Bir arzu var idi gedib çatmağaFikirdə aradım, mənada gəzdim.Ata oğul istər yurt qaraltmağa,Düşüb ömrü boyu mən ata gəzdim...

Solsa, bir dəfəlik solmur ki solan,Bir gün boşalanlar dolmaq istəyir.Bir dəfə olmur ki, bir dəfə olanQayıdıb bir daha olmaq istəyir...

Bu qədər insafsız olarmı günah,Zamanə bu qədər qədirbilməzmi?Yetimlik nə imiş mən bildim, Allah,Oğul, atasızlıq nədir, bilməzmi?

Bir ömür bəsimdi verdiyin bu qəm,Vermə, sənə qalsın, dedim-qalanlar.Atasız nə çəkdim bir mən bilirəm,Nə çəkər atalı yetim qalanlar?

Sən yoxsan mən isə yoxla görüşən,Atam, qənim mənəm qənim arama.Bizim aramıza davaydı düşən,Nə düşüb nəvənlə mənim arama?

Açılar illərin açdığı ara,Taleyin əlləri saxta pul kəsər.Mən ata gəzərəm düşüb yollara,Hardasa məni də bir oğul gəzər...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets