oldum, qatarım itdi.Saç ağartdım,Saç ağartdım.

Qara kölgəm güzgü bilib divara sindi,Buz sinəmi elə sıxdım, divar isindi.İsmi Dönük, divar dedim, divar «isim»di...Saç ağartdım,Saç ağartdım.

O ürəkmi? Çaylağı boş, dəhnəsi boşdu?Duz-çörəyi tapdayanın təhnəsi boşdu,Söz anlamaz boyadımış bayatı qoşdu,Saç ağartdım,Saç ağartdım.

Dil yalandan damla içsə – düzü ağarmaz,Göz gülürsə, göz yaşının duzu ağarmaz,Araz boyu ha daş çapdım – izim ağarmaz...Saç ağartdım,Saç ağartdım.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets