Sənin mənsiz dünyan
Mən yetəndə taleyimin son döngəsinə,Sənə verrəm bu dünyanı günəşli, aylı.Nə fərqi var – haray salıb, vursan dizinə,Ya qəlbində pıçıldasan: gözlərim aydın!..
Bir sapanda beş-on illik qoyulan daşdım,Düyümlənib yönəlmişdim bəd əməllərə.Nə fəqri var – doğulmuşdum,doğulmamışdım,Qoşulmuşdum ulduzlardan süd əmənlərə...
Mən arzumun zirvəsinə qalxa bilmədim,Sən arzunun sərhədini yüz yol tapdala.Son ayaqda dönüb geri baxa bilmədim,Qorxdum, baxam, əluzalı günahım qala...
Sənə verdim bu dünyanı, dümdüzdü dünya,Nə dərəsi, nə dağı var gözünü yumsan;Elə bil ki, ana səsli dənizdi dünya,Qucağında tək əylənir, tək uyumusan.
Görmüsənmi ana dönüb əjdaha ola?Dünya olur, özü də ki, min ilin acı.Belə anda qurtarmağa bir anın qalar,Bir də qəfil ələ düşən ümid qırmacın...
Sən üfüqə yönələsi düz yolları seç,Mənim artıq sərt yollarım qalır yarıda.Bir insan ki, öz bəxtini yarıtmadı, heçİki qəlbi, bir sevgini çətin yarıda.
Yüyür mənsiz dağlaracan, buludlaracan,Haray çəksən, qayalarda səslənər adım.Bu torpağa səpilməyə dən kimi acam,Bu torpağın dan yerində dəfn olunaydım...
Qoyma ötən xatirələr aça qapını,Ünvanından iz-tozumu tamam yuyarsan.Tək bircə yol mənsiz necə yaşadığınıMəzarımın qulağına pıçıldayarsan...
4 avqust 1975
Kitabxana.az · https://kitabxana.az/en/works/memmed-araz-senin-mensiz-dunyan
Use ← → keys to move, R for a random poem
More by this author
Hər «səfər» qabağı mənimlə danış,Məni məşvərətçi baba bil hərdən.
Gözləri yol çəkən ana mahnısı(nəğmə)*Bir ana, boynunu burmaqdan yorulmaz.
Dağ yaddaşında yazıBirisini çıxartdılar uca bir yerə,Tez aşağı daş hellətdi:
KüləklərDöy qapımı, döy qapımı, Müşfiq küləyi,Əli Kərim qasırğası, qır pəncərəmi.
Poems by other poets
Xudaya, mən düşən dərdə sən əğyarı giriftar et,Mənim tək yar yanında, xudavənda, onu xar et
Baş qoyub dərgahına pabusdən etdi mültəməsBaş qoyub dərgahına pabusdən etdi mültəməs,Bən gədayi gör ki, taci-səltənət qıldım həvəs.
Yavaş-yavaşBağlandı guş sovt ü sədadan yavaş-yavaşGöz xirələndi, düşdü ziyadan yavaş-yavaş
ƏzizimƏzəl səni sevdim, sonra ayrıldımOldu mənə müşkül hallar əzizim