Özündən qaçmağa nə varmış?Qaçıram.Özünə qayıtmaq çətinmiş, çox çətin.Ayağım altında yer keçə,Açıram.Başımın üstündə göy sətin – göy çətir.

Süd qardaş oluram bir uzaq ulduzla,Nəğmələr mürgülər, səsimə oyanar.Bir tala səmada bürcləri uduzanŞahmatçı Ay hərdən gecikər oyuna.

Gedərəm, gedərəm öz çevrəm boyunca,Öz çevrəm boyunca dönərəm yenə də.Axşamlar – göz yuman, səhərlər göz açanGünəşi eləcə görürəm yenidən.

Suların axarı aşağı – eləcə,Yarpaqlar yenə də pıçıldar o dəmdə.Ən doğma adamın qəlbi yox, bu gecəÖz qəlbim, öz qəlbim döyünür sinəmdə.

Gözlərim görəni pis görür qələmim,Heç nədən nə ummaq, nə küsmək yaxşıdır;Çürümüş kötükdən göyərmir qələmə,Ocaq çat, yaxşıca isinmək yaxşıdır...

2 avqust 1975

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets