Yalançının evi yandı göz qabağında,Hamı baxdı, hamı gördü,Hamı inandı.Şübhəsi yox: ilanın da, qurbağanın da:Evdi – yandı, daşdı – yandı,Torpaqdı – yandı.

Yalançının dili yandı göz görə-görə,İnanmadı dili alov yaxanlar belə.Xəbər yetdi ona töhfə dil verənlərə,İnanmadı kirpiyindən yaxınlar belə.

Ağlığına inam itər dağda qarın da,Ara vuran bal qatanda şərə, qeybətə.Yalançının dili yanmaz, söz bazarındaYaxşı yalan satılarsa, yaxşı qiymətə...

24 mart 1987

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets